ZAMAN NEDIR????

Zaman nədir? Bu suala hansımız cavab axtarmadıq ki? Ya da bu suala hansımız cavab tapa bildik ki?..
Zaman nədir? Bəlkə “havadır”, bəlkə “sudur”? Elə ona görə də kiminə görə axır, kiminə görə uçur…
Bəlkə “oddur”, bəlkə “torpaqdır”? Elə ona görə də kiminə görə çatlayır, kiminə görə yanır…
Bəlkə “enişdir” zaman, bəlkə “yoxuşdur”?.. Əslində hər ikisidir. Çünki dostlarımızdan uzaqda yoxuş olur zaman. Çıxırsan, çıxırsan mənzil görünmür. Bir an bir əsr olur…
Dostlarımızla bir yerdə olanda isə eniş olur zaman. İstəsən də, istəməsən də səndən uzaqlaşır. Ya da dayanmadan, durmadan qaçır…
Zaman da söz kimidir. Gedir, ancaq geri dönmür. Ox kimi yayından çıxır, ancaq geri qayıtmır…
Zaman həm də “səssiz bir mişardır”. Bu mişarın nəyi və necə kəsdiyini isə hamımız yaxşı bilirik. Bir də onu yaxşı bilirik ki, zaman da “məxluqdur”. Və biz də istər-istəməz onu “öldürürük”…
Ancaq nə yaxşı ki, zamanı dərk edənlər də az deyil. Ancaq nə yaxşı ki, bu böyük nemətin qiymətini bilənlər də az deyil…
Nə yaxşı ki, bəzən işimizə “zaman nədir?” sualına cavab axtarmadan başlayırıq. Nə yaxşı ki, bəzən işimizi “zaman nədir?” sualına cavab axtarmadan qurtarırıq…
O anlardan, o dəqiqələrdən ən yaxşısını almaq üçün istifadə edirik. O anlardan, o dəqiqələrdən ən yaxşısını vermək üçün istifadə edirik. Lazım gəlsə, hər saniyəsini ürəyimizlə yoğururuq. Lazım gəlsə, hər saniyəsini ruhumuzla yoğururuq…
Nə yaxşı ki, bəzən zamanı ucu-bucağı görünməyən dar tunellərdən keçirmirik. Nə yaxşı ki, bəzən zamanı dar düşüncələrimizin dar çərçivələrinə salmırıq. Hər şeyi olduğu kimi görmək istədiyimiz kimi onu da olduğu kimi görmək istəyirik…

Bəs sizin üçün zaman nədir?

star

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    baci bir onu biliremki zaman otur biz hele dayanmiwiq…

  2. Cimcime101 dedi ki:

    Onu bilirem ki, Zamanın tez цtmesini istediyimizde dayanır, dayanmasını istediyimizde ise uзur. Biz onun qedrini bilmirik. Sonradan ise bunun peşmanзılığını зekirik. İtirdiyimiz zamanın peşmanзılığını зəkməmək ьmidi ilə…

  3. dreamy dedi ki:

    Zaman nədir? Bəlkə ”havadır”, bəlkə ”sudur”? Elə ona gцrə də kiminə gцrə axır, kiminə gцrə uзur… cox sagol!

  4. Admin dedi ki:

    Cimcime101,
    Sizinle tamamen raziyam xanimm…
    BEli bezen ele zamanlar olurki insan o xosh anlarin hec bitmesini istemir amma cox tez bitir

  5. Dreamer dedi ki:

    Zaman insana verilen en qiymetli shetdir..
    .Muhammad(s) buyurub :Esil musalman odur ki, ona verilen vaxtdan duzgun istifade etsin…

  6. star dedi ki:

    menimcunse zaman her ana beraberdir,gelin her animizi gozel yawayaq ki,sonra geri donub baxdigimizda,\"heyf,oten anlara,oten zamana\"demiyek.

  7. L_U_N_A_T_I_K dedi ki:

    Mence yani oz fikrimi deyirem Zaman menim ucun en boyuk dushmendir cunki insanin elinnen her sheyi alib aparan ZAMANDIR bu menim fikrimdi cox sagolun

  8. Miss_Koroline dedi ki:

    Zaman həm də ”səssiz bir mişardır”. Bu mişarın nəyi və necə kəsdiyini isə hamımız yaxşı bilirik. Bir də onu yaxşı bilirik ki, zaman da ”məxluqdur”. Və biz də istər-istəməz onu ”цldьrьrьk”… heart

    ela xeberdi Star ellerine saliik

  9. EkoLavigne dedi ki:

    zehmete deyer !