Həyatla oyun…

heyat oyunu...

Həyatla oyun.


-Gəl o təpənin başınacan ötüşək,görək kim birinci olacaq?-qızı şirnikləndirmık istədi.
-Nea.Olmaz.Tərbiyəçi deyib ki qaçmayın.Sonra payımızı verəcək-qız imtina etdi.
-Qorxdun?Təslim olursan?-oğlan onu hirsləndirərək incik halda gülümsədi.
-Hmm!Onu kim deyir?-deyərək təpəyə tərəf qaçdı
Sonra onlar cəzalanmış halda qruppada oturub çöldə uşaqların oynamasına pəncərədən baxır, yenə didişirdilər:
-Sənə dedim axı pis olacaq.
-Mən səni ötə bilərdim,sən düzgün başlamadın,Mən hazır olmamış sən qaçdın-oğlan deyinirdi.
*****************************************************************************
-İnanmırsan,mən səndən cəld oxuyuram,istəyirsən yoxlayaq?-oğlan təklif etdi.
-Hahaha-nə deyirəm ki.Bax mən sənə qalib gəlsəm sən bütün həftəni mənim çantamı daşıyacaqsan,evdən məktəbə, məktəbdən evə.
-Amma mən qalib gəlsəm sən bütün həftəni evdən mənə alma gətirəcəksən-oğlan razılaşdı.
Sonra o bütün həftə boyu iki çanta ilə gəzirdi və deyinirdi:
-Nə olsun ki tez oxuyursan,amma oxuduqların ki yadında qalmır,həm də yavaş yazırsan.Mərc gələk?

*****************************************************************************
-Gəl oynayaq.Mən cəngavər olum,sən də qəlbimin sultanı-o təklif etdi.
-Axmaq-nə üçünsə qız incidi.
-Qorxdun?Utanacağından qorxdun…Axmaq deyə bilməyəcəyindən qorxdun…-qızı hirsləndirməkdə davam etdi.
-Heç də qorxmadım.Əvəzində sən də məni müdafiə edirsən həmişə.
-Əlbəttə!Sən axı mənimçün cəbri həll edirsən,bu cəngavər işi deyil.
-Nə olsun,sən də mənim inşalarımı yazırsan-qız güldü-yalan danışmaq və uydurmaq cəngavərlərə xas xüsusiyyətdir.İndi də qız onu cinləndirdi.
Sonra isə oğlan telefonda öz hərəkətlərinə haqq qazandırırdı.

*************************************************************************
Sən özünü mənə aşiq kimi göstərə bilərsən?-qız soruşdu.
-Çox çətinliklə-istehza ilə cavab verdi-Mən səni həddindən yaxşı tanıyıram.Nə olub ki?
-Party-yə dəvət ediblər.Tək getmək istəmirəm.İlişən çox olacaq.
-Nə bilim,özün bax da.
-Qorxdun?-qız başladı.
-Heç də yox.Səndən bir qutu bahalı siqaret .
-Nəyə görə?
-Bu bir az bahalı işdir-oğlan əllərini açdı.
Sonra isə bütün yol boyu deyinirdi:Aşiq rolunu oyna.Amma özünü çəkib dağ başına qoymusan.Əzizm,aşiqlər öpüşür bəzən,unutma.Hələ bir sifət də turşudursan.
*****************************************************************************
-Bu nədir?-qız soruşdu
-Üzük.Görmürsən ?-Dilini sürüdü.
-Nədi,yeni oyun başlayırsan?
-Aha.Gəl ər və arvad ,ailə oyunu oynayaq.
-Gərək fikirləşim.
-Qorxdun?
-Heç də qorxmadım.Amma oyunlarımızda çox dərinə getmirikmi?-qız sözü uzatdı.
-Bir şey olar boşanarıq.Bizim əlimidə deyil?
Sonra da özünə haqq qazandırırdı:Mən nə bilim ey evlənmək təklifini necə edirlər.Birdən ikiyə evlənmişəm?Xoşuna gəlmədi bir də sınayım.Mən qorxmuram.

*****************************************************************************
-Valideyn oyunu oynayaq?-qız təklif etdi.
-Oynayaq.Sənin,yoxsa mənim valideynlərimi oynayırıq?-oğlan razılaşdı.
-Axmaq.Öz uşağımızın valideynlərini oynayırıq.Qorxdun yoxsa?
-Özü də necə-oğlan fikirləşdi.Qorxmasam da asan iş deyil.
-Təslim olursan?-qız məyus oldu.
-Hmm.Nə vaxt mən sənə təslim olmuşam?Oynayıram əlbəttə-oğlan qərara gəldi.
*****************************************************************************
-Oyunumuz çətinləşir.İndi sən nənə rolunu oynamalısan.
-Ola bilməz,nə vaxt?-o təəccübləndi.
-Bu gün.3 kq 900 qr.Oğlan.Yoxsa nənə olmaqdan qorxdun?
-Hmm.Bəs sən hansı roldasan guya ki?
-Nənənin əri rolunda.Məndən nənə olmaz axı-güldü oğlan.
-Canınçün.Sən də babasan,buna bax,özünü cavan göstərmək istəyir,iştahın pis deyil.Yoxsa qorxdun?
-Qaçacaq yerimmi var?

*****************************************************************************
O çarpayının yanında oturmuşdu və ağlayırdı:
-Təslim olursan?Oyundan çıxırsan?Qorxdun mənimlə sonacan oynamağa?
-Aha.Görünür belədir.Amma pis oynamadıq ha.
-Sən təslim olursansa deməli uduzdun.Başa düşürsən,uduzdun.
-Mübahisəli fikirdir-oğlan gülümsədi və öldü…

Single Girl

Şərhlər:

  1. K_R_A_L dedi ki:

    Xebere gore coox saqol,maraqlidi

  2. Avtosh_227 dedi ki:

    superdir.cox sagol…

  3. G_E_C_E dedi ki:

    exxxxxxxxxxxxxxxxxxxxxxxx…….saol xebere gore angel

    cry
  4. Single Girl dedi ki:

    acqur
    melekcik

    Angelocka

    beyendiyinize sevindim:)

  5. Angelocka dedi ki:

    Single Girl,
    Cooooxx sagol birdenem ellerine sagliq omrum opucuk

  6. Melekcik dedi ki:
    Cox sag olun maraqli xebere gore
  7. acqurd dedi ki:

    ellerine saqliq maraqlidi

  8. Single Girl dedi ki:

    Dj ExTrEmE,

    twk teriw:)

  9. Dj ExTrEmE dedi ki:

    sagol xebere gore superduuuuu aaaaa!!!

  10. SuLiKo dedi ki:

    Superrrr Thanks Opurem :))

  11. Single Girl dedi ki:

    badi_Seba,

    Deymez djanim:)

  12. Badi_Seba dedi ki:

    Single Girl,

    Aydaaa baciwim superdi…cox beyendim..tewekkur bitanem..
  13. Single Girl dedi ki:

    Heyat ozu onsuzda bir oyundu..

  14. merry-girl dedi ki:

    Xebere gore coox saqol,maraqlidi