Nizami Gəncəvi

alt

Azərbaycan xalqının ən böyük şairi və mütəfəkkiri, bütün dünya poeziyasında yeni epik romantik janrın banisi kimi ad çıxarmış dahi sənətkar, ümumdünya və Şərq İntibahının parlaq nümayəndəsi Nizami Gəncəvi XII əsrin ortalarında Gəncə şəhərində yaşayıb-yaratmışdır.

Bu, çox narahat bir dövr idi. Səlcuq türklərinin ərəb işğalçılarını əvəz etdikləri zamandan artıq yüz ilə yaxın bir müddət keçirdi. Onların gəlişi ilə ərəb dili özünün üstün mövqelərini itirmişdi. Səlcuqlar dövlət dili kimi ərəb dilinin əvəzinə gəldikləri Orta Asiyada geniş yayılmış fars dilindən istifadə edirdilər. Beləliklə, müsəlman dünyasının qurtaracağında, Azərbaycanın şimalında bütün Şərqdə tanınan, öz nümayəndələri e’tibarilə güclü və qüdrətli, mahiyyətcə qeyri-adi dərəcədə rəngarəng və zəngin farsdilli Azərbaycan poeziyası cərəyanı yaranıb inkişaf tapır. Həmin məktəbə isə “şairlər padşahı” Nizami Gəncəvi başçılıq edirdi.

Həmin məktəbin təmsilçiləri arasında Qətran Təbrizi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Əbül-Əla Gəncəvi, İzzəddin Şirvani, Mücirəddin Beyləqani və başqaları da vardı. Qeyd etmək lazımdır ki, adları çəkilən şairlərin hər biri bir yurdu, bir eli məşhurlaşdırmaq qüdrətində sənətkarlar idi. Bu fenomen müasir tədqiqatçılardan ötrü bir də ona görə maraqlı sayılmalıdır ki, fəlsəfi məzmunu e’tibarilə dərin, elmi informasiya ilə zəngin, mürəkkəb istilahlardan, obrazlı və alleqorik deyimlərdən bol-bol istifadə olunan əsərlər yaratmış bu müəlliflər geniş oxucu kütləsi tərəfindən sevilirdi. Onların əsərlərinin üzü köçürülür, şe’rləri əzbər söylənir,o dövr üçün ağlagəlməz bir sür’ətlə bütün müsəlman şərqinə yayılırdı. Bə’zən onların əsərlərindən götürülmüş bir çox süjetlər xalq ədəbiyyatı nümunələrinə keçir, folklorla elə qaynayıb-qarışırdı ki, sonradan bunların mənşəyini müəyyənləşdirmək də çətinlik törədirdi. Bu fenomeni necə izah etməli? Fikir və mədəniyyətin bu tüqyanı öz qaynaqlarını hardan götürürdü?

İlk növbədə, görünür, yalnız coğrafi əlamətlərə əsaslanmaqla Azərbaycanı Qafqaz mədəniyyətinə şamil etmək tendensiyasından çəkinmək lazım gələcəkdir. Həmin uzaq dövrlərdə, hələ bəlkə ondan da çox-çox əvvəllər Azərbaycanın şimal hissəsində mədəniyyət, özünəməxsusluğunu saxlayaraq, ölkənin cənubu ilə dövləti və mədəni vahidliyi hesabına həmişə Yaxın şərq mədəniyyətinə meyl etmişdir. Azər-baycanın cənubunun taleyi həmişə onun şimalının inkişafında mühüm rol oynamışdır. Elə islamın yayılması da cənubdan şimala doğru getmişdir. Müsəlman mədəniyyətinin xristian Gürcüstan və Ermənistana tə’siri də ərəb və farslardan daha artıq bir dərəcədə Azərbaycan vasitəsilə həyata keçirilmişdir. Həmin tə’sir isə böyük olmaqla birlikdə həmin xalqların dillərində, toponimi-kasında, şifahi və yazılı ədəbiyyatında, musiqisində silinməz izlər qoymuşdur. Bu ölkələrin mədəniyyətinin Azərbaycana tə’sirini isə axtarsaq da, tapmaq mümkün deyildir. Azərbaycanın da daxil olduğu möhtəşəm bir ərazidə böyük Ərəb Xilafətinin yaranması müxtəlif bölkələr arasında ticarət, təsərrüfat və mədəniyyət əlaqələrinin genişlənməsinə, şəhərlərin böyüməsinə, sənətkarlıqın çiçəklənməsi-nə, elmin inkişafına kətirib çıxarır. Dənizçilik və karvan ticarətinin inkişafı astronomik, cəbri, triqonometrik və həndəsi biliklər tələb edir,xila-fəti təşkil edən xalqların coqrafi təsəvvürlərini genişləndirirdi.

Badi_Seba

Şərhlər:

  1. memi_ dedi ki:
    cox sag ol.eziyyete gore
  2. K_R_A_L dedi ki:

    Allah Rehmet Elesin

  3. Badi_Seba dedi ki:

    Admin,
    star,
    dark devil,
    beyendiyinize ve deyer verdiyinize gore coox sagolun doslarim…

  4. dark devil dedi ki:

    ellerine sagliq.maraqlidir.

  5. star dedi ki:

    cox sagol,masanim.

  6. Admin dedi ki:

    BU melumatlari her birimiz bilmeliyik cox deyerli melumatlara gore minnetdaram dostik..

  7. Badi_Seba dedi ki:

    Avtosh_227,
    sende sagol dostikim

  8. ADMIRAL-711 dedi ki:

    heqiqetende tariximizdir.unutmaq olmaz.cox sag olllllllll………

  9. Avtosh_227 dedi ki:

    coooox sagol menim ureyim.ellerin agrimasin bitanem.

  10. Single Girl dedi ki:

    Cox saqol maraqliydi)

  11. Badi_Seba dedi ki:

    memi_,
    sende sagol…