Seksual istismar – KÖŞƏ YAZISI

Keçənlərdə Türkiyənin “Hürriyet” qəzetinin məşhur yazarlarından biri, ekstaravaqant, intim mövzularda rahat, birbaşa, eyhamsız-filansız yazan Ayşə Arman öz köşəsində türk qadın və kişilərini üz-üzə qoymuşdu. Əks cinslərin ürəklərində yığılıb qalmış problemlərindən söz açması emosional partlayış effekti doğurdu.
Tərəflər məişətdən tutmuş, seksə qədər bir-birinin eyiblərindən, qüsurlarından az qala nifrətlə söz açdılar.
Qadınların yazdığı məktublarda bir neçə məqam xüsusən diqqətimi cəlb etdi: “Türk kişiləri yataqda qadınlarını xoşbəxt edə bilmir. Ərlərini məyus etmək istəməyən qadınlar yalandan onların üzlərinə gülüb, özlərini guya orqazma çatmış kimi göstərirlər”.
Görəsən, bizim toplumda qadınların neçə faizi bu saxta rolu oynayır?
Yox, sualı belə qoysaq, daha doğru olar: Azərbaycanda qadınların neçə faizi orqazm haqda məlumatlıdır və bu hissi cinsəl həyatlarında yaşayıb?
Statistik göstəricilərə görə, dünyada qadınların 30 faizi orqazma çatmır, 18 faizi isə nadir hallarda bu həzzi yaşayır. Ayrıca, Amerikada 18-32 yaş arası 360 qadın arasında keçirilən sorğuya görə, onların təxminən 60 faizi orqazmı imitasiya etdiyini deyib. Kişilərin yalnız 25 faizi qadını gerçək orqazma çatdırır.
Azərbaycanda bununla bağlı hansısa statistik göstəricilər yoxdur. Təbiidir. Ən azı ona görə ki, biz hələ də patriarxal düşüncənin hakim olduğu mühafizəkar toplumda yaşayırıq.
Amma tanış qadınlarla, rəfiqələrlə bu mövzuda söhbət edəndə məlum olur ki, onların bir qismi orqazmın nə olduğunu bilmir, digər qismi isə orqazmı imitasiya etməyə məcburdular.
Səbəblərdən biri odur ki, cəmiyyətimizdə cinsi tərbiyə, seksual mədəniyyət anlayışı aşağı səviyyədədir, hətta sıfıra bərabərdir. Ümumiyyətlə, bizdə “seks” sözünün işlədilməsi belə, ədəbsizlik, ayıb sayılır. Cəmiyyətdə total seksual bilgisizlik var və bir qisim qadının da “orqazm” haqda təsəvvürünün olmaması bilgisizlikdən qaynaqlanır.
Bundan başqa, Azərbaycan kişiləri adətən cinsəl münasibətlərdə hedonist, eqoist və tənbəldirlər.
Məlumdur ki, qadın kişiyə nisbətən, orqazma daha gec çatır. Ona görə də kişi tənbəlliyin daşını atıb, sevgi oyunlarını əla mənimsəməlidir.
Çünki araşdırmalara görə, qadının orqazma çatmasına kişinin davranışı təsir edir. Və romantik, zərif davranan, hissiyyatlı partnyoru olan qadınların çoxu orqazma çatır.
Di gəl ki, azərbaycanlı kişilər yataqda bu barədə düşünmür. Onların “milli mənəvi” düşüncəsinə görə qadının cinsi həzz hissini yaşaması vacib deyil. Onun əsas missiyası ərinə həzz vermək və dünyaya uşaq gətirməkdir.
Qadınların etiraflarına görə, kişilər öz “cinsi vəzifəsini” yerinə yetirib orqazma çatandan sonra əksər hallarda arxalarını qadına çevirib yatırlar. Qadının nə hiss etdiyi, bu cinsi aktdan zövq alıb-almamağı onların vecinə də deyil.
Orqazmı dadan qadınlar isə müxtəlif səbəblərdən bu hissi imitasiya edir.
Tipik şərq qanunlarına uyğun olaraq, qadınlara ailədə uşaq vaxtından ərinin qulluğunda dayanmağı, onun istəklərini təmin etməyi mühüm vəzifə kimi aşılayırlar. Kişilər də bundan sui-istifadə edərək, qadını nəinki məişətdə, yataqda da istismar edirlər. Başqa sözlə desək, şərqdə qadınlar kişilər üçün onların seksual tələbatını ödəməkdən ötrü maşındır, robotdur.
Orqazmı imitasiya edən qadınlar əslində fədakarlıq göstərirlər. Yəni qadın ərini aşağılamaq, seksual bacarıqsızlığını üzə vurmaq istəmədiyi üçün susur.
Simulyasiyanın digər səbəblərindən biri odur ki, qadın ərinə həm də özünün yaxşı, ehtiraslı sevgili olduğunu göstərmək istəyir, kişiyə məmnunluq hissi yaşadır.
Əksər qadınlar isə həzz almadıqları üçün xoşagəlməz cinsi akt prosesindən canlarını qurtarmaq istəyir. Bəziləri isə orqazma çata biləcəyinə əmin olmadığı üçün simulyasiya edir.
Bu barədə açıq deyilməsə də, Azərbaycanda bəzi boşanmaların kökündə seksual təminatsızlığın, tərəflər arasında cinsəl uyumsuzluğun dayandığı qənaəti də var.
Cinsəl uyumsuzluğu olan ailələr qohum-əqrəbanın tənəsinə tuş gəlməmək, ailəni dağıtmamaq üçün boşanmaqdan vaz keçir.
Bəzi qadınlar isə maddi baxımdan ərindən asılı olması səbəbindən seksual təminatsızlığa dözür.
Təbii ki, cinsi zövqü yalnız kişinin öhdəsinə də buraxmaq olmaz. Qadın da nəsə eləməlidir.
Əski mühafizəkar Avropada “əsl ledi yataqda qımıldanmamalıdır” fikri çoxdan öz əhəmiyyətini itirib.
Amma bizdə bu fikir hələ də aktualdır. Qadın əgər yataqda sərbəst davransa, məsələn, deyək ki, rus və ya avropalı qadın kimi açıq-saçıq olsa, azərbaycanlı ərin güvənli baxışları skeptik nəzərlərlə əvəzlənəcək, sorğular başlayacaq. Məsələn, beləsi: “Bunu hardan öyrənmisən, harda görmüsən, yoxsa əvvəl həyatında kimsə olub” və s. Yəni elə primitv, küt suallar verilə bilər ki, sanki biz internet əsrində yaşamırıq.
Əgər urbanist mədəniyyətin daşıyıcısı seks mədəniyyətinə bəsit yanaşırsa, onda əyalətdə yaşayanların intim münasibətlər haqda təsəvvürlərini özünüz müəyyənləşdirin.
Ümumiyyətlə, orqazm qadın üçün niyə vacibdir? Bu təkcə həzz alma prosesi deyil, həm də sağlamlıqdır. Məsələn, fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar daha çox pozitiv olur. Çünki orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Müntəzəm orqazm yaşayan qadınlar bu problemlə üzləşmir. Orqazm qadını cavan və təravətli saxlayır. Bundan başqa, orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır və arıqlamağa gətirib çıxarır. Orqazm yuxusuzluğun dərmanıdır. Gün ərzində yığılan gərginlik aradan qalxır və insan rahat yuxuya gedir. Orqazma çatmayanda qadın əsəbi olur, stress keçirir, bu, eyni zamanda bəzi ginekoloji xəstəliklər əmələ gətirir.
Psixoloq və seksoloqların qənaətinə görə, qadının orqazm yaşaması psixoloji və eyni zamanda sosial faktorlardan asılıdır. Məsələn, öz nikahlarını xoşbəxt hesab edən qadınlar daha çox, narazılar isə nadir hallarda orqazma çatırlar. Azərbaycanda sosial, məişət problemlərinin çoxluğunu və bu amillərin nikaha təsir etdiyini nəzərə alsaq, qadınların vəziyyətini təsəvvür etmək çətin olmaz.
Bəzi qadınlarda isə bu, onun uşaqlıqda atası ilə münasibətlərinin necə olmasına bağlıdır. Əgər qız atasının sevimlisidirsə, onun anlayışını və dəstəyini hiss edirsə, onda o da öz partnyoruna güvənlə yanaşır, intim münasibətdən həzz alır. Bizim ailələrdə isə adətən oğlan uşağı qızdan üstün tutulur, qız uşağına ikinci dərəcəli, diqqətsiz münasibət göstərilir. Və bu travmalar yetkinlik yaşına çatanda öz təsirini göstərir.
Alman alimləri isə əmindir ki, partnyorların intellekti yüksəkdirsə və ya bir-birinə uyğundursa, orqazm daha asan baş verir.
Bizim cəmiyyətdə cinsi uyumsuzluğu aradan qaldırmaq üçün bununla bağlı tabular götürülməli, hər iki cins arasında maariflənmə aparılmalı, qadınlar kişilərə həqiqəti deməli və onların guya hər şeyə qadir olması haqda stereotipləri dağıtmalıdır.
Azərbaycan qadınlarının klişesinə çevrilmiş “əsl kişi fahişəni mələyə çevirəndir” fikri bu şüarla əvəzlənməlidir: “Əsl kişi qadını orqazma çatdırandır”.
**
Orqazm haqda bir neçə maraqlı qeyd
Orqazm yunan sözüdür. Mənası ehtirasla alovlanmaq deməkdir.
31 iyul Böyük Britaniyada milli orqazm bayramıdır.
Sentyabrın 10-u Avropda orqazm günüdür.
22 dekabr Ümumdünya Orqazm günüdür.
Qadın orqazmı gücünə görə kişi orqazmını bir neçə dəfə ötür.
Qədim yuna mifologiyasında deyilir ki, Tanrılar Tiresiası cəzalandırmaq üçün onu qadına çevirirlər.
Zevs və Hera intim münasibətlər zamanı qadının və ya kişinin daha çox həzz alması barədə soruşanda Tiresias qadının kişidən doqquz dəfə daha çox həzz aldığını deyib.

Красавица

Şərhlər: