Qarın əridən içkilər

Dadlandırılmış su
İncə olmaq istəyirsinizsə, yetərincə su içməlisiniz. Bol su bədəninizdəki zəhərli maddələri təmizləyir, toxluq hiss etmənizə kömək edir. Adi su içməkdən sıxıldınızsa, limon və meyvələrlə dadlandırılmış su içə bilərsiniz.
Buzlu qarpız püresi
Şəkərsiz hazırladığınız meyvə püreləri və suları zərərsizdir. Qarpız, sadəcə bədəni sərinlətməklə və maye ehtiyacını ödəməklə kifayətlənmir, həm də tərkibindəki maddələrlə sağlamlığa faydalıdır.
Buzlu nanəli çay
İsti yay günlərində buzlu nanəli çaya üstünlük verə bilərsiniz. Nanə mədənin daha yaxşı işləməsini təmin edər və maddələr mübadiləsini sürətləndirir. Mədənin yağlı qidaları tez həzm etməsinə kömək edir və köpü aradan götürür.
Ananas frappe
Ananas və kətan toxumunu blenderdən keçirərək əldə etdiyiniz bu içki, köpü aradan götürər və olduqca faydalıdır. Ananasın tərkibində olan ferment həzmi asanlaşdırır.
Yaşıl çay
Xərçəng və ürək xəstəliyi riskini azaldan yaşıl çay arıqladıcı təsirə malikdir. İdmandan əvvəl içilsə, yağ yanmasını sürətləndirər.
Bitter şokoladlı süd
Bunu adi içki kimi deyil, səhər yeməyi əvəzinə yeyə bilərsiniz. 400 kalori dəyərində oduğundan, sizi tox tutacaq.

Красавица

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Maraqli xeberdi Tewekkur