HƏR ŞEY SƏNDƏ GİZLİ

alt

 

alt

HƏR ŞEY SƏNDƏ GİZLİ

Yerin səni çəkdiyi qədər ağırsan

Qanadların çırpındığı qədər yüngül…

Ürəyinin vurduğu qədər canlısan

Gözlərinin uzağı gördüyü qədər gənc…

Sevdiklərin qədər yaxşısan

Nifrət etdiklərin qədər pis…

Nə rəng olursa olsun qaşın,gözün

Qarşındakının gördüyüdür rəngin…

Yaşadıqlarını qazanc sayma

Yaşadığın qədər yaxınsan sonuna

Nə qədər yaşarsan yaşa,

Sevdiyin qədərdir ömrün..

Gülə bildiyin qədər xoşbəxtsən

Kədərlənmə bil ki,ağladığın qədər güləcəksən

Əsla bitdi sanma hər şeyi,

Sevdiyin qədər seviləcəksən.

Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər

Və qarşındakına dəyər verdiyin qədər insansan

Bir gün yalan danışacaqsansa əgər

Burax qarşındakı sənə güvəndiyi qədər inansın.

Ay işığındadır sevgiliyə duyulan həsrət

Və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan

Unutma yağışın yağdığı qədər yaşsan

Günəşin səni istilətdiyi qədər isti.

Özünü tək hissettiyin qədər təksən

Və güclü hiss etdiyin qədər güclü.

Özünü gözəl hiss etdiyin qədər gözəlsən…

Bax budur həyat!

Bax budur yaşamaq,bunu xatırladığın qədər yaşayarsan

Bunu unutduğunda aldığın hər nəfəs qədər üşüyərsən

Və qarşındakını unutduğun qədər tez unudularsan

Çiçək sulandığı qədər gözəldir

Quşlar oxuya bildiyi qədər sevimli

Körpə ağladığı qədər körpədir

Və hər şeyi öyrəndiyin qədər bilərsən,bunu da öyrən,

Sevdiyin qədər sevilərsən..

alt

Badi_Seba

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    Və hər şeyi oyrəndiyin qədər bilərsən,bunu da oyrən,
    Sevdiyin qədər sevilərsən..

    cry cry
  2. memi_ dedi ki:

    cox sag ol heqiqeten eziyyetine deyer

  3. Badi_Seba dedi ki:

    Dreamer,
    beyendiyine sevindim…

  4. Dreamer dedi ki:

    <b>badi_Seba,<b>
    <b> Chooooox sagol…ela sheirdi….<b>

  5. Badi_Seba dedi ki:

    Sitat: R_O_S_H_K_A
    badi_Seba,
    Eladi Dostik Superrr !!Nolubeee Yene Sene ???

    hec bowver her wey ela olacaq…beyendiyine sevindim..)))

  6. R_O_S_H_K_A dedi ki:

    badi_Seba,
    Eladi Dostik Superrr !!Nolubeee Yene Sene ??? cry

  7. meymunka dedi ki:

    Cooox sag ol.Cooox super bir xeber….

  8. Badi_Seba dedi ki:

    Sitat: Admin
    badi_Seba,
    Nolursun uzulme dostikim nolursunnnnnnnnn

    yox canim dostum yeterki sen iste..ama bazen elimde deyil uzulmemek… not_i

  9. Admin dedi ki:

    badi_Seba,
    Nolursun uzulme dostikim nolursunnnnnnnnn

    Inan men seni nxeberlerinin heyraniyammm cox bbeyenirem xeberlerini…

  10. Badi_Seba dedi ki:

    KinG ArthuR,
    beyendiyine sevindim..)))

  11. KinG ArthuR dedi ki:

    elaaaaaaaaa cranky

  12. Single Girl dedi ki:

    Super Super Super cox saqol xebere gore..yorulmayasan