Gələcək qayınananı ələ almağın yolları – TÖVSİYƏ

Sevgilinizin anası ilə bir dialoq qurmaq istəyirsinizsə, söhbətə onunla bağlı suallar verməklə başlayın. Bu, həm də oğlunun həyatında tək qadın olmadığınız anlamına gələcək. Sevgilinizin uşaqlığı ilə bağlı maraqlı anları danışmasını istəyin.

İlk görüş olduğu üçün həyəcanlı olsanız da, kənarda sakit oturub hər söhbəti sevgilinizin etməsini gözləməyin. Hazır onunla görüşmüşkən icazə verin sizi tanısın, çünki siz oğlunun daşıdığı bir aksessuar deyilsiniz. Söhbət etmək ona hörmət etdiyinizi də göstərəcək. Danışın, suallar verin, hətta maraqlı olmasa belə, maraqlanırmış kimi davranın. Ən əsası bol-bol gülümsəyin.

Süfrəni yığışdırmağa, qabları yumağa siziə icazə verməsə də, siz yenə də kömək etməyi təklif edin. Bu, həm də gələcəkdə əsası qoyulacaq gəlin-qayınana münasibətinin toxumlarını səpəcək. Amma qətiyyən ondan icazə almadan süfrəni yığışdırıb qabları yumağa çalışmayın. Bu, həddinizi aşmış kimi qəbul edilə bilər.

Onun özü, ya da evində bəyəndiyiniz bir əşya haqqında tərif söyləyin.

Onunla görüşə gedərkən oğlundan anasının ən sevdiyi şeyin nə olduğunu öyrənib alın. Əli boş getməyin.

Görüşdən bir neçə gün sonra onunla əlaqə saxlayıb həmin gün üçün təşəkkür edin və yeməyi, ya qonaqpərvərliyini bəyəndiyinizi deyin. Bu, gələcəkdə oğlu üçün gözəl bir həyat yoldaşı olacağınıza işarə olacaq.

Красавица

Şərhlər:

  1. DaviDoFF dedi ki:

    Menim qaynanam palibomu cox isdiycey meni))

  2. Красавица dedi ki:

    Mənim qaynanam özü bəyənib 🙂

  3. Красавица dedi ki:

    Sitat: red rose
    Mence bu melumatlar her gence lazimdi Tewekkurler Miss Blackstar))


    Utandıme )) buyur gözəl