“Doğuldum… Yaşadım… Öldüm…”

alt
Qaranlıq üstümə gəlir. İndi başa düşürəm. Kəfən yalnız dirilər üçün ağdı.
Dar məzarda qiyamətə kimi qalacam deyəsən. Bunu hansısa kitabdan oxumuşdum. İndi heç nə yadıma gəlmir. Bütün həyatımı fikirləşirəm. Görəsən günahlarım çox olub?! Necə də mənasız həyat yaşamışam.

Doğuldum – Ciyərlərimə havanın dolması üçün ağladım.

1 yaşımda – mənə süd vermələri üçün ağladım.

4 yaşımda – ən çox məni sevmələri üçün ağladım.

6 yaşımda –.məni məktəbə qoydular. ətrafımdakıları tanımadığım üçün ağladım.

10 yaşımda – ilk “2”mi almışdım. Hamının içində ağladım

16 yaşımda – ilk sevgimi tapdım. Mənə xəyanət etdiyi üçün ağladım.

18 yaşımda –.universitetə girə bilmədim. Utandığım üçün ağladım.

21 yaşımda –.evləndim. Anamdan ayrılacağım üçün ağladım.

31 yaşımda – mənə iftira atdılar. Yaxınlarım inandığı üçün ağladım.

38 yaşımda- valideynlərim avtomobil qəzasında vəfat etdi.” Niyə mən?” deyib günlərcə ağladım.

45 yaşımda – yeganə övladım evdən qaçdı. Çəkdiyim əziyyətlərə görə ağladım.

55 yaşımda – həyat yoldaşım xərçəngdən vəfat etdi. İlk dəfə özümü tək hiss etdiyim üçün ağladım.

63 yaşımda – qocalar evində özümü asdım. Mənə görə ağlayacaq heç kəsin olmadığına görə ağladım..

Angelocka

Şərhlər:

  1. Avtosh_227 dedi ki:

    cox sagol.maraqli xeber idi.

  2. ASHKSIZ_PRENS dedi ki:

    Bexte bax cry

  3. Badi_Seba dedi ki:

    kiz allah seni napmasin…seher seher bizi bir tefer etdin burda tkm cry

  4. memi_ dedi ki:

    angelochka bacish cox sag ol,xebere gore,realliq eks olunub!

  5. renka dedi ki:

    Sitat: ASHKSIZ_PRENS
    Bexte bax


    dogurdanda bexte bax

  6. L_U_N_A_T_I_K dedi ki:

    bu yetim ele omur boyu aglayib ki :))

  7. Single Girl dedi ki:

    Ayayya cox saqoy )

    yerivar

  8. МиниК_Сердце dedi ki:

    cox sag ol