SOHRETPERETLIK INSANI UCURUMA APARIR????

SOHRETPERETLIK INSANI UCURUMA APARIR????

Tərif oldunuğun halda hər şeyin daha çoxunu istəyirsən və tələb edirsən. Nailiyyətlərinin daha da yüksəlməsi, artması üçün zəhmət çəkirsən. Bu hər zaman uğurlu nəticə ilə başa çatır? Hər zaman istədiyini ala bilirsən?
Bəzən şöhrət üçün hər şey edirik. Üzləşəcəyimiz mənfi halı deyil, yalnız müsbət tərəfləri düşünürük. Bizim üçün o qədər əlçatmaz görünür ki, hədəfimizə çatmaq üçün hər cür vasitəyə əl atmış oluruq…
Qazandığımız şöhrəti qoruyub saxlaya bilirik? İstədiyimiz nəticəni əldə edirik, hər kəs bizdən danışır, gözlər bizim üzərimizdə olur, bununla daim öyünürük, bir növ özümüzü göstərmiş kimi hər kəsə nümayiş etdirməyə çalışırıq….
İstəyirik ki, adımız dillər əzbəri olsun. Bu şan-şöhrət bizi çox uzaqlara aparsın. Bəs sonda? Dəyişməz olaraq qala bilirik? Əvvəlki sabitliyi və əvvəlki kimliyimizi qoruya bilirik?
İnsan bütün ömrü boyu küçədə onun tanınması üçün çalışır, sonradan isə tünd eynəkdə gəzir ki, küçədə onu tanıyan olmasın…

Ədalətli olana tərəfkeşlik elə, ədalətli olmayanla mübarizə apar, düşündüyünü daim söylə, öz yolunla getməyə çalış, başqalarının prinsiplərini təkrarlama, hətta populyarlıq qazana bilməsən belə, sənə hörmət etmiş olacaqlar, populyarlıq 1 gün sürür, hörmət isə irsi olaraq sənin uşaqlarına keçəcək…

Biz həyatı sevinclə itirmiş oluruq-təki bu haqda danışılmış olsun…

Gözlərimizi və daxili ruhumuzu bu məşhurluq, populyarlıq o qədər bürüyür ki, həqiqətləri görə bilmirik. Reallıqdan çox uzaq düşmüş oluruq. Bizi düşündürən yalnız hədəf olur.

Şan-şöhrəti qazanmaq nə qədər çətindirsə onu itirmək bir o qədər asan, bir anlıqdır”-bu həqiqətən belədirmi?
“Şöhrətpərəstlik” -insanın kimliyini dəyişdirə bilir?

star

Şərhlər:

  1. Dreamer dedi ki:

    Eledi shohretperest olmaq lazim deyil…O chox boyuk bir xestelikdir…
    Xebere gore choxsagol…

  2. Black_Boy dedi ki:

    Sitat: Dreamer
    Eledi shohretperest olmaq lazim deyil…O chox boyuk bir xestelikdir…
    Xebere gore choxsagol…


    Duz deyirsen qaqa .

    Star

    Xebere gor sag ol . Allah bizi tekebbur xesteliyinden uzaq etsin Eger kimse de bu xesteliye tutulubsa ondan allah sefa versin.

  3. Badi_Seba dedi ki:

    masan xabere gore cox sagol..maraqli xeber idi omrum gunum… angel

  4. star dedi ki:

    [b]Dreamer,
    Black_Boy,
    badi_Seba,

    cox sagolun,ezizlerim menim.[/b]

    men de bu movzuda oz fikrimi deyimki,insan kim olur olsun,ne olur olsun,oz kokunu,dunenini,cixdigi yeri ve aileni unutmamalidir,kecmiwini unudanin geleceyi olmaz!!!!!!onuncun var dovlet bugun var,sabah yooxdu,insanin en boyuk vari-dovleti onun insanligidir.

  5. Avtosh_227 dedi ki:

    cox sagol xebere gore dostik.maraqli xeer ve maraqli sohbet idi.xowuma geldi.bir daha tewekkur edirem.

  6. star dedi ki:

    Avtosh_227,
    beyendinse,sevindim.

  7. L_U_N_A_T_I_K dedi ki:

    Shohret insani ezizbeyova aparsaydi mende gederdim kakraz ishim var orda )))