Mikayıl Müşviq…Yenə o bağ olaydı..

 

Mikayıl Müşviq

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər axşam.

Arzuya bax sevgilim, tellərindən incəmi ?

Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

Ürkək baxışlarınla, ruhumu dindirəydin,

Məni sevindirəydin.

Gizli söhbət açaydıq, ruhun ehtiyacından,

Qardaşından, bacından.

Çəkinərək çox zaman söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,

Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,

Vay o qəlbə ki, boşdur!

Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,

İnsanlar daha məsud.

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin.

İnsanların vüqarı, tələbi daha yüksək,

Yolumuzdan daş, kəsək,

Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,

Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

Saçın kimi qıvrılan, dalğalara dalaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə, qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindəni,

Yapışaydım belindən.

Xəyalımız üzəydi, sevda dənizlərində,

Ləpələr üzərində,

İlhamımın yelkəni, zərrin saçın olaydı,

Sular xırçın olaydı.

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində.

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi.

Yarpaqlar arasından uzadaraq əlini,

Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!

Sən gözəlsən, ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim…

Asılaydı sözlərim.

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi.

Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,

Can-ciyər olacaqlar.

Bir az da uzaqlara açacaqlar yelkəni,

Ruh yeni, höyat yeni…

Çıxacaqlar göyləri aşaraq dönə-dönə,

Buludların fövqünə.

Uçacaqlar sabaha, uçacaqlar yarına,

Efir boşluqlarına.

Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,

Bu insan oğlu bilsən.

Azadlıq ölkəsində daha şad olacaqdır,

Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

Badi_Seba

Şərhlər:

  1. Nurik79 dedi ki:

    я не многих наших великих знаю,но о нём слышала песню….жаль его… cry спасибо за новость…

  2. Dj ExTrEmE dedi ki:

    Chox gozel seirdir betendin Ellerin Agrimasin BAciska

  3. Single Girl dedi ki:

    cox gozel weirdi cox saqol

  4. Black_Boy dedi ki:

    badi_Seba,
    star,

    Canlarim menim her ikinizi cox isteyirem . Bilirem ne meseledi mende isteyirem ki yene o bag olaydi ………….. geleydi amma ne etmek olar ki olur bele weyler ozunuzu buz kimi saxlayin canlarim menim . Her wey yaxshi olacaq ok ? Deliwka yiginagi yene bir yerde ok ? xaxa xaxa

  5. Badi_Seba dedi ki:

    Sitat: star
    Masan,davet elesen seve seve gelerem.ozu da tut agacina ozum cixib,tut cirparam,siz da awagida cadiri tutarsiz.aydaa,uwaqliq illerim yadima duwdu lap.yeri var.

    Inwallah canim baciwim..ne devet elemeyee.sen menim yanimda olmalisan her zaman..

  6. star dedi ki:

    Masan,davet elesen seve seve gelerem.ozu da tut agacina ozum cixib,tut cirparam,siz da awagida cadiri tutarsiz.aydaa,uwaqliq illerim yadima duwdu lap.yeri var.

  7. Badi_Seba dedi ki:

    Sitat: IzYuMinKa
    TWKLER GOZEL WERDI

    elbetde gozel weirdi.. opucuk

    Sitat: star
    Ay masan,olacag.ondan da gozel baglarimiz olacax,goressen,inwallax.


    azz sende gelessen bizim baga?…)))))

  8. star dedi ki:

    Ay masan,olacag.ondan da gozel baglarimiz olacax,goressen,inwallax.

  9. IzYuMinKa dedi ki:

    badi_Seba,
    TWKLER GOZEL WERDI

  10. Badi_Seba dedi ki:

    Sitat: star
    Canim,bu werdan otru ureyim gedir.coxsagol,edebiyatimizin kralicasi,masanim.mac.ozu da qeweng olube Muwviq,lap worikler kimi daniwdim.thanx,mas.

    azz hee krasavcik oludee…baciii deyirem Yene o bag olaydi… cry cry

  11. star dedi ki:

    Son dovrlerin forgenclilerinin devizi olsun bu cumle.VAY O QELBE KI BOWDUR.caneee,mehebbet bir beladir ki,giriftar olmayan bilmez.

  12. star dedi ki:

    Canim,bu werdan otru ureyim gedir.coxsagol,edebiyatimizin kralicasi,masanim.mac.ozu da qeweng olube Muwviq,lap worikler kimi daniwdim.thanx,mas.

  13. Badi_Seba dedi ki:

    dreamy,
    sende sagol omrum beyendiyine sevindim… opucuk

  14. dreamy dedi ki:

    cox gozel serdir, cox sagol canim

  15. Nurik79 dedi ki:

    Sitat: badi_Seba
    Nurik79,

    canim o 38 yawinda oldurulub…xalq duwmeni kimi…cox istedadli wair olub..ne cox sevdiyim weiride bu weiridi..Yene o bag olaydii


    he,baci,bilirem….ewidmiwem…

  16. Badi_Seba dedi ki:

    Nurik79,

    canim o 38 yawinda oldurulub…xalq duwmeni kimi…cox istedadli wair olub..ne cox sevdiyim weiride bu weiridi..Yene o bag olaydii

  17. Badi_Seba dedi ki:

    Single Girl,
    Dj ExTrEmE,
    beyendiyinize sevindim dostiklerim…