En berbad yorgunluq insanin ozunden bezmesidi

en berbad yorgunluq insanin ozunden bezmesidi

Yorğun oluruq bəzən…

Yoruluq…Yaşamın bizə verdiyi yükü daşımağa gücümüz çatmır…
Bəlkə zamandan,bəlkə insanlardan,bəlkə gündəlik yaşam tərzimizdən…Amma ən bərbad yorğunluq insanın özündən bezməyidir..
Özünə aid olanlardan bezmək,aid olduqlarından bezmək …Ağır gəlir insana…
Bunun əsas səbəblərini araşdırmadan sadəcə uzaqlaşmaq istəyirsən…Bu yəqinki ,hamımızda olub.Heç kəsin olmadığı bir yerə qaçmaq istəyirsən.Sanki bu kömək olacaqmış kimi,sanki bu nəyisə həll edəcəkmiş kimi …Uzağa …
Amma düşünmürük gedəcəyimiz yerdə də yenə “sən”olacaqsan…Orda da yenə o düşüncələr olacaq.O bezgin,o yorğun insan olacaq…Yenə o ürək olacaq döyünən..Hər döyüntüsündə ağrı verəcək..Amma indi bir döyüntü daha artacaq…Ağrı da artacaq…Daha tez-tez döyünəcək…Çünki o təklik daha böyük yük verəcək sənə…Çünki artıq soruşan olmayacaq
-“Nə olub sənə?”…
-“Heç sadəcə biraz yorğunam…”
İndisə fərz etki təksən… o sualın cavabını tam səmimi,vicdanlı və qərəzsiz verməlisən… yalansız…Çünki sən özün özünə cavab verəcəksən…Özün-özünə həm məhkum,həm şahid olacaqsan…
İnsan özündən qaça bilmir …İnsan öz “mən”indən qaça bilmir…İnsan öz beyninin diqtəsindən qaça bilmir…İnsan hər döyüntü ilə bütün vücudunda dövr edən qanın yenidən qəlbindən keçib hələ üstəlik ətrafdan aldığı oksigenin yükü ilə də ağırlaşıb ikinci dəfə dövrünə dözə bilmir…
Bax onda bezirsən,yorulursan…Onda daha yaxşı anlayırsan ki, sən tək gəlmisən,tək gedəcəksən…
Tək doğulduğun kimi,tək də köçəcəksən…Amma boğulmamalısan!Mən insanam deməlisən!Yaşamalıyam!Tək gəlsəm də, mən dünyaya gəlmişəm!İnsanların olduğu dünyaya!Sənin kimi olan bir varlıqların var olduğu bir dünyaya! Mən tək deyiləm!!!Mən tək deyiləm!Mən tək qalmamalıyam !!!Çünki lazımam mənə aid olanlara və aid olduqlarıma!Mən qiyamət günü cavab verəcəm onlara yaşatdıqlarıma görə!!!Güclü olmalıyam!!!Güclüyəm….
Allahım heç kimə çəkə biləcəyindən artıq yük vermir…

Single Girl

Şərhlər:

  1. K_R_A_L dedi ki:

    Xeberin adi ile tam raziyam!!!

  2. Avtosh_227 dedi ki:

    tewekkurler baciwka.cox sagol…

  3. star dedi ki:

    dogrudur.caliwin ozunuzden bezmiyesiniz,thanx.

  4. Melekcik dedi ki:

    Hekayeni tam oxumadim,ama bawligi ile tam raziyam.cox sag ol

  5. SuLiKo dedi ki:

    indiyenecen Yorgun Olmamiwam Inwallah bu gunden sorada olmaram :))

  6. Single Girl dedi ki:

    badi_seba

    🙂

  7. Badi_Seba dedi ki:

    xebere gore cooox sagol omrum ..maraqliydi..

  8. merry-girl dedi ki:

    xebere gore cooox sagol omrum ..maraqliydi..