Türkiyədən Azərbaycana şok zərbə!

 

Tərəflər hələlik heç bir açıqlama vermirlər

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə ermənistan arasında protokollar imzalanıb. Türkiyə mediasına istinadən məlumaa görə, sənədləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan imzalayıblar. Lakin tərəflər mərasimdən sonra hələlik heç bir açıqlama verməyiblər.

Proses ABŞ-ın dövlət katibi Hillari Klintonun, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın xarici işlər naziri Bernar Kuşnerin və Avropa Birliyinin xarici işlər üzrə komissarı Havyer Solananın şahidliyi ilə baş tutub.

Türkiyə mediasının məlumatına görə, mərasimdəki gərgin ab-havanı Davudoğlu zaman-zaman gülümsəmələri ilə yumşaltmağa çalışsa da, onun erməni həmkarının sıxıntılı durumu hamının diqqətini çəkib. Nalbandyanın bu gərgin durumu imzalanmadan sonrakı əl tutma mərasimində də aşkar gürünüb.

Türkiyə mətbuatına istinadən verilen məlumata görə, Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair Protokol adlanan sənəddə iki ölkə arasındakı mövcud sərhədlərin qarşılıqlı olaraq tanınması nəzərdə tutulur.

Razılaşdırılan protokola görə

– iki ölkə diplomatik əlaqələr qurulması və qarşılıqlı olaraq diplomatik təmsilçiliklər açmaq məsələsində yekdil rəyə gəliblər.

– sənəd qüvvəyə mindikdən 2 ay sonra sərhədlər açılacaq və hər iki ölkənin xarici işlər nazirlikləri işçi qrupları yaradacaqlar.

– 3 ay sonra hökumətlərarası komissiyanın və alt komissiyaların işləmə mexanizmləri, statusları nazirlər səviyyəsində təsdiqlənəcək.

– 7 alt komissiya qurulacaq. Bura Siyasi Əlaqələr, Enerji, Hüquq, Elm və Təhsil, Ticarət, Turizm və İqtisadi Əlaqələr, Ekologiya, Tarix komissiyaları daxildir.

Badi_Seba

Şərhlər:

  1. Admin dedi ki:

    BU HEYATDIR HER WEY OLA BILER…………….

    Amama turkiyeden bele weyi gozlemezdim

  2. Badi_Seba dedi ki:
    Mence turkler uzde ve sozde dostlarimizdi..
  3. Dreamer dedi ki:

    Hamisi siyaset haqqisablaridi…

  4. Badi_Seba dedi ki:

    Sitat: Dreamer
    Hamisi siyaset haqqisablaridi…


    belkede haqqlisan…

  5. Cimcime101 dedi ki:

    Bizimkiler ermeni dilinde xeberler verende Türkiye neylemelidi ki?

  6. GLINKA dedi ki:

    R.T.Erdogan Bakiya geldi 3 ay once
    Milli Meclisde bele 1 sey soyledi
    "Qarabag meseleisi hell olunmayinsa serhed qapilari acilmayacaq bunu kim deyir bunu Turkiyenin bas naziri deyir bundan deqiq 1 soz ola biler mi"
    o indi guya buyara AşGulun dediyini getirmisdi de
    amma onlari da tam menada qinamaq olmaz cunki Turkiye de tekdir boyuk desteyi yoxdur guman ki Turkiyeye tezyiq olunub
    cox guman ki bu beledir amma Erdogan rezil oldu da

    indi siz turkiyenin aciqlamasina baxin eee
    evvelce imzalayir 3 ay sonra serhed acilacaq da
    Erdogan Bakinin kolnunu alir
    serhedler acilsa da Qarabag hell olunmayinca bizim munasibet yaxsi lm
    ayacaq
    ozune nece haqq qazandiri ki guya ona gore imzalanib ki sulh olsun sabitlik olsun
    yeni ki birlik olarsa ermeniler de AZERBAYCAN TORPAQLARINI qaytarar
    daha deqiq guya ermeniler gorecek ki turkiye onlarla munasibetde ela deyil derhal torpagi verecek

    resmi Baki hele de susur
    bele de ki ne desin eeee
    bilmirem Erdogan qalib iki olke arasinda

  7. aznetin_gozeli dedi ki:

    srhedler acilmayacaqqq……………bu siyaset elminde—vaxt udma taktikasi adlanir…
    ermenileri serhedi acacaqlarina inandirib 3 aya qeder istedikleri bezi seyleri onlardan qoparmnaq…

    TURKIYE SERHED ACAN DEYIL

  8. L_U_N_A_T_I_K dedi ki:

    Eeeeeh goresen niye qarabagi almagi ozumuz fikirleshmiriy Turkiyeden serhed gozdeyirik ?

  9. J_U_R_N_A_L_I_S_T dedi ki:

    Turkiyeden nono