Mubahise qezeb haqqinda deyilenler

Mubahise qezeb haqqinda deyilenler

Allah buyurdu: “Bilin ki, mənim məhəbbətim qəzəbimə üstün gəldi” (Məhəmməd Peyğəmbər (ə.s))

Hər hansı bir tayfa yalnız münaqişəyə uyduqda yolunu azır. (Məhəmməd Peyğəmbər (ə.s))
Bir şəxs dedi: “Ey Allahın rəsulu, mənə nəsihət ver. Həzrəti Məhəmməd (ə.s) buyurdu: “Hirsdən və qəzəbdən uzaq ol.” (Məhəmməd Peyğəmbər (ə.s))
Öz qəzəbini allahın xətrinə udan şəxs ömründə ən yaxşı iş görmüşdür. (Məhəmməd Peyğəmbər (ə.s))
Qəzəbləndiyi zaman təmkinlik göstərən şəxs Allahın yanında əzizdir. (Məhəmməd Peyğəmbər (ə.s))
Qəzəbini udan şəxs qəzəblə başqasına üstün gələn adamdan güclüdür. (Məhəmməd Peyğəmbər (ə.s))
Qəzəbini buxovlamağı bacaran şəxs əvəz alacaqdır. (Məhəmməd Peyğəmbər (ə.s))
Düz yolu tapan bəşəriyyət məhv olmaz. Yalnız mübahisə və münaqişə onu məhv edə bilər. (Məhəmməd Peyğəmbər (ə.s))
Kim qəzəbə qəzəblə cavab vermirsə, o həm özünü, həm də digərini xilas etmiş olur. (Qədim Şərq aforizmi)
Həmişə təhrikçi qalib gələr. (Menandr)
Qəzəbdən qorxulu heç nə yoxdur. (Menandr)
Qorxulu xəstəlik qəzəblənməkdir. (Menandr)
Qəzəb sərsəmliyin başlanğıcıdır. (M.T.Siseron)
Kim özündən çox bilənlə mübahisə etsə ki biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar. (S.Şirazi)
Mübahisədə inadçılıq sarsaqlığın əsas əlamətidir. (M.Monten)
Ağlın səsinə qulaq as, qəzəbin yox. (V.Şekspir)
Yalnız o adamla mübahisə etmək olar ki, mübahisəni həqiqətən də ağlı ilə izləyir. (D.İ.Pisarev)
Çox şeyi başa düşən az mübahisə edir. (Q.N.Matyuşov)
Mübahisəni daha ağıllı olan dayandırır. (L.N.Tolstoy)
Mübahisə etməyi çoxları, söhbət etməyi isə az adam bacarır. (A.Olkott)

Single Girl

Şərhlər:

  1. star dedi ki:

    cooooooox gozel,Allah razi olsun.

  2. Admin dedi ki:

    Cox Sag ol Seingle Girl Beyendim gozel sozler var idi icindeeee

  3. Angelocka dedi ki:

    Single Girl
    Cox sagol bitanem Cox gozel menali sozler idi Allah razi olsun canim angel

  4. SuLiKo dedi ki:

    MAraqlidi…xebere gore cox saqol cry

  5. L_U_N_A_T_I_K dedi ki:

    Allah razi olsun

  6. G_E_C_E dedi ki:

    maraqlidi ………. angel

  7. Avtosh_227 dedi ki:

    ALLAH razi olsun baciwka.cox sagol.ellerin var olsun…

  8. merry-girl dedi ki:

    Cox sagol bitanem Cox gozel menali sozler idi Allah razi olsun canim