Bir Adam

Bir Adam

Ayaq izləri
Bir adam bir gecə qəribə bir yuxu gördü. Yuxuda Dostu ilə qumsallıqda gedirdi.
Adam bir tərəfdən Dostu ilə qumsallıqda gedir, bir tərəfdən də, göy üzündən bir kino lenti kimi keçən həyat səhnələrinə tamaşa edirdi. Qumun üstündə iki cüt ayaq izi var idi. Bu izlərdən bir cütü onun, bir cütü isə Dostunun idi. Nəhayət, həyatının son səhnəsi də keçdi. Sonra adam bir daha qumdakı ayaq izlərinə baxdı. Qəribə də olsa, həyat yolunun bəzi səhnələrində qumun üstündə ancaq bir cüt ayaq izi var idi. üstəlik, ayaq izinin tək olduğu vaxtlar həyatının ən çətin, ən ağır günləri idi. Bu kəşfi onu çox məyus etdi və bunun səbəbini Dostundan öyrənməyi qərara aldı: Dostum! Sən həmişə mənim yanımda olacağına söz vermişdin. Və heç vaxt məni tək qoymayacaqdın. Ancaq indi həyat yoluma baxıram və ən çətin, ən ağır günlərimdə qumda yalnız bir cüt ayaq izi görürəm. Bunun səbəbini bilmək istəyirəm. Dostu gülümsəyərək cavab verdi: Əziz dostum! Mən səni heç vaxt tək qoymadım. Ən çətin, ən ağır günlərində yanında oldum. Əgər qumun üstündəki ayaq izlərinə bir də baxsan, o ayaq izlərinin get-gedə dərinləşdiyini görərsən. Onda da mən sənin yanında idim. Sadəcə olaraq, səni əllərimin üstündə aparırdım.

Fikirlerinizi Bildirmeyi Unutmayin!!!

R_O_S_H_K_A

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Haydaaaa Men Qachmadim Dinqili Prosto men Sozumu Dedim,Netde Atdi Girdim Sen Chixmisan !!!Men Qachmadim Prosto men Soz Deyirem Gulursen!!!

  2. fanya_ya dedi ki:

    dostlarin hamisi eledi bu heyatda sedaqetli dost tapmaq chox chetin bir ishdir esl dost tapmaq uchun gerak 100 yashin olmalidir man o qeder insanlarla dost olmusham amma bilmamisham ki onlarin ich uzlarnda na var eshiiiiiii heyatdida hami eledi man da chox sehvlar etmisham insanlar pis olmasa dunya maraqsiz kechardi saq ol gozal ve maraqli xabara gora

  3. Avtosh_227 dedi ki:

    cox sagol..

  4. KinG ArthuR dedi ki:

    MARAQLIDIR

    Emircan yek ve tek

  5. meymunka dedi ki:

    Cooox sag ol maraqli xebere gore!!!

  6. R_O_S_H_K_A dedi ki:

    IzYuMinKa,
    Spasibo!!!

  7. IzYuMinKa dedi ki:

    R_O_S_H_K_A,
    THANKS ZA INTERESNUYU NOVOST

  8. R_O_S_H_K_A dedi ki:

    Deymez Dostikler!!!

  9. memi_ dedi ki:

    heqiqeten maraqli xeberdi,ibretamiz xeberlere gore tewekkur

  10. R_O_S_H_K_A dedi ki:

    meymunka,
    Angelocka,
    opucuk

  11. Angelocka dedi ki:

    R_O_S_H_K_A,
    Cox sagol dostik maraqli xeber idi opucuk

  12. meymunka dedi ki:

    Coooox sag ol dostik,maraqli xeberlere gore!Cox beyendim….elin qolun var olsun!

  13. R_O_S_H_K_A dedi ki:

    Black_Boy,
    Deymez Brat !!! thank_you

  14. Black_Boy dedi ki:

    maraqli xeber idi yadima menim lap bir atalar sozlerini saldi
    Dost dosta ten geler ten olamsa gen geler ve ya da yaxwi dost dar gunde taninar
    cox sag ol qaqa ela hekaya idi hem de ibratmiz

  15. dreamy dedi ki:

    R_O_S_H_K_A,
    hmm cox gumanki olub onda!

  16. R_O_S_H_K_A dedi ki:

    dreamy,
    Sen O Sozun Menasin Bawa Duwmedin !!!

  17. dreamy dedi ki:

    hmm maraqli idi , hmm amma bir azda anlasilmaz geldi mene, eger bu adami dostu eleri ustunde dasiyirdisa bes onda bu onu meyer hiss etmirdi ve ya gormurdu.??? lumped