Varlanmaq üçün

Belçikada 54 yaşlı bir nəfər 10 il ərzində 2 milyon dollar qazana bilib. Arlon şəhərində polis işləyən İvon Buvi bunun üçün qətiyyən əziyyət çəkməyib. Sadəcə o, müxtəlif oyunlar, müsabiqə və lotereyalarda iştirak edib. Mətbuat, radio və televiziyada, həmçinin mağazalar tərəfindən keçirilən müxtəlif aksiyalara qoşulan İvon yeni mebellə təchiz olunmuş ev, 33 avtomobil, xeyli məişət texnikası qazanıb. Bundan əlavə, polis işçisi həm də dünyanın bir çox ölkələrində bahalı otellərdə pulsuz dincəlib. Buvi deyir ki, o, bütün asudə vaxtını kitabxanalarda sualların cavablarını axtarmağa həsr edib. Əslində, Belçika qanunları eyni adamın eyni müəssisənin keçirdiyi aksiyalarda dəfələrlə iştirakına qadağa qoyur. Buna görə də İvon öz qohum-qardaşları, qonşuları və tanışlarının adlarından, onların ünvanlarından istifadə edib. Buvi 10 il ərzində 600 müxtəlif ad-soyaddan istifadə edərək belə aksiyalara qatılıb. O, hətta xəttini də dəyişib, müxtəlif cür imza atmağı öyrənib. O, 4 min dollara uduş kampaniyası keçirən jurnalın xeyli tirajını əldə edib. Nəticədə müxtəlif adlar altında mükafatların hamısını – ev və maşınları, putyovkaları udub. İvon bir dəfə supermarketdə 25 min şüşə “koka-kola” alıb ki, uduşda iştirak edən kuponların hamısını əldə etsin. Bu aksiyanın yekununda o, Volkswagen Passat və daha iki maşın udub. “Koka-kola”ları sonradan ucuz qiymətə mağazalara satıb, maşınları da öz dilerlərinin vasitəsilə satışa çıxarıb.
Daha Buvi bu cür gəlirli işlə məşğul olmaq istəmir. Çünki yeni qanuna əsasən, bütün uduş kampaniyalarında qaliblər təsadüfi yolla seçiləcəklər.[/HIDE]
Yenilənib:
sag ol za novost…
Rena_786,
Axa da kleviy novost
PAAAAA,menim ondan milyardim var
siz gerek menim haqqda yazasiniz!!!
mojet podelimsa…

Cox sag Olun
teshekkurler!
cox sag ol