Iman boyuk quvvedir

Iman boyuk quvvedir

Adamın biri hər zaman etdiyi kimi saç və saqqalını kəsdirmək üçün bərbərə getdi. Onunla maraqlanan bərbərlə gözəl bir söhbətə başladılar. Dəyişik mövzular üzərində danışdılar. Birdən Allah ilə bağlı mövzu açıldı…

Bərbər: ” Bax dostum, mən sənin dediyin kimi Allahın varlığına inanmıram.”
Adam: ” Nə üçün belə deyirsən?”
Bərbər: ” Bunu açıqlamaq çox asandı.Bunu görmək üçün bayıra çıxmalısan. Mənə deyə bilərsən, əgər Allah var olsaydı, bu qədər çox problemli, sıxıntılı, xəstə insan olardımı, tərk edilmiş uşaqlar olardımı?Allah olsaydı, kimsə acı çəkməz, birbirini üzməzdi. Allah olsaydı,bunların olmasına izin verəcəğini hesab etmirəm…

” Adam bir an dayandı və düşündü, amma lazımsız bir mübahisəyə girmək istəmədiyi üçün cavab vermədi.

Bərbər işini qurtardıqdan sonra adam bayıra çıxdı. Tam o anda küçədə uzun saçlı və saqqallı bir adam gördü. Adam bu qədər dağınıq göründüyünə görə yəqin ki bərbərə çox uzun müddətdi getməmişdi.Adam bərbərin dükkanına geri döndü.
Adam: ” Bilirsən nə var, məncə bərbər deyə bir şey yox”
Bərbər: ” Bu necə ola bilər ki? Mən buradayam və bir bərbərəm.”
Adam: ”Xeyir, yox. çünkü olsaydı, küçədə gəzən uzun saçlı və saqqallı adamlar olmazdı.”
Bərbər: ” Hmmm… Bərbər deyə bir şey var amma o insanlar mənə yanıma gəlmirsə, mən nə edə bilərəm ki?”
Adam: ” Tamamilə doğrudu! İş elə bundadı! Allah var, və insanlar ona getmirsə, bu getməyənlərin seçimi. Budu dünyada bu qədər çox acı və kədər olmasının səbəbi


Zamanın hökmdarının yanındakı adamlarından biri qarşılaşdığı hər hadisədən sonra “Hər şeydə bir xeyir var”deyərmiş.Sultan da səsini çıxarmayıb,”elədir” deyib,keçərmiş.
Bir gün ova çıxdıqları zaman yollarını itirmişlər.Yağış və fırtına başladıqda bir mağaraya sığınmışlar.Əziyyətlə tapdıqları bir neçə odunu qırıb,yandırmaq üçün əlləşərkən sultanın gözünə odundan kiçik bir parça girmiş.Gözü bir anda kor olan sultan ağrıyla qıvranarkən adam “üzülməyin sultanım,hər işdə bir xeyir vardır”demiş.Sultan dayanamayıb “Əşi gözüm kor oldu görmürsən,xeyir bunun nəyindədir?”demiş ve adamı qovmuş.
Bir gün içində sultan ozünə gəlib yoluna davam etmiş.Yol üzərində onu quldurlar tutmuş və “bu gün böyük qardaşımızın bir diləyi qəbul olmuşdur və bizdən ilk qarşımıza çıxan insanı qurban kəsməyimizi istədi” demişlər.“Səni də bu niyyətlə öldürəcəyik.Əmir quluyuq,hakkını halal et”
Sultanı çaşmış halda yerə uzadıb bıçağı boğazına dayayan quldur onun bir gözünün kor olduğunu görmüş ve quldurbaşına demiş “Əfəndim,birini tutduq amma gözü kor,bildiyimiz qədər bundan qurban olmaz”.Quldurbaşı da “Buraxın getsin,sağlam birini tutun”.
Sultan canını qurtarıb saraya çatınca “Hər şeydə bir xeyir var”deyən adamı axtarıb tapdırmış.Və ondan halallıq istəmiş, onu meşədə yanından qovduğu üçün üzür istəmiş.
Adam da “Sultanım,məni yanınızdan qovmanızda da bir xeyir varmış.Yoxsa quldurlar məni kəsərdi.”demiş.
İşimiz düz gətirmirsə,istədiyimiz nəticələr alınmırsa demək bunda da 1 xeyir vardır.Səbirli ol!
Bir zamanlar birisi Allahdan bir çiçək və bir kəpənək dilədi…Bunu ürəkdən arzulayaraq ,Allaha çoxlu-çoxlu dualar edirdi xəyalının gerçəkləşməsi üçün…Lakin Allah çiçək və kəpənəyin yerinə ona bir kaktus və bir tırtıl verdi…Adam çox pis oldu,niyə diləyi yalnış anlaşılmışdı başa düşə bilmirdi…Sonra belə düşündüki Allahın maraqlanması lazım olan o qədər insan varki…Və şikayətlənməməyə,suallar verməməyə qərar verdi.
Aradan bir xeyli zaman keçəndən sonra adam eləcə buraxdığı,maraqlanmadığı xəyalının nə yerdə olduğuna baxmağa gəldi…Fəqət gözlərinə inana bilmirdi:tikanlı və çirkin kaktusdan gözəl,göz qamaşdırıcı bir çiçək ortaya çıxmışdı…Və göz zövqünü korlayan tırtıl möhtəşəm bir kəpənəyə çevrilmişdi…Bunları gördüyü zaman adam dərk etdi:
Allah nə etdiyini bilir,onun yolu hər zaman ən doğrusudur…Bizə tamam yalnış görünsə belə…Əgər Allahdan bir şey istəsəniz və o sizə başqa bir şey verərsə GÜVƏNİN!Onun hər zaman sizə ehtiyac duyduğunuz şeyi uyğun zamanda verəcəyinə əmin ola bilərsiniz…Allah diləklərimizi hər zaman yerinə yetirər…Buna görədə şübhələnmədən və şikayət etmədən ona inanmağa davam edin…Unutmayın:bugünün TİKANI sabahın ÇİÇƏYİDİR!
ALLAH SEÇİMİ ONA BURAXANLARA ƏN YAXŞISIN VERƏR!!!
Qəribə deyilmi ki, “Allaha qurban olum, Onun yolundan canımdan da keçərəm!!!” deyən şəxs ən elementar ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir ❓
~:~:~
Qəribə deyilmi ki, insan bütün ömrü boyu başqa adamların hörmətini, razılığını qazanmaq üçün əlindən gələni əsirgəmir, Allahın razılğını qazanmağa gəlikdə isə “vaxtim yoxdur” bəhanəsilə aradan çıxır ❓
~:~:~
Qəribə deyilmi ki, mübahisələrə, münaqişələrə bu qədər vaxt ayıran biz müsəlmanlar qonşularımızın ac, yaxud tox olduğunu bilmədən yaşayırıq ❓
~:~:~
Qəribə deyilmi ki, bu sətirləri oxuyan hər bir insan mövzunun aktuallığını etiraf edəcək, amma bütün bu deyilənləri özünə yox, başqalarına şamil edəcək ❓
~:~:~
Sizcə də qəribə deyilmi ❓ ❓ ❓
Britaniyada baş verən bir hadisə hər kəsi heyrətləndirib. Dünyaya gələn əkizlərdən birinin yaşamaq şansı sıfra bərabər olduğu üçün uşaqları bir-birindən ayırmaq qərarına gəlirlər. Ancaq xəstəxananın qanunlara məhəl qoymayan tibb bacısı körpələri yenidə bir yerə qoyur. Bir az keçmiş sağlam körpə sanki qorumaq istəyərək zəif qardaşına sarılır. Bu sarılmanın təsiri ilə körpənin ürək döyüntüləri və bədən temperaturu normala qayıdır. Beləliklə, “yaşamayacaq” diaqnozu qoyulan bir körpə sarılmanın təsiri ilə həyata qayıdır.
Sevdiklərinizə tez-tez sarılmağı unutmayın

Rashad25

Şərhlər:

  1. Cimcime101 dedi ki:

    Зox maraqlıdir. Ellerinize sağlıq. ALLAH kцmeyiniz olsun. İbadetlerinizi ve dualarınızı qebul etsin.

  2. GLINKA dedi ki:

    supper berber meqalesi eladir heyrtamizdir
    inanirsiniz en gozel misaldir

  3. star dedi ki:

    ALLAH SENDEN RAZI OLSUN.ALLAH UREYINE GORE VERSIN,DOGRUDAN DA BAWIMIZA NE GELIRSE GELSIN WUKR ETMELIYIK,ALLAH BOYUKDUR,VE O HER WEYI GORUR.

  4. L_U_N_A_T_I_K dedi ki:

    Superdi bele meslehetdere qulag asanda hec shapka almag istemirem tak shto serf elemir oxumag )))

  5. Single Girl dedi ki:

    cox maraqlidir..Inam en gozel hissdir

  6. kaktus dedi ki:

    chooooooooox maraqlidir twk twk twk

  7. fanya_ya dedi ki:

    Chox maraqli xabardir chox saq olun