Ya menden uzaq, ya mene yaxin!!!

Ya menden uzaq, ya mene yaxin!!!

“Sevgi” – ya məndən uzaq olur, ya mənə yaxın.Ya çox yaxın duyarsan onu , hiss edərsən hər gülüşündə, hər sevincində… Ya da çox uzaqlarda olar… Göz yaşlarınla, kədərinlə duyarsan onu…Sevgini deyil, onun yoxluğunu hiss edərsən…Ya mənə yaxın ya məndən uzaq…

Bəzəndə o çox yaxında olar, əlini uzatsan çatarmış kimi..Əlini uzatsan “Sənin ola biləcək qədər” yaxın…Əlini uzatsan istiliyi, doğmalığı hiss etdirə biləcək qədər yaxın…Eyni zamanda düşüncələri ilə, bütün sevgisi ilə, bütün varlığı ilə, bütün ağlı ilə bütün daxili ilə, bütün ruhu ilə çox uzaqlarda…Başqasını düşünən ağlı ilə, başqasını sevən ürəyi ilə, başqasını görən gözü ilə, başqasını duyan varlığı ilə, başqasın aid ruhu ilə uzaqda…çox uzaqda…

Düşüncə…Bəzən səndən uzaq olduğunu sənə hiss etdirən məzh düşüncədir…Sənin düşüncən deyil, qarşındakı insanın uzaqlarda olan düşüncələri…Bəzən “Bu hərəkəti etmədim axı, sadəcə düşündüm” deyərik…Məsələn: Ona xəyanət etmədim axı, sadəcə düşüncələrimdə başqasını düşündüm, onu sevdim, xəyanət etmədim sadəcə düşündüm… Xəyanət- hərəkətinlə deyil, ürəyinin səsi ilə düşüncələrində belə bir anlıq başqasını yaşatmaqdır…başqasını düşünmək…başqasını xatırlamaq… Düşüncələrinlə ya sən uzaq olarsan, ya səndən uzaq olarlar…Əsas kimin yanında olmağın deyil, əsas düşüncələrinin, ağlının, sevginin kiminlə olmasıdır…Yaxın olan sən olsanda uzaq olan hisslərin olacaq..

Fikirlerinizi Bildirmeyi Unutmayin!!!

Single Girl

Şərhlər:

  1. meymunka dedi ki:

    Coooox sag ol.Xebere gore Thanks!!!!

  2. SuLiKo dedi ki:

    Sevgi Mne Cox Yaxindi Lakin Men O sevginin Ellerini Tuta Bilmirem..Belkede o sevgi menden qacir 🙁

  3. Badi_Seba dedi ki:

    Sitat: Admin
    INsani bapbalaca ureyi olsada daxilen ureyi geniw olmalidir


    ya_za ya_za

    super xebere gore tewekkur

  4. Admin dedi ki:

    Tewekkur edirem…INsani bapbalaca ureyi olsada daxilen ureyi geniw olmalidir

  5. ADMIRAL-711 dedi ki:

    star,
    tamami ile raziyam ellerine sagliq.

  6. star dedi ki:

    Super,hetda ela.ne iw olur olsun.insanin emelleriyle ureyi vehdat tewkil etmelidir,mence.

  7. Single Girl dedi ki:

    meymunka

    beyen[b]diyine sevindim)

  8. merry-girl dedi ki:

    Tewekkur edirem