Bənövşə salatı

Tərkibi:

300 q hisə verilmiş toyuq əti
200 q qara gavalı
400 q şampinyon
2 təzə xiyar
200 q koreya üsulu yerkökü
300 q mayonez

Bəzək:

1 yumurta
10 duzlu kreker
7 ispanaq yarpağı
3-4 turp
duz
istiot

Hazırlanması:
1) Hisə verilmiş toyuq ətini, qara gavalı və xiyarı saman kimi doğrayın.
2) Yumurtanı suda bişirib ağını sarısından ayırın.
3) Göbələyi doğrayın, duz, istiot vurub bitki yağında qovurun.
4) Ət, mayonez, qara gavalı, qovrulmuş şampinyon, mayonez, xiyar, mayonez, koreya üsulu yerkökünü birlikdə qarışdırıb qaba lay- lay düzün
Bəzək: halqa doğranıb qırmızı kələm suyu ilə rəngi dəyişdirilmiş turpdan bənövşələr düzəldin. Hər çiçəyin ortasına ovulmuş yumurta sarısı tökün. İspanaq yarpaqlarını bənövşələrin ətrafına düzün.
5) Salatın kənarına duzlu kreker düzün.
Nuş Olsun!

Красавица

Şərhlər: