Hele yolun baslangicindayiq…

Hele yolun baslangicindayiq...

Hələ yolun başlanğıcındayıq. Mənzilə çox var hələ. Hələ vicdanlarımızdakı boşluqları doldura bilməmişik. Ruhlarımızdakı ləkələri silə bilməmişik hələ…
Hələ açılan səhərlərin haqqını verə bilməmişik. Hələ düşən axşamların haqqını verə bilməmişik. Hələ çox şeydən “yan keçmişik”. Hələ çox şeyə “ötəri baxmışıq”…
Əl uzadacağımız çox adam var hələ. Dardan qurtaracağımız çox adam var hələ. Üstəlik, onlar çox uzaqda deyil. Üstəlik, onlar çox “dərində” deyil. Bəlkə də elə on addımlığımızdadır. Bəlkə də elə lap yaxınlığımızdadır. Gözlərimizdəki pərdələri qaldırsaq, yetər. Bir az da öz içimizə baxsaq, yetər…
Bir də dərdimizi sevə bilməmişik hələ. Bir də “Allahım, insanlar Səni verdiyin nemətlər üçün sevirlər, mən isə Səni verdiyin bəlalar üçün sevirəm” (Həllac Mənsur) deyə bilməmişik hələ…
Dünyaya səs salsaq da, hələ özümüzü tapa bilməmişik. Dünyaya səs salsaq da, hələ öz dünyamızı qura bilməmişik. Çünki üzümüzü həmişə işığa yox, qaranlığa tutmuşuq. Çünki səadətimizi həmişə işıqda yox, qaranlıqda axtarmışıq. Yalançı sevgiləri sevgimiz sanmışıq. Yalançı sevincləri sevincimiz sanmışıq. Yalançı ümidlərlə təsəlli tapmışıq. Yalançı arzularla təsəlli tapmışıq…
Əslində “Sevmək acı çəkmək, sevməmək isə ölməkdir” (Aristotel). Əgər bu gün acı çəkə bilmiriksə, deməli, sevə bilmirik. Əgər bu gün nəfsimizə boyun əyiriksə, deməli, sevə bilmirik…
Və bir də oxuyacağımız ən böyük kitabı oxumamışıq. Və bir də yazacağımız ən böyük kitabı yazmamışıq…

Fikirlerinizi Bildirmeyi Unutmayin!!!

meymunka

Şərhlər:

  1. memi_ dedi ki:

    ”Sevmək acı зəkmək, sevməmək isə цlməkdir”


    COX SAG OL BACISHIM XEBERE GORE,MEN DE BELE DUSHUNUREM VE ARZU EDIREN KI,HAMI YASHASIN(SEVGISIILE)

  2. ..::DeeD::.. dedi ki:

    Oxudum…Bezi fikirler xo$uma geldi,amma umumilikde o qeder de yox.Mene ele geldi ki,tamliq yox idi.Nese catmirdi.Bilmedim ama ne.Sag olun…
    Muellifi kimdir?Bilmek maraqli olar..Meymunka,siz yazmisiniz bunu?

  3. meymunka dedi ki:

    ..::DeeD::..,
    Xeyr men yazmamisham!Fikirlerinize ve isteyiniza,hormetle yanashiram!!!

  4. Badi_Seba dedi ki:

    cox sagol canim menim maraqliydi… opucuk

  5. Angelocka dedi ki:

    meymunka,
    Cox sagol baciwkam..Xenerlerin kak vseqda super super superrr heart

  6. L_U_N_A_T_I_K dedi ki:

    Meymunka bunu sen yazmisansa muellifi 100 % shimpanzedi )))