Mir Yusifin həyat yoldaşı evlənməklərindən danışdı – FOTOLAR

Jurnalistin suallarını cavablandıran Nərgiz Miri Yusifi ilk dəfə Röyanın konsertində gördüyünü deyib:
Onunla ilk dəfə Röyanın konsertində rastlaşmışam. Sadəcə, bir-birimizə baxmışıq. Ertəsi gün qardaşım məni özü ilə bir dostunun evində keçirilən ailə məclisinə apardı və həmin dost Miri Yusif çıxdı“.
Artıq altı ildir evli olan cütlük tanışlıqdan bir həftə sonra evlənmək qərarına gəlib, bir ay sonra isə toyları olub. Təbiətən qısqanc insan olduğunu deyən N.Mirbabayeva əvvəllər pərəstişkarlara, vaxtsız gələn sms-lərə fikir vermədiyini, buna görə toydan sonra narahat olmağa başladığını bildirib:
“Sms-lərin, susmaq bilməyən telefonların ucbatından, təxminən, bir ilə yaxın problemlərimiz oldu, amma bu bizi bir-birimizdən ayırmadı. Əksinə biz müdrikləşdik və dost olduq”.
Jurnalistin “evdəki Miri Yusiflə səhnədəki Miri Yusifin arasında fərq varmı?” sualına isə Nərgiz “o, evdə də səhnədəki kimidir – ürəyiaçıq və səmimi. Nə evdə, nə də səhnədə rol oynamır” deyə cavab verib.
Xatırladaq ki, cütlüyün Mir Hüseyn adlı oğlu və Adel adlı qızı var.
Mir Yusifin həyat yoldaşı evlənməklərindən danışdı - FOTOLAR
Mir Yusifin həyat yoldaşı evlənməklərindən danışdı - FOTOLAR
Mir Yusifin həyat yoldaşı evlənməklərindən danışdı - FOTOLAR

Красавица

Şərhlər:

  1. MiSs__KapRiZni dedi ki:

    yaraşırlar utan
    twk

  2. Hilary Duff dedi ki:

    Geweng qizdi