Bir kitab olsaydı həyatın,


 

Bir kitab olsaydı həyatın,
kitabxananın harasina qoyardın? Tarix
kitabları, roman, bioqrafiya yoxsa şeir rəfine? Gözə dəyən bir yerdə mi
dayansın istəyərdin yoxsa diqqətli nəzərlərin belə görə bilməyəcəyi bir
yerdə mi? Tez-tez açıb oxuyar miydin? Yoxsa hərdənbir tozunu almaqdan
ibarət olardıhəyat kitabin? Həyatda gözəl şeylər etdinsə, insan kimi
yaşadınsa və yaşatdınsa hər kəsin görə biləcəyi bir yerdə olsun
istəyərdin qürur duyaraq. Göz qarşısında dayansın istəyərdin ki sənlə
daxil hər kəs tez-tez açıb oxusun, faydalansın.


Kitabı əlinə alan sonuna qədər oxuyarmiydimi, yoxsa dərhal sıxılardi?
Ən hüznlü, ən sevincli, “həyatımda ilk dəfə” dediyin anların yazılı
olduğu səhifələrdə, kağızın ucunu qatlayıb buraxan bir oxuyucu görsənnə
hiss edərdin? Sənin üçün ən çətin anları gülümsəyərək, ən xoşbəxt
anları ağrıyaraq, ən qəribə anlarını anlamadan oxuyanlara nə deyərdin?
Hirslənərdin yoxsa hər kəs ayrı bir vicdana sahib və buna görə hər
kəsin özünə xas bir gerçəyi var deyərək gülər keçərdin?


Haqlı olsalar belə haqq verməz idin səhv etdiyində ağıl öyrədənlərə?
Göz görə görə etdiyin səhvlərə bir dəfə daha peşman olmaz idin?
Həyatını yazan kitabın məzmununa deyil də, qalınlığına baxanlar
əhvalını pozardi?


Həyatın kitab olsaydı, sən ən çox hansı hissələrini sevərdin? Hansı
səhifələri cırıb atmaq, hansı sətirləri təkrar təkrar oxuyub
vurğulamaq, hansı cümlələri bir daha yaşamaq istəyərdin? Həyatın kitab
olmaqdan kitab sənin həyatını izah etməkdən məmnun olardin? İkinci nəşr
edərdin? Yoxsa kitabxanaların tozlu rəflərində illərcə qalardi? Həyatın
kitab olsa o kitabı sevərmiydin? Sənin baş kitabın olardimi?


Kitabına nə ad verərdin? “Səhvlərim”, “Doğrularım”, “Həyat nə qədər
sürətli”
ya da “Eşqlərim və nifrətlərim” mi? Qapağına necə bir
fotoşəkil qoyardın? Bir vəsiqəliyinimi, gülən, düşünən ya da ağlayan
bir portretimi?


Həyatın kitab olsaydı, başqa kitablardan nə fərqi olardı? Artıqdan nə
izah edərdi, fərqli olaraq nə söyləyərdi, nəyi söyləməyi gərəksiz tapıb
keçərdi? Həyatın kitab olsa həyatı yekunlaşdırar idimi? Ən gözəl yeri
hara olardı? Başlanğıcımı, ortasımı, sonumu yoxsa hamısımı? Həyatı
sevdirdiyi qədər, ölümü də sevdirərdimii?


Nəticə olaraq, həyat əslində bir kitab,yaşadıqca özbaşına yazılan amma
ancaq ölüm kənarında oxunan, həm də sətir sətir təkrardan yaşanarcasına
oxunan və sətir sətir, nöqtəsi vergülünə qiymətləndirməsi edilən bir
kitab… İşdə belə bir kitab ilə ölüm kənarına keçildiyinə görə,demək
ki məqbul olan, bu kitabı ölüm kənarında oxuyarkən kədərlənməyəcək,
vicdan əzabı duyməyacak şəkildə yazmaq.


Yaxşı, bunu bacara bilməmişiksək nə olacaq? Bunu bacarana qədər təkrar
təkrar müvəffəqiyyətli bir kitab yazma sınaqları davam edəcək….

Hamımıza uğurlar…

Badi_Seba

Şərhlər:

  1. Badi_Seba dedi ki:
    Menim heyatim bir kitab olsaydi…o kitabin bezi varaqlarini qopardib yandirardim…elberde o zaman kitab menasini itirerdi..amma dogurdanda heyatimda bezi weyleri silmeye ehtiyacim var…
  2. Avtosh_227 dedi ki:

    tarix refine yigardim.ama tebii ki,olsaydi.xebere gore minnetdaram.ellerin var olsun

  3. Badi_Seba dedi ki:

    Sitat: King_Of_THE_SKY
    badi_Seba,
    SDostik Super Xeberdi THANKS


    super gunun olsun dostik

  4. Angelocka dedi ki:

    badi_Seba,
    Bow ver uzulme..Deliwka ona gore etmedim neyse opucuk

  5. Badi_Seba dedi ki:

    Angelocka,
    caaan bagiwla zarafat eledim oooffff(((((((((((

  6. Badi_Seba dedi ki:

    Angelocka,
    azzz bu dastanini indi bawlasam oxumaga sehere ancaq bitirerem…)))))))))

    menim qoydugum xeberden coxdu dastanin..)))))))))))

  7. Angelocka dedi ki:

    badi_Seba,

    Menim heyatim bir kitab olsaydi hmm scratch "Tarix kitablari" bolmesinde olsaydi eger ora yerlewdirseydim heyatimda o qeder gozel birweyler yawansin ki o anlarim tarixe cevrilsin Hec yaddawlardan silinmesin Her kes bilsin oxusun ona gore tarix bolmesinde yerlewdirmek isterdim Sonra "Roman" bolmesinde bu bolmede yerlewdirseydim isterdim ki heyatimda ele bir sevgi yawayim ki o artiq roman olsun hami bilsin "Leyli Mecnun" sevgisinden "Romeo Julieta" sevgisindende boyuk bir sevgi olsun O anlarimida "Roman" bolmesinde yerlewdirmek isterdim Sevgimiz roman kimi olsun Sonra "Bioqrafiya" bu refede yerlewdirsem eger bu refde menim haqqimda hetta ozumun bele bilmediyim xasiyyetim veya cehetim varsa o haqqda yazilmiw bir kitab Isterdim etrafimdaki insanlar meni daha yaxindan tanisin ve meni bawa duwsunler Menide anlasinlar Men uzgun olanda veya sevincli olanda ne isteyirem mene nece qaygi gostersinler Bunlara ehtiyacim oldugum anlarimda bu kitabi oxuyub mene o cur davransinlar Yeri gelende menimde fikirlerimi duygularimi dinlemeyi bacarsinlar Men nece hamini dinlemeyi bacariramsa menide ele dinlesinler anlasinlar Sonda ise "Weir" bu bolmede hec bilmirem ne deyim Isterdim ki heyat kitab weirlerdeki kimi menali maraqli sozlerle dolu olsun Gercek olsun Weirde yazilan her bir soz dogru ve canl olur her ne qeder o sozler cansizda olsa heyata kusmuw insanlar o weirleri oxuyanda canlanirlar Menim heyat kitabim weirrefinde olsaydi heyata kusmuw insanlari yeniden heyata qaytarmaq isterdim o kitabi oxuyub yeniden yawami heyati seveckler Weirlerin her bir kelimesinde heyat yawam var
    Men her kese xowbextlik ile sevgi sevinc ile dolu "Heyat Kitabi" arzu edirem Inwallah heyatinizda ele anlariniz olmasin ki sizi o vereqleri qopardmaga vadar etsin O qeder maraqli sehveleri sevgi ile dolu vereqleri olsun ki her defe o kitabi vereqledikce zovq alasiniz Heyatinizda o qeder gozel xowbext anlar yawiyasiniz ki heyat kitabinizi vereqledikce bitmesin Inwallah o vereqlerde pewmanciliq hissleri olmaz Inwallah o vereqlerde aci keder olmaz Bu arzum butun Forgenc userleri ucundu hetta butun insanlar ucundu
  8. Badi_Seba dedi ki:

    star,
    maraqli gunumuz olsun baciii…hamimizin.. opucuk

  9. star dedi ki:

    mence her birimizin heyati bir kitabdir,thanx,cooooooooooox maraglidir,masanim.

  10. Badi_Seba dedi ki:

    Sitat: Single Girl
    Cox saqolun cox gozel xeberdir..her halda menim heyatim kitab olsaydi en maraqli kitab o olardi hemde en uzucu

    canim ucuz olmasin bahali olsun qoy senin heyat kitabin…

  11. Single Girl dedi ki:

    Cox saqolun cox gozel xeberdir..her halda menim heyatim kitab olsaydi en maraqli kitab o olardi hemde en uzucu

  12. Badi_Seba dedi ki:

    Sitat: Dj ExTrEmE
    Badi Sagol Eladir Ellerine Salik

    Dostik mene badi demede nolar Seba de ok?….seninde ellerine sagliq rey yazdigin ucun…

  13. Dj ExTrEmE dedi ki:

    Badi Sagol Eladir Ellerine Salik

  14. Badi_Seba dedi ki:

    (:Azeri_Girl_Azeri:),
    sizde sagolun

  15. fanya_ya dedi ki:

    onsuzda manim xeyatim qalin bir kitabdir thanks