Susuzluğun bunlara qadir olduğuna inanmayacaqsınız – FƏSADLAR

 Susuzluğun bunlara qadir olduğuna inanmayacaqsınız - FƏSADLAR
Ciyərimizi yandıran” susuzluq təkcə dil, dodağımızı qurutmur, həm də bir çox narahatlıqlara yol açır.
Çəki artımı. Bədən susuz qalarkən toksinləri aradan götürə bilməz və yağ hüceyrələrini tərkibində gizləyər. Bədən yetərli su ilə toksinləri kənara ata bilmirsə, yağ hüceyrələrini də sərbəst buraxmaz.
Dəri problemləri. Susuzluq dəri yoluyla toksinlərin atılmasını pozur və dermatit, sədəf, qırış kimi cidd problemlərin yaranmasına səbəb olur.
Allergiya və astma. Susuzluğa məruz qalan bədən suya qənaət etmək üçün nəfəs yollarını daraldır. Siz fərqinə varmadan, histamin ifrazı artır.
Vaxtsız qocalma. Bədən susuz qaldığında orqanlar və dəridə qırışlar yaranar, bu da insanı daha yaşlı göstərər.
Yorğunluq. Su bədənin enerji qaynaqlarından biridir. Susuz qalan bədən daha yorğun və halsız olur.
Qəbizlik. Su əskikliyində bədəni suyla təmin edən orqan yoğun bağırsaqdır. Su yetərsiz olduğu zaman tullantı maddələri bağırsağın içində çox yavaş hərəkət edər və bu da qəbizliyə yol açır.
Yüksək xolesterol. Bədən susuz qaldığında xolesterol səviyyəsini qaldırır.
Sidik kisəsi və böyrək problemləri. Bədəndə toksin və artıq bakteriyaların toplanması üçün şərait yaranar. Bu da böyrək və sidik kisəsini ağrı və infeksiyaya qarşı zəiflədir.
Yüksək qan təzyiqi. Bədən normasında su qəbul etsə, qanın 92%- i sudan ibarət olar. Bədən susuz qaldığında isə qan qatılaşaraq yüksək qan təzyiqinə səbəb olur.
Həzm sistemi pozğunluğu. Bədəndə su, kalsium, maqnezium kimi mineralların çatışmaması qastrit, xora kimi həzm sistemi problemlərinə yol açar.
Susadığınız zaman bədəniniz artıq susuz qalmışdır.
Yeməkdən əvvəl içilən su daha asan arıqlamanıza kömək edəcək.
Araşdırmalar göstərir ki, əgər 1 il boyunca gündəlik su qəbulunuz 1,5 litr olarsa, ildə 2 kilo arıqlaya bilərsiniz.
Susayanda sadəcə su için. Suyun kalorisi 0-dır.
Soyuq su içmək maddələr mübadiləsini sürətləndirib kalorini yandırar.

Красавица

Şərhlər: