FITRE ZEKATI VERDINIZMI?

FITRE ZEKATI VERDINIZMI?

Fitrə nədir?
Demək olar ki, hamımıza tanışdır zəkatın bu növü. Bəlkə də ata-babalarımızın dilində qalan “fitrə-sədəqə” də elə əsasən bu ibadət növündən sonra qalmışdır.
Zəkatın bu növü yalnız Ramazanda verilir. Hicrətin ikinci ilində əmr olunmuşdur.
Fitrə zəkatı, gündəlik yeməyi olan hər bir müsəlman şəxsə vacibdir. Həm özünün həm də öz himayəsində olan istər oruc tutan, istərsə də tutmayan hər bir şəxsin əvəzinə çıxarmalı və verməlidir.
Bu, həm oruc tutanın oruc tutduğu müddətdə etdiyi günahlarını təmizləyir və orucunu saflaşdırır. Həmçinin imkansız və yoxsullara bayram günü bir yardımdır.
Hər bir müsəlman bayram axşamı, səhər bayram namazı qılınmamışdan hansı ölkədə, hansı vətəndədirsə elə oradaca fitrə zəkatını çıxarmalıdır.
Fitrə zəkatı mütləq bayram namazına kimi verilməlidir, ondan sonra sayılmır.

Nə verək, necə verək?
Ümumən alimlərin rəyi odur ki, fitrə zəkatı ərzaq növündən olmalıdır, çünki bayram günü üçün nəzərdə tutulmuş zəkatın bu növü məhz yemək ehtiyacını ödəməlidir. Hənəfi alimlərin rəyinə görə, verilə biləcək ərzağın qiyməti məbləğində pul da verilə bilər. Bəzi alimlər imkansızların ehtiyacına ən uyğun olan şeyi də vermək mümkündür – deyiblər, İmam İbn Teymiyyə də məhz bu rəy sahiblərindəndir.
Fitrə zəkatı məhz yemək və ərzaq olmalıdır rəyini irəli sürən alimlər şəriətə və hədislərə əsaslanaraq deyirlər ki; fitrə zəkatını Peyğəmbərimiz (s.a.s) və səhabələri məhz ərzaqdan vermişlər, Peyğəmbərimiz (s.a.s) bizə belə tövsiyə etmişdir, biz də məhz buyrulan kimi etməli, dəyişməməliyik, deməli belə məsləhətdir. Verilən ərzaqın qiyməti məbləğində pul versək, bəlkə də həmin ailə o pulu lazımsız yerlərə və hətta haram olan şeylərə xərcləyəcək.
Hənəfi alimlər isə öz rəylərini belə izah edirlər; fitrə zəkatının əsas məqsədi ehtiyacı olanları məhz bayram günü ehtiyacsız etmək, ondan-bundan istəmələrinin qarşısını almaqdır. Ehtiyac isə yalnız yeməklə deyil, başqa şeylərlə də ola bilər, imkansız adam isə öz ehtiyacını daha yaxşı bilir. Verilən pulu isə rahat olaraq istədiyi ehtiyacını ödəyəcəkdir. Həm də bütün bu ehtiyaclar zamandan və məkandan asılı olaraq dəyişir.
İmam İbn Teymiyyə qeyd edir ki; “Ehtiyac və məsləhətli bir səbəb olmadan pul vermək olmaz. Amma çox ehtiyac varsa, ədalətli olaraq çıxarmaq olar.”

Tutalım ki, fitrə zəkatını məbləğiylə pul halında vermək istədik, bəs qiymətini necə müəyyən edək?!
Bu zaman Əbi Səid əl-Xudridən məşhur olan rəvayətə istinadən götürürük, Allah Ondan Razı olsun deyir ki, Rəsulullah (Allahın səlat və səlamı olsun Onun üzərinə) bizim aramızdaykən fitrə zəkatını bir (ərəbcə saa, xüsusi bir qabın adıdır, ölçü kimi nəzərdə tutulub) qab yemək yaxud bir qab xurma, yaxud bir qab arpa, yaxud bir qab kişmiş halında çıxarıb verərdik…”
Bu halda həmin qabın ölçüsünü və tutumunu bilməliyik ki, tutumu qədər ərzaqın qiymətini çıxara bilək. Alimlər orta bir rəyə və nəticəyə gəliblər ki, həmin qabın tutumu, orta tutumlu iki ovucun birlikdə tutumunun 4 dəfəsidir. Yəni, iki əlini birləşdirərək (məsələn buğda, arpa, düyü, xurma və s.) ovuc dolusu 4 dəfə nə götürə bilərsənsə o qədər. Bu zaman həmin miqdarda istər buğda, istər düyü, istər xurma, istər noxud və sairə kimi ərzağın qiymətini çıxarıb vermək olar.

Axı hər bir ərzağın da özünə görə qiyməti var!
Təbii ki, bu zaman hər bir adam da öz imkanına, öz cibinə görə bir şey seçsin. İmkanı məhdud olan da buğda və zəngin birisi də buğda seçməsi bəyənilməz. Belə bir məsələdə isə hansısa bir ərzaq növü olmalıdır deyə məhdudlaşdırmaq da doğru sayılmaz.
Bəs əsasən kimlərə düşür fitrə zəkatı?!
İbn Ömərdən (r.a) rəvayət olunur ki; (Rəsulullah (s.a.s) Ramazanın fitrə zəkatını azad ya kölə, kişi ya qadın bütün müsəlmanlara fərz etmişdir.)
Əl-Buxari də rəvayət edir ki; (Rəsulullah (s.a.s) fitrə zəkatını bir (saa) qab xurma, yaxud bir qab arpa olmaqla azad, kölə, kişi, qadın, kiçik, böyük bütün müsəlmanlara fərz etmişdir.)
Abu Hüreyrədən də belə rəvayət olunur; (Azad, kölə, kişi, qadın, kiçik, böyük, kasıb, zəngin hər bir kəsə vacibdir).
Bu hədislərdən belə nəticə çıxarırıq ki, hər bir şəxs himayəsində olan kim varsa, onların adından fitrə zəkatını verməlidir. Himayəsində olan oruc tutmasa da belə.

Əgər biz fitrə zəkatını kasıblara veririksə, bəs kasıblar necə versinlər və kimə versinlər?!
Əgər kasıb və imkansız şəxsə gündəlik yemək-içməyini ödəyə bilirsə, bacardığı qədər bir şey versin. Burada Rəsulullah (s.a.s) fitrə zəkatını hətta kasıba da əmr edərək, ona da sədəqə verməyi öyrətmək istəyir. Kiməsə əl tutmaq, nə isə vermək özü böyük bir əxlaq və böyük bir ibadətdir. Kasıblar da heç olmazsa bu ibadətdən və əxlaqdan məhrum olmasınlar, nə isə versinlər. Əslində kasıb olduqları üçün onsuz da başqalarının fitrə zəkatından da onlara çatacaqdır.

Allah bizim oruclarımızı, ibadət və dualarımızı qəbul etsin! Həmişə bizi xeyirli əməllərə müvəffəq etsin!

MILAQROS

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Choxxx Sag Ol Allaha Senden Razi Olsun !!Yorulmayasan !!!

  2. GLINKA dedi ki:

    ELBETDE VERMISEM TEBII KI
    BEDENIMIZIN ZKTI ORUCDUR ORUCUN ZEKATINI DA VERMELISEN DE 5 MANAT VERDIM

  3. MILAQROS dedi ki:

    GLINKA,

    ALLAH RAZI OLSUN,ALLAH QEBUL ELESIN

  4. e_s_k_a dedi ki:

    ИншаАллах Аллах примет наш намаз пост закят и дуалар Аминь ИншаАллах!!!!
    Мы дадим в праздник Рамадан ИншаАллах!!!

  5. VeFaSiz_Giz dedi ki:

    Djazaki Allahu Xayran baci

  6. Angelocka dedi ki:

    MILAQROS,
    Cox sagol omrum allah razi olsun..Allah butun fitre ve zekatlari qebul etsin amin..