Unudulanlar Unudanlari Esla Unutmazdar

Unudulanlar Unudanlari Esla Unutmazdar

Baxışın gözümə batar
Baxışın kiminsə gözündə qalıb,
Mənim gözlərimə ilişmir daha.
Ürəyin boş idi,hardasa dolub,
Mənim ürəyimlə danışmır daha.

Özünü hardasa qoyub gəlmisən,
Mənim işlərimə qarışmır daha.
Gözünü kimdəsə qoyub gəlmisən,
Baxışım gözünlə barışmır daha.

Belə baxışlara öyrətmə məni,
Baxışım qayıdar gözümə batar.
Nə olar həsrətə öyrətmə məni,
Baxışım gözümdən özünü tapar.

Mənim həsrətimin seli var,gülüm,
Çağlayar gözümdən,üzümə yağar.
Mənim ürəyimin əli var gülüm,
Sevməsə,qayıdar özünü boğar

SuLiKo

Şərhlər:

  1. star dedi ki:

    coooooooox sagol.maraglidi.

  2. L_U_N_A_T_I_K dedi ki:

    qesheng seir idi sagol

  3. Single Girl dedi ki:

    Cox saqol cox gozel weirdi:((

  4. SuLiKo dedi ki:

    Single Girl,
    Deymez urey :)) angel

    L_U_N_A_T_I_K,

    deymez 🙂

  5. Single Girl dedi ki:

    [b]SuLiKo,[/b]
    hmm..[color=#33CC00]</span>

  6. KENAN_M dedi ki:

    ELADI SOZ OLA BILMEZ.SUPER INSALLAH DAVAMI OLAR

  7. Angelocka dedi ki:

    SuLiKo,
    Cox sagol dostum ellerine sagliq