Pike: “Dünyanın ən yaxşıları sırasında deyiləm”

“Barselona” klubunun müdafiəçisi Xerard Pike maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın “goal.com”a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu əvvəlki formasından uzaq oluğunu etiraf edib:
“Hazırda əvvəlki formamdan uzağam və dnyanın ən yaxşı üç müdafiəçisi sırasında deyiləm. Ötən mövsüm klubumla və “DÇ-2014″də yığmamla heç bir uğur qazanmadım.
Bilirəm ki, “Barselona”da oynamaq səni hər zaman dünyanın ən yaxşıları sırasında saxlayır. Mən də yenidən əvvəlki formamı bərpa edəcəyimə inanıram. Əgər buna nail olmasam, əlimi qaldıraraq bunu bacarmadığımı deyərəm. Luis Enrikeyə güvənirəm. Onun mənə bu işdə kömək olacağına inanıram”.

MR...

Şərhlər: