Kecmisini Unutma..

 

Keçmişi-bəzən acı xatirələr, bəzən isə xatırlamağımız xoş olan,
xatırladıqca, xatırlamaq istədiyimiz anlar. O anları unutmaq üzərindən
xətt çəkmək mümkündürmü? Istəsək belə keçmişimizi unutmaq, heç zaman
xatırlamamaq nə dərəcədə inandırıcıdır?


Keçmişini unudan insanlar-onlar o zamanı unutmağı necə bacardılar?


Lazımsız dəftər qaralaması kimi, hər şeyi cızma-qara edərək bir kənara
atmaq, heç düşünməmək istəyi. Keçmişdə kim oldum? nə səhvlər etdim bu
günə necə gəldim?-suallarını özünə ünvanlamaamq qorxusu, çəkintisi nə
qədər gizlənmək qaçmaq mümkün olacaq?


Bəlkə
keçmişdəki o səhv anları silib atmaq istəyidir.


Bəlkə bütün ziddiyyətlərin üzərindən xətt çəkmək istəyidir.


Bəlkə həyatın tamam başqa mərhələsində görünmə istəyidir..


Bəlkə başqa bir duyğunu dadmaq istəyidir.


Bəlkə düşünmədiyimiz, qarşımızdakı insanı günahlandırdığımız, məsxərəyə
qoyduğumuz halda onun bəlkələrini təsəvvür etməməyimizdir, edə
bilməməyimizdir…


Bir insan keçmişini necə asanlıqla unuda bilər? Hardan hansı zirvəyə
ucaldım deyə düşünməz? Bu bir mükafat yoxsa zəhmətimin bəhrəsi, yoxsa
bir sınaqdır deyə heç düşünməzmi?


Əslində kimisə günahlandırdığımız zaman, onun keçmişinə bələd olsaq
belə, hər şeydən xəbərdar olsaq belə ehtiyatlı davranmağımız, onu
incitməməyimiz mütləqdir.


Kimsə keçmişini unudubsa onun keçmişini sən düşünmə, çünki bunu yaşayan unutmuşdur artıq!


Buraxın zamana zamn onu dəyərləndirsin…


Axı zaman insanın ən pis düşmənidir.


Hər şeyi sənə çox görən və hər şeyi səndən tezliklə alan..


Ən xoş anları belə çox verər…


Lakin acılı ağrılı anlar uzun sürər..


İcazə ver- Bu sınaqdan keçə bilsin uğurlu və ya uğursuz…


*****


Keçmişini unudan insanlara münasibətiniz?


Keçmişinizə xətt çəkən yoxsa geri dönüb baxa bilən insansınız?

Badi_Seba

Şərhlər:

  1. Melekcik dedi ki:

    Mence kecmisi unutmamag lazimdi.kecmiwe donub bax orda etdiklerin serfleri birde etmeyesen..cox sag ol maraqli xebere gore canim

  2. K_R_A_L dedi ki:

    Kecmishi unutdunsa hecnee))Xebere gore thanks

  3. Angelocka dedi ki:

    badi_Seba,
    Cox sagol maraqli xebere gore.. cry cry

  4. acqurd dedi ki:

    kecmisini unudan insanin geleceyi ola bilmez!!!

  5. PRistupnIK dedi ki:

    kecmiwin unudanin geleceyi olmaz . eyat sinagdi …

  6. Melekcik dedi ki:

    badi_Seba,
    raziyammmmm angel

  7. Badi_Seba dedi ki:

    Kecmiwini unudanin geleceyi olmaz….

  8. star dedi ki:

    kecmiwini unudanin geleceyi olmaz,bir deki,\"bugunumuz dunenimizin sabahidi,sabahimizinsa duneni\"ona gore de gelin bugunumuzu ele yawayagki donub geri baxdigimizda nelerise unutmag mecburiyyetinde qalmayaq.