“Bayram nə vaxtır?!”

"Bayram nə vaxtır?!"
Fitr bayramı İslamın ən böyük və ən mühüm bayramlarındandır.
Ramazan ayının başa çaması necə müəyyən edilir? Bunun bir neçə yolu var:
1. İnsanın özü Ayı görür;
2. Sözlərindən yəqinlik (əminlik) hasil olan bir neçə nəfər Ayı gördüklərini deyirlər;
3. İki adil kişi “gecə Ayı görmüşük” deyirlər və sözlərində ixtilaf olmur;
4. Şəban ayının (Ramazan ayından qabaqkı ay) əvvəlindən 30 gün keçir;
5. Vilayət səlahiyyəti olan İslam alimi, ayın əvvəlinin (axırının) olmasına dair hökm verir.
Bayram gününün mühüm əməlləri hansılardır? Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb vermək (bayram axşamından bayram namazını qılan vaxtadək), bayram qüslü vermək, bayram namazı qılmaq lazımdır.

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir.
Fitr bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir.
Bu namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: “Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun”.

Angelocka

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Chox Sag Ol Yorulmayasan !!!

  2. MILAQROS dedi ki:

    ALLAH razi olsun

  3. Angelocka dedi ki:

    dreamy,
    Sende sagol canim menim oxuyub rey yazdigin ucun opucuk

    R_O_S_H_K_A,
    Sende sagol dostik opucuk

    MILAQROS,
    Cox sagol omrum senden de hemcinin opucuk

  4. star dedi ki:

    Coxsagol,canikom.Allah hamimizin qelbini huzur ve sevgi dolu etsin.amin!

  5. e_s_k_a dedi ki:

    А когда праздник вот мне интересно это…..я знаю что у Суннитов по любому завтро а у Шиитов не знаю или завтро или после завтра!

  6. VeFaSiz_Giz dedi ki:

    Djazaki Allahu Xayran sestrenka )))))))

  7. МиниК_Сердце dedi ki:

    cox sag ol