Gülünc Aforizmlər

Gülünc Aforizmlər

1. Başqası üçün quyu qazma, qoy özü qazsın.
2. Hər bir vəziyyətdən ən azı 2 çıxış yolu var. Hətta sizi yesələr belə!
3. Hər bir insan özünə görə doğrudur, mənə görə isə yox.
4. Görəsən nə yeyim ki, arıqlayım!
5. Deyirlər ki, gülüş gülənin ömrünü uzaldır. Yəqin gülüş obyektinə çevrilənin ömrünün hesabına.
6. Pul ilə zarafat etməzlər. Pulsuz ümumiyyətlə.
7. İnsanı qıdıq qədər heç nə güldürə bilməz.
8. Gözəl qadın kişilərin baxışını sevindirir. Eybəcər isə qadınların.
9. Əgər itlər danışa bilsə idi, insanlar sonuncu dostlarını da itirərdilər.
10. Varlı – hər şeyi olan demək deyil, varlı – hec nəyə ehtiyacı olmayandır.
11. Üzür istəyirəm ki, siz sözümü kəsəndə mən danışıram.
12. Çoxlu pula sahib olan insanlar ya polis tərəfindən qorunur, ya da axtarışdadırlar.
13. İnsan həyatı kibrit paçkasına bənzəyir. Onunla ciddi davranmaq – gülüncdür, qeyri-ciddi davranmaq təhlükəlidir.
14. Hamı istəyir ki, dostu olsun. Amma heç kəs kiminsə dostu olmaq istəmir.
15. Əgər siz sevgilinizin mənfi cəhətlərini bilmək istəyirsizsə onu rəfiqələrinin qarşısında tərifləyin.
16. Sevgini oğru adlandırmaq olar. O da, yatmır, cəsarətlidir və insanın hər şeyini əlindən alır.
17. Qadın üzündəki çatışmamazlığı kosmetika ilə, bədən quruluşundakını paltar ilə, ağlındakı çatışmamazlığı isə ağıllı kişi ilə düzəldir.
18. Pulun nə qədər olması vacib deyil, vacib olan onun kifayət qədər olmasıdır.
19. Alıcıya qarşı yaxşı münasibət onun pulu ilə bir yerdə bitir.
20. Müəllimə – bir vaxtlar uşaqları sevdiyini düşünən qadındır.
21. Qadına sən hamıdan fərqlisən deməlisən, əgər ondan hamıdan istədiyini almaq istəyirsənsə.
22. Əgər centlmen qadına “Mən sizi yarı sözdən anlayıram” deyirsə deməli o, “Siz lazım olandan 2 dəfə çox danışırsız” demək istəyir.
23. Əgər qadın susursa, demək o, nə isə demək istəyir.
24. Hər bir qadın özünü əvəz edilməz hesab edir, hər bir qadın da başqasını əvəz edə biləcəyini düşünür.
25. Qadınlar bəzi hallar da bizə qısqanclığımızı bağışlayarlar, Qısqanclığın olmamasını isə hec bağışlamazlar.
26. Mən ağıllı bir söz eşitmək istəyirəmsə, danışmağa başlayıram.
27. Sevgi gəldi – ağıl üçün tətil gəldi.
28. Indi ağıllı qadından daha çox ağlı başdan alan qadın var
(Ali Aliyev)

P.S
Fikirlerinizi Bildirmeyi Unutmayin!!!

wolf190

Şərhlər:

  1. Dreamer dedi ki:

    Xebere gore choxsagol…

  2. nurlana77 dedi ki:

    gulmeliydi twk

  3. Firuze dedi ki:

    Xebere gore tewekkur heqiqeten gulmeli idi…. happy

  4. G_E_C_E dedi ki:

    happy ,,,,,,,,………

  5. K_R_A_L dedi ki:

    happy Supeer,coox guldum,coox saqol

  6. Single Girl dedi ki:

    28. Indi ağıllı qadından daha зox ağlı başdan alan qadın var

    ))Thank

  7. SuLiKo dedi ki:

    Belede Pis deildi ))

  8. memi_ dedi ki:

    Admin,
    ALLAH GULDURSUN SENI )))

    ya za!

  9. L_U_N_A_T_I_K dedi ki:

    Admin,
    deyirsen dishderim agariq qalsin ? :))))

  10. meymunka dedi ki:

    cooox sag ol xebere gore!!!

  11. Admin dedi ki:

    L_U_N_A_T_I_K,
    ALLAH GULDURSUN SENI )))

  12. L_U_N_A_T_I_K dedi ki:

    xixiyeri var idi esasda her bor veziyetden iki cixis yolu var :))

  13. natalia1 dedi ki:

    SONUNCU LAP SUPERDI. MENCE SIZ KIWILERE AQIL O QEDER DE GEREKLI DEYIL