Eşq ve Zaman

Eşq ve Zaman

Bir zamanlar,bütün duyğuların
Üzərində yaşadığı,bir ada varmış:
Xoşbəxtlik,Kədər,Ağıl
bütün digərləri,Eşq də daxil olmaqla.

Bir gün,adanın batmaqda olduğu,
duyğulara bildirilmiş.
Bunun üzərinə hamısı,
adanı tərk etmək üçün
qayıqlarını hazırlamışlar.
Eşq,adada ən sona qalan duyğu olmuş.
Çünki,mümkün olan ən son ana qədər gözləmək istəmiş.
Ada az qala batdığı zaman,
Eşq,kömək istəməyə qərar vermiş.
Zənginlik,çox böyük bir gəminin içində keçməkdəymiş.
Eşq:
“Zənginlik,məni də yanına götürərsənmi?”
deyə soruşmuş.
Zənginlik:
“Xeyr,götürə bilmərəm.Gəmimdə çox çox qızıl və gümüş var,sənin üçün yer yox.”
demiş.

Eşq,çox gözəl bir yelkənlinin içindəki
Qürurdan kömək istəmiş.
“Qürur, lütfən mənə kömək et!”
“Sənə kömək edə bilmərəm Eşq.Yaşsan və yelkənimi məhv edə bilərsən.”
deyə cavab vermiş Qürur.

Kədər yaxınlardaymış və Eşq,kömək istəmiş:
“Kədər, səninlə gəlim”
“Off, Eşq,o qədər qəmliyəm ki, tək qalmağa ehtiyacım var.”

Xoşbəxtlik də Eşqin yanından keçirmiş
amma o qədər xoşbəxtmiş ki,
Eşqin çağırışını eşitməmiş.

Eşq,birdən bir səs eşitmiş:
“Gəl Eşq!Səni yanıma götürəcəyəm”
Bu Eşqdən daha yaşlı biriymiş.
Eşq o qədər şanslı və xoşbəxt hiss etmiş ki,özünü
onu yanına alanın kim olduğunu öyrənməyi fikirləşməmiş.

Yeni bir quru parçasına çatdıqlarında,
Eşqə kömək edən,yoluna davam etmiş.
Ona nə qədər borclu olduğunu fərqinə varan Eşq,Ağıldan soruşmuş:
“Mənə kömək edən kim idi?”
“O, Zaman idi” deyə cavab vermiş Ağıl.
“Zamanmı?
Niyə mənə kömək etdi ki?”
deyə soruşmuş Eşq.
Ağıl gülümsəmiş:

“Çünki yalnız Zaman Eşqin nə qədər
böyük olduğunu anlaya bilər”

Badi_Seba

Şərhlər:

  1. Dj ExTrEmE dedi ki:

    eladir badi maraqlidir hardan tapirsan bele weyleri

  2. star dedi ki:

    cox gozel,mence zaman tek ewqin yox,heyatda olan her weyin ne qeder boyuk veya kicik oldugunu gosteren bir mefhumdur,onuncun de,heyatimizin axarini zamana buraxdigda mukafatlarimiz daha boyuk ve qudretli olur.

  3. Admin dedi ki:

    Cox sag ol MELEK cox beyendim… Heqiqetende bunu men evvelce qoymuwdum sayta sende qoymursam amma adam bunu oxumaqdan doymur)))

  4. Badi_Seba dedi ki:

    Avtosh_227,
    dostik eybi olmaz…ewqe duwenden sonra oxuyarsan… mosking

    Sitat: PROmeTe
    COXXXXXXXXXX GOZEL SEIRDIR. SENE AFERIN. BEYENDIM


    sevindim beyendiyinize…

  5. PROmeTe dedi ki:

    COXXXXXXXXXX GOZEL SEIRDIR. SENE AFERIN. BEYENDIM applause rah

  6. Avtosh_227 dedi ki:

    bitanem eziyyetine gore cox sagol.ellerin agrimsin.ama inan ki,sevgi haqda xeberlerden hec hemde hec xowum gelmir.

  7. ADMIRAL-711 dedi ki:

    tesekkur………….

  8. Badi_Seba dedi ki:

    Single Girl,
    sevindim beyendiyirene omrum..

  9. Single Girl dedi ki:

    Cox gozeldir dogurdunda bombastik bir xeber)

  10. Badi_Seba dedi ki:

    Dj ExTrEmE,
    her wey sizin ucundu..teki siz beyenin…

  11. seher kuleyi-gunel dedi ki:

    maraqli hekaye idi …………. girl_ang