“Fitrə zəkatı”…

"Fitrə zəkatı"...
Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an qalanda belə, həddi-buluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansını pulunu versə, kifayətdir.
Əgər bir kəs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa fəqirdir və fitrə zəkatı ona vacib deyil.
Hər kəs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun, istərsə kiçik; istər müsəlman olsun, istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.

Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir.
Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq onun çörək yeyənlərindən hesab olunarsa, ehtiyata əsasən onun fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə məcbur etdiyi şəxsin də fitrəsini verməlidir.
Fitr bayramı gecəsi məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl dəvət olunmuş olsa və orada iftar etsə belə) ev sahibinə vacib deyil.

Angelocka

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Hm,mmm Maraqlidi Chox Sag Ol !!!

  2. MILAQROS dedi ki:

    ALLAH razi olsun bacish var olasan

  3. Angelocka dedi ki:

    R_O_S_H_K_A,
    Cox sagol dostikim oxudugun ucun opucuk

    MILAQROS,
    Cox sagol bitanem cumlemizden inwallah opucuk

  4. e_s_k_a dedi ki:

    Angelocka,
    саол Джана Аллах разы олсун ИншаАллах!!!

  5. VeFaSiz_Giz dedi ki:

    Djazaki Allahu Xayran baci

  6. МиниК_Сердце dedi ki:

    ALLAH RAZI OLSUN…….