`Kurtlar Vadisi`nin qəhrəmanı evində ölü tapıldı

 `Kurtlar Vadisi`nin qəhrəmanı evində ölü tapıldı

“Kurtlar Vadisi”nin qəhrəmanı evində ölü tapıldı

“Seyfo dayı”nın meyitini oğlu aşkarlayıb

“Kurtlar Vadisi” serialının məşhur obrazlarından olan Seyfo dayını canlandıran tanlnmış aktyor Nihat Nikerel evində ölü tapılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 59 yaşlı Nihat Nikerel evində tək olduğu zaman ürək tutmasından vəfat edib. Onun cəsədi dünən axşam evə gələn oğlu tərəfindən aşkarlanıb. “Seyfo dayı”nın sentyabrın 26-da saat 18 radələrində vəfat etdiyi bəlli olub.

2009-cu ilin fevralında anasının ölüm xəbərini alınca ürək tutması keçirən Nihat Nikerel xəstəxanaya aparılmış və müalicə olunduqdan sonar evə buraxılmışdı. Son olaraq Kərəm Alışıkın “72-ci kamera” adlı teatr tamaşasında rol alan aktyor son iki gündə məşqlərə gəlməyib. K.Alışık bunun səbəbini öyrənmək üçün aktyorun oğlu ilə əlaqə saxlayıb və acı xəbəri ondan öyrənib.

Nihat Nikerel 1972-1976-cı illərdə uzun bir dünya səyahətindən sonar vətənə dönüb və 1985-ci ildə yazdığı ssenari ilə sənət aləminə yol alıb. Müxtəlif film və seriallarda rol alan sənətçi bir kitab da yazıb.

 `Kurtlar Vadisi`nin qəhrəmanı evində ölü tapıldı

R_O_S_H_K_A

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    aydaaaaa bu aktyor olduu?…cox pis olum.. not_i

  2. R_O_S_H_K_A dedi ki:

    badi_Seba,
    Heee oldu Allah Rehmet Elesin !!! cry

  3. star dedi ki:

    Ay turan,men deyeceydim sene.ele xowum gelirdi o aktyordan.ALLAH REHMET ELESIN.

  4. Dreamer dedi ki:

    ALLAH Tehmet elesin..Ona chox yaxshi aktyor idi

  5. memi_ dedi ki:

    cox sag ol,allah rehmet elesin!l

    crazy sob

  6. Avtosh_227 dedi ki:

    allah rehmet elesin…

  7. Cimcime101 dedi ki:

    Alllah rehmet elesin.