`Microsoft Bing` `Google`un əsas rəqibə çevrilir

 `Microsoft Bing` `Google`un 601;sas r601;qib601; 231;evrilir

“Microsoft Bing” “Google”un əsas rəqibə çevrilir, “Yahoo!” itirə-itirə gedir

“Bing” axtarış servisi bazarın 10 %-ni tutub

“Microsoft Bing” ABŞ-da ən sürətlə artan axtarış servisi olub.

ForGenC.NeT Rabittə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, cari ilin avqust ayında servis iyul ayından fərqli olaraq 22,1% daha çox axtarış sorğusu emal edib.

Bu barədə “Nielsen” şirkətinin tədqiqatçıları tərəfindən tərtib olunmuş yeni hesabatda bildirilir. İstifadəyə veriləndən sonrakı üç ay ərzində “Bing”in bazardakı payı 10,7 % təşkil edib. Bu siyahının birinci yeri əvvəlki kimi 65 faiz göstəriciylə “Google” axtarış servisinə məxsusdur.

“Yahoo!” isə mövqelərini itirməkdə davam edir. Axtarış sorğularının sayı 4,2% azalıb, bazardakı payı isə 16% olub. “comScore” analitik şirkətinin bir qədər bundan əvvəl təqdim etdiyi hesabata əsasən “Microsoft” saytları tərəfindən emal olunmuş ümumi sorğuların sayı 2008-ci ilin iyul ayından 2009-cu ilin iyul ayına kimi 41% artıb.

“Bing” “Microsoft”un axtarış servisləri bazarında uğur qazanmaq üçün atdığı dördüncü və ən uğurlu addımıdır.

R_O_S_H_K_A

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Bunlarda gunde 1 Wey Kewf Edirler !!!

  2. VeFaSiz_Giz dedi ki:

    R_O_S_H_K_A,

    eziyyete ve xebere gore cox saqol dostik

  3. R_O_S_H_K_A dedi ki:

    opucuk Deymez !!!

    opucuk Deymez !!!

  4. Angelocka dedi ki:

    R_O_S_H_K_A,
    Dostikim coxx sagol..Yorulmayasan opucuk

  5. Avtosh_227 dedi ki:

    cox sagol.