Avroliqada III təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

Avroliqada III təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, təmsilçimiz “Neftçi”nin oyunu ilə yanaşı bu axşam daha 28 oyun baş tutub.

Günün ilk qarşılaşması Qazaxıstanda keçirilib. Burada yerli “Şaxtyor” (Qazaxıstan) klubu Xorvatiya “Hayduk”unu qəbul edib. Azərbaycanın FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda qapılara 6 qol vurulub.

Türkiyə təmsilçisi “Karabükspor” klubu öz meydanında Norveç “Rusenborq”unu sınağa çəkib. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq hesab açılmayıb – 0:0.

Qeyd edək ki, Avroliqada III təsnifat mərhələsinin cavab oyunları avqustun 7-də keçiriləcək.

MR...

Şərhlər: