Duz ve su

Duz ve su

Hindli bir qoca usta yanında işləyən oğlanın həmişə nədənsə şikayət etməsindən bezmişdi. Bir gün oğlanı duz almağa göndərdi. Oğlan qayıdanda qoca usta bir istəkan suya duz töküb oğlana içməsini deyir. Oğlan ustanın dediyini edir və içdiyi kimi hamısını yerə tökür.


Usta dadı necə idi soruşanda, oğlan “acı” deyə cavab verir.


Sonra usta oğlanı qolundan tutub bir gölün yanına aparır və gölə bir ovuc duz tökür. Oğlana göldən içməsini deyir. Oğlan gölün suyundan içir. Qoca usta yene soruşur dadı necə idi? Oğlan cavabında “fərəhləndirici” deyə cavab verir.


“Duzun dadını hiss etdinmi?” deyə soruşur qoca usta


“yox” deyə oğlan cavab verir.


Qoca usta oğlanın yanına oturub deyir:


“ Həyatdakı acılar duz kimidi, nə azdı, nə çox. Acının miqdarı həmişə eynidi. Ancaq bu acının acılığı, nəyin içində olmasına bağlıdır. Ona görə də istəkan olmağı burax, göl olmağa çalış.”

Qeyd: Həyatda kiməsə acı yaşatmısız və etdiyiniz hərəkətdən peşmansınızmı??

meymunka

Şərhlər:

  1. ASHKSIZ_PRENS dedi ki:

    Həyatda kiməsə acı yaşatmısız və etdiyiniz hərəkətdən peşmansınızmı??

    Kimese aci cekdirmemisem mence.Amma pesman oldugum hereketim var

  2. Dreamer dedi ki:

    ASHKSIZ_PRENS,

    [/u]Heyatda aci yashatdigim insan var…Amma ona gore peashman deyilem…
    Amma peshman oldugum ishler de choxdu…Amma ne faydasi…..

  3. Cimcime101 dedi ki:

    Maraqlı xeberdi.

  4. J_U_R_N_A_L_I_S_T dedi ki:

    maraqli di twk