Mükəmməl qadın olmayın!!

Yaxşı bir həyat yoldaşı, ana, seksual, ev xanımı, iş qadını, dost, övlad, sevgili və daha bir çox şey olan mükəmməl qadın, niyə bədbəxt olar? Çünki bu qadınlar başqaları üçün yaşayarlar!Münasibətlər qarşılıqlı paylaşmaya əsaslanır. Mükəmməl qadın, həyat yoldaşının edəcəklərini öz üzərinə götürdükdə, zəfərlərini də əlindən almış olar. Səy göstərmək, məşğul olmaq üçün ortada səbəb buraxmaz. Həyəcanı, həvəsi qalmayan bir həyat yoldaşı, təbii olaraq gedib, özünü göstərəcəyi, yaradacağı başqa mühitlər axtarar.Mükəmməllik, özündən imtina etmək deməkdir. Davamlı olaraq başqaları üçün yaşamaq, onların ehtiyaclarını ödəmək, onların sevdiklərini seçmək və hazırlamaq, həmişə başqalarını düşünmək, mükəmməl qadını şəxsiyyətsiz edər. Öz həyatından imtina etmək, saçının hər telini süpürgə etmək, gərəksiz fədakarlıq göstərmək qarşı tərəfdən alqış və təqdir almaz.Bunlar nizamlı olaraq edildiyi üçün vəzifəymiş kimi qəbul edilər və qiyməti bilinməz.Qüsursuz və mükəmməl olmaq, yalnız zərər verər.Həyat yoldaşını, uşağını, özünü hətta dostlarını belə çətin bir psixoloji hala salar. Münasibətlər paylaşdıqca dəyər qazanar və həzz verər. Mükəmməl qadın xoşbəxt ola bilməz. Başqalarının həyatını nizamlayarkən, özünə aid bir həyatı unudar.İnsan dediyin qüsurlu olar. Səhvləri ilə var olar. Mükəmməllik, insana aid deyil. Qüsursuz və ya mükəmməl qadın olmayın. Bu sizi ancaq, ruhi kölə və həyat xidmətçisi edər.

MILAQROS

Şərhlər:

  1. star dedi ki:

    Mьkəmməl qadın xoşbəxt ola bilməz

    BU FIKIRI MEN BAWQA CUR DEYERDIM,MUKEMMEL QADININ QEDRI BILINMEZ.thanx,primadonna,hihahaha.

  2. fanya_ya dedi ki:

    Saq ol xabara gora….

  3. Бакинка dedi ki:

    saol xebere gore

  4. balaSeytan dedi ki:

    mence qadinlar istirahete de vaxt ayirmalidir

  5. Angelocka dedi ki:

    MILAQROS,
    Cooxx sagol omrum..Xeber superdi..Ellerine sagliq opucuk

  6. R_O_S_H_K_A dedi ki:

    Ne ise Xebere Gore Chox Sag Ol !!!

  7. star dedi ki:

    MILAQROS,

    bunnan sonra sene ele deyecem,hele cox eseblewdirsen,pribagema da deyecem,hahaha

  8. MILAQROS dedi ki:

    Sitat: star
    thanx,primadonna,hihahaha.

    eeeee besdidexaxa xaxa xaxa xaxa

  9. aznetin_gozeli dedi ki:

    Mьkəmməllik, цzьndən imtina etmək deməkdir. Davamlı olaraq başqaları ьзьn yaşamaq, onların ehtiyaclarını цdəmək, onların sevdiklərini seзmək və hazırlamaq, həmişə başqalarını dьşьnmək, mьkəmməl qadını şəxsiyyətsiz edər.

    raziyam…..her sey paylasdiqca ve qarsiliqli olanda gozel olur

  10. jasminka dedi ki:

    twkler maraqli xebere gore