Burcler

Burcler

Oğlaq


Hər kəsi və hər şeyi nəzarət altında saxlamağı xoşlayırsınız. Ətrafınızdakiləri belə idarə etmək istəyirsiniz.

Bir şeyi bilib-bilmədən onu bilirmiş kimi davranırsınız.

Həddindən artıq çox işləyirsiniz, hətta lazımsız mövzular üzərində belə saatlarca vaxt itirə bilərsiniz. Ailəvi mövzularda aqressiv olursunuz.

Sizin üçün təkliyiniz elə əhəmiyyətlidir ki, bir mövzu üzərində çarəsiz qaldığınızda geriyə çəkilərək saatlarla, günlərlə düşünə bilərsiniz. Belə anlarda heç kimin sizə çatması və sizinlə əlaqə qurması mümkün deyil.

Təcrid yaşamaqdan xoşunuz gəlir, öz özünüzlə baş-başa qalmaqdan zövq ala bilərsiniz. Belə zamanlarda narahat edilmək sizi hirsləndirə bilər.

Hər şeydən özünüzü məsul tuta bilər ehtiyaclarınızı belə göz ardı edəcək qədər problemlərlə məşğul ola bilərsiniz.

Eşqdə özünüzə görə doğrularınız vardır. Bu doğrulara uyğun gəlilmədiyi təqdirdə uzaqlaşa bilər və ya hakimiyyət quraraq dediklərinizin edilməsini təmin edə bilərsiniz.

Yaxın əlaqələrinizdə duyğularınızı gizləyər, hətta özünüzə aid heç bir sirri verməyə bilərsiniz.

Çox vaxt hörmət və təqdir qazanmaq üçün çox çalışa bilərsiniz.

Başqalarıyla maraqlanarkən bəzən öz duyğularınızla əlaqə qurmaqda çətinlik çəkə bilərsiniz.

Tez-tez hər kəsi nəzarət edirsiniz, hər kəsin sizin kimi intizamlı və çalışqan olması lazım olduğunu düşünürsünüz.

Özünüzə aid doğrulardan əsla güzəşt verməzsiniz. Azad yaradılışda olan kəslərdən heç xoşunuz gəlmir.

Ümumiyyətlə hakimiyyət qura biləcəyiniz insanlarla bir yerdə olursunuz, problemli insanlara aşiq ola bilərsiniz.

Kariera sizin üçün ən əhəmiyyətli meyardır. Az qala ömürünüzün çoxunu çalışaraq keçirərsiniz, həyatın bütün ləzzətlərini yaşamaqda gecikə bilərsiniz.

Cəmiyyətdə hörmətli bir yer əldə etmək, başqalarının gözündə müvəffəqiyyətli olmaq sizin üçün son dərəcə əhəmiyyətlidir. Sırf ictimai baxımdan qəbul edilən olmaq üçün sevmədiyiniz bir adamla belə evlənə bilərsiniz.

Hər şeyin mütləq çətin olması və çətin əldə edilməsi lazım olduğunu düşünər, asanca əldə etdiyiniz heç bir şeyi əhəmiyyət verməzsiniz.

Bəzən elə donuq, məsafəli və çəkilməz biri olarsınız ki, sizə yaxın durmaq qətiliklə mümkün olmaz.

Hər şeyi mütləq bir nəticəyə bağlamaq istəyirsiniz. Tətildə belə olsanız saatla oyanar, saatla dənizə gedər, saatla söhbət edərsiniz.

Dərin narahatlıqlarınız vardır. İçdən içə pessimist hətta çox vaxt kimsəyə güvənmədiyiniz üçün özünüzü tək hiss edə bilərsiniz.

Dolça

Həyatdan gözlədiyiniz çox şey var. Lakin çox vaxt bir şeyin özbaşına meydana gəlməsini gözləyər, cəhd göstərmək yerinə donub qalarsınız.

Ümumiyyətlə başqalarının üzündən müvəffəqiyyətsiz cəhdlərdə olursunuz, sonra da bəxtsiz biri olduğunuzu düşünərsiniz.

Yoldaşlarınız üçün canınızı verərsiniz, lakin sevgilinizin bir kiçik kaprizinə dözməzsiniz.

Nə sevdiyiniz müəyyəndir nə də sevmədiyiniz. Çox yaxşı yoldaş olarsınız lakin yaxşı bir həyat yoldaşı olmağı bacaranlarınızın sayı olduqca azdır.

Ya erkən yaşda aşiq olar evlənər uşaq-muşağa qarışarsınız və yaxud xronik bir subay olaraq qocalarsınız.

Sizə görə azadlıq yediyiniz çörək içdiyiniz su kimidir.

Görüşlərinə əhəmiyyət verilməməsindən və zəkanızın kiçik hesab edilməsindən olduqca qorxursunuz.

Müstəqilliyinizi itirəcəksiniz deyə çox qorxursunuz. Hətta buna görə uşaq sahibi olmaqdan belə imtina edənləriniz vardır. Sizin üçün ən əhəmiyyətli şey istədiyiniz kimi yaşamaqdır.

Nə olursa olsun zidd davranmaqdan xoşunuz gəlir, uzaq və ruhi baxımdan əlçatmaz bir adam profili yarada bilərsiniz.

Sizin üçün əlaqələrdə məhdudlaşdırma yoxdur. Hər cür dəyişiklikdən xoşunuz gəlir.

Çox vaxt birdən-birə ortalıqdan itirsiniz, daha sonra geri dönürsünüz, sevdiklərinizin sizə qarşı anlayış göstərməsini gözləyirsiniz.

Qəribə təklifləriniz var. Hətta bunların bir çoxu illər sonra dəyərləndirilir. Başqalarına görə olduqca dəyişik bir həyat yaşaya bilərsiniz. Bəzən aylarla fərqli yerlər kəşf etmək üçün gəzər, sonra birdən aylarla evə bağlanıb heç kəsi görmək istəməyə bilərsiniz.

Sizinlə yaşamaq hər gün fərqli şəkillərdə günə oyanmaq kimidir. Hər hansı bir yer, adam və ya vəziyyətin təkrarlanması halında darıxırsınız.

Balıqlar

Tez-tez sıxıcı duyğulardan qaçar, xəyal dünyasına daxil ola bilərsiniz.

Hər şeydən asanca təsirlənirsiniz, başqalarının dərdlərini dinləyərkən öz problemlərinizi göz ardı edə bilərsiniz.

Özünüzə əziyyət etmənizə səbəb olan əlaqələr yaşaya bilər, hətta bu əlaqələrə görə varınızı yoxunuzu itirə bilərsiniz.

Spirt, dərman və bəzi zərərli asılılıqlara uyğunluq göstərənləriniz çoxdur. Əgər həyatda istəklərinizə çata bilmədinizsə sizi təsəlli edəcək yollara müraciət edə bilərsiniz.

Bəzən həyatınızı, bəzilərinin əllərinə təslim edərsiniz, boş yerə zaman və mövqe itirə bilərsiniz.

Problemlərinizin çoxu qurduğunuz səhv əlaqələr səbəbiylədir. Külək sizi hara aparsa ora gedə bilərsiniz.

Cibinizdəki pulu saxlamaqda çətinlik çəkirsiniz. Qazandığınız qədərini istehlak edə bilərsiniz.

Başqalarına köməkçi olmaq üçün əlinizdəkini ovucunuzdakı töküb saça bilərsiniz.

Qarışıqlıq içindəykən mövqenizi itirə bilərsiniz.

Həddindən artıq həssaslığınız səbəbiylə öz özünüzü xəstə edə bilərsiniz.

Özünüzdən bəzən şübhə edər, müvəffəqiyyətsiz olacağınızı düşünərək nəyəsə cəhd etməkdən imtina edə bilərsiniz.

Geri çəkilmək və imtina etmək sizin üçün çox asandır. Asanca işə son qoya bilərsiniz.

Bağlılıq altına girməkdən qorxa bilər, illərcə evlənmədən bir əlaqəni davam etdirə bilərsiniz.

Qeyri-mümkün kəslərə aşiq olar, gözyaşı tökər, əzab çəkər, lakin heç cür ayrılmaya bilərsiniz.

Səhvlər açıq və dəqiq olduğu halda, sevdiklərinizə söz dedirtməz, hər şeylərini üzrlü hesab etməyə çalışa bilərsiniz.

Qərar verməkdə olduqca çətinlik çəkirsiniz. Beləliklə yaxşı fürsətləri qaçıra bilərsiniz.

İnsanların sizin yaxşı niyyətinizdən süi-istifadə etməsini çox gec başa düşürsünüz.

Əzab çəkməmək üçün çox vaxt duyğularınızı şüurlu olaraq gizlədə bilərsiniz.

“Mən” deməyi öyrənməyiniz olduqca çətindir. Özünüzü əhəmiyyətli olsanız belə, elə hesab etmirsiniz.

Başqalarının həyatında olanlarla maraqlanar, köməkçi olmağa çalışarsınız. Amma iş özünüzə gəlincə həll tapmaq yerinə olanı olduğu halıyla qəbul edərsiniz.

Qaydalara uyğun gəlməz, ənənələrə baş qaldıra bilərsiniz. Dərin duyğulardan qorxar, bəzən aşiq olduğunuz adama belə sanki yoldaşınızmış kimi davrana bilərsiniz.

Hərəkətə keçmək üçün bəzən başqalarını gözləyər, buna görə zaman itirər, fürsətləri qaçıra bilərsiniz.

Single Girl

Şərhlər:

  1. SuLiKo dedi ki:

    Hmm..SEn Menmim Burcumu now yazirsan en cox xowuma gelen ve en duzgun fikir bu oldu —Səhvlər aзıq və dəqiq olduğu halda, sevdiklərinizə sцz dedirtməz, hər şeylərini ьzrlь hesab etməyə зalışa bilərsiniz.

  2. yAgmurlar dedi ki:

    oglaq haqqinda hamisi dogrudur twk

  3. Melusiana dedi ki:

    men baliq burcuyem,demek olar ki hamisi duzdur,tek bir seyden basqa,men spirtli ickilere nifret edirem axi applause

  4. _SYAMA_ dedi ki:

    MARAQLIDI!!! AMA MENIM BURCUM YOXDU!!

  5. merry-girl dedi ki:

    BES OBIRI BURCLER HARDADI?

  6. VANESSA_90 dedi ki:

    BES OBIRI BURCLER HARDADI?

  7. G_E_C_E dedi ki:

    wir yek>>>>>>>>>.

  8. Angelocka dedi ki:

    Single Girl,
    opucuk

  9. Single Girl dedi ki:

    Angelocka,

    okiw:))

  10. Angelocka dedi ki:

    Single Girl
    Cox sagol canim Cox maraqli ve dogru melumatlar idi..Gelen defe oxatan burcu haqqinda olsa cox sevinerdim 🙂

    OGLAQ—Hər şeyin mьtləq зətin olması və зətin əldə edilməsi lazım olduğunu dьşьnər, asanca əldə etdiyiniz heз bir şeyi əhəmiyyət verməzsiniz.

    Bəzən elə donuq, məsafəli və зəkilməz biri olarsınız ki, sizə yaxın durmaq qətiliklə mьmkьn olmaz.Dərin narahatlıqlarınız vardır. İзdən iзə pessimist hətta зox vaxt kimsəyə gьvənmədiyiniz ьзьn цzьnьzь tək hiss edə bilərsiniz.–Bir yaxin dostum var bu yazilarin hamisi mehz ona aiddi..Heqiqetende noqte vergule kimi dogrudu.((

  11. KENAN_M dedi ki:

    SUPER BU QEDER DEQIQLIK OLA BILMEZ.COX SAGOL HER SEY DUZDU BIRCE SPIRTLI ICKIYE NIFRET ELIYIREM

    MILLET GORESEN BUNU NECE TAPIRLAR?YENI BURCLERIN XASIYYETINI

  12. Admin dedi ki:

    Həddindən artıq зox işləyirsiniz, hətta lazımsız mцvzular ьzərində belə saatlarca vaxt itirə bilərsiniz. Ailəvi mцvzularda aqressiv olursunuz.

    Ayda hamsi duzdur((

    problemli insanlara aşiq ola bilərsiniz.

    Eh(((

    Dərin narahatlıqlarınız vardır. İзdən iзə pessimist hətta зox vaxt kimsəyə gьvənmədiyiniz ьзьn цzьnьzь tək hiss edə bilərsiniz.

    Onsuda bu heyatda daim tek qaliram…Inandiqlaraim sade weylere gore adamdan inciyir..KImisede sevende hemiwe aci cekeceke yawamali oluruq

  13. fidiwka dedi ki:

    mende oglaq burcuyem hamisi duzdu urek