KOFE+DUZ=SEVGI

Onlar universitetdə təşkil edilmiş əyləncəli bir gecədə tanış olmuşdular. Party başa çatan kimi qızı qəhvə içməyə dəvət etdi və qız razı oldu. Küçəyə çıxıb yaxınlıqdakı kafedə əyləşdilər. Oğlan o qədər həyəcanlı idi ki, ürəyinin döyüntüsündən ağzını açıb danışa bilmirdi. Bu vəziyyət artıq qızı da narahat etməyə başlamışdı və elə “mən artıq gedim” demək istəyirdi ki, dəliqanlı ofisiantı çağırdı. “Mənə duz gətirə bilərsinizmi? – deyə dilləndi, – qəhvəyə qatmaq üçün…” Ofisiant və qız çaşqın-çaşqın oğlana baxdılar. Oğlan utandığından qıpqırmızı olsa da, ofisiantın gətirdiyi duzu qəhvəyə tökərək qarışdırmağa başladı. Qız özünü saxlaya bilmədi: “Əcəb zövqünüz var”. “Elədir, – deyə oğlan danışmağa başladı, – uşaqlıq illərim dəniz kənarında keçib. Demək olar, bütün günü dənizdə oynayırdım. Dənizin duzlu suyu artıq damağımın dadına çevrilmişdi. Ağzımda hələ də dənizin duzlu suyunun dadı qalıb. Elə qəhvəni də o vaxtdan duzla içməyə öyrəşmişəm. O duzlu dadı ağzımda hiss edəndə uşaqlıq illərim, dəniz kənarındakı evimiz və xoşbəxt ailə həyatımız yadıma düşür. Anamla atam hələ də o evdə yaşayırlar. Hər zaman onlar üçün darıxıram…”

Oğlan xatirələrini danışarkən gözləri dolmuşdu.Onun danışdıqları qızı da yaman kövrəltmişdi. Bu qədər səmimi söhbət edən, evinə və ailəsinə çox bağlı olan bir adam öz arvad-uşağını da sevən, quracağı ailəyə sadiq qalan birisi olmalı idi. Bundan sonra da bir-biriləri ilə görüşməyə davam etdilər və bir-neçə ay sonra evləndilər. Ömürlərinin sonuna kimi xoşbəxt və mehriban bir ailə həyatı yaşadılar. Həyat yoldaşı həmişə əri üçün qəhvə gətirəndə içinə bir qaşıq duz atırdı. Çünki onun belə xoşladığını bilirdi.

Qırx il sonra həmin adam dünyasını dəyişdi. Xanımı üçün üstündə “mən öləndən sonra oxuyarsan” yazılmış bir məktub qoymuşdu. Məktubda bunlar yazılmışdı: “Canım mənim, yalvarıram məni bağışla. Bütün həyatımızı bir yalanın üzərində qurduğumuza görə məni bağışla. Tanışlığımız boyu səni yalnız bircə dəfə aldatmışam. O da ki, duzlu qəhvədə!.. Səninlə ilk dəfə görüşəndə o qədər həyəcanlı idim ki, qənd demək istəyəndə ağzımdan “duz” sözü çıxdı. Sənin baxışlarından utandım və səhvimi düzəldə bilmədim, düzəltmədim. Bu yalanın bizi ömürlük bir-birimizə bağlayacağını heç ağlıma belə gətirmirdim. Dəfələrlə sənə əsl həqiqəti demək istəmişəm, amma həmişə səni itirməkdən qorxduğum üçün bu sirri qəlbimin dərinliklərində gizlətmişəm. İndi artıq ölürəm və qorxsam da, qorxmasam da səni itirirəm. Həqiqət məhz belədir… Mənim heç vaxt duzlu qəhvədən xoşum gəlməyib. Onları qatışdıranda çox əcaib bir dad alınır. Amma səni tanıyandan bəri bu əcaib içkini içməyə məhkum olmuşam. Və heç vaxt buna peşiman olmamışam. Səninlə birlikdə olmaq mənim üçün ən böyük xoşbəxtlik idi və mən bu xoşbəxtliyi sənə borcluyam. Yenidən doğulsam və hər şeyi yenidən yaşamaq imkanım olsa, yenə də ömür boyu səninlə birlikdə olmağı seçərdim… Hətta o həyatda da daim duzlu qəhvə içməyə təhkim olunsam belə!” Yaşlı qadının göz yaşları əlindəki məktubu suya qərq etmişdi… Daha sonralar bir dəfə ərindən söhbət düşəndə qonşulardan biri qadından duzlu qəhvənin necə olduğunu soruşmuşdu. Yenə də göz yaşlarını saxlaya bilməyən dərdli, sədaqətli qadın: “Dillə deyilməyəcək qədər çox şirin…” – deyə cavab vermişdi.

star

Şərhlər:

  1. K_R_A_L dedi ki:

    Maraqlidi,saqol,ellerine saqliq Dostik

  2. PRistupnIK dedi ki:

    maraglidi sagol ..

  3. Melekcik dedi ki:

    Hmmmm,cox sag ol xebere gore

  4. star dedi ki:

    K_R_A_L,
    )(akker,
    Avtosh_227,
    _SHiRiNe_L,en dogrusun sen dedin,3u birinde.
    G_E_C_E,
    Single Girl,
    IzYuMinKa,
    acqurd,

    haminza tewekkur,beyenen ureyleriniz var olsun.

  5. acqurd dedi ki:

    siz bunlara inanirsiz? real heyata qayidin

  6. IzYuMinKa dedi ki:

    spasibki maraqli idi!!!

  7. _SHiRiNe_L dedi ki:

    beh-beh-beh 3-u birinde

  8. Avtosh_227 dedi ki:

    ellerin var olsun.yorulmuyasan dostik.allah razi olsun.

  9. )(akker dedi ki:

    aaaaa cox sag ol dostik