Dəyərli sözlər

Deyerli sozler

1. Üç növ yoldaş vardır:
Biri qida kimidir, davamlı axtarılar
Digəri dərman kimidir, lazım olduğunda axtarılar,
Digər bir yoldaş da xəstəlik kimidir; siz onu deyil, o sizi axtarar .

2. Ruh aynasında yaxşılıqların yanında pisliklər də sıra sıradır.

3. Bəlanın ən təhlükəlisi üzə gülərək gələnidir.

4. Əldəki bir sərçə, əldə olmayan min göyərçindən daha yaxşıdır.

5. Başlamaq üçün möhtəşəm olmaq lazım deyil , amma möhtəşəm olmaq üçün başlamaq lazımdı.

6. Heç kim gözyaşlarıma layiq olmaz, onlara layiq olan adam isə məni ağlatmaz.

7. Yalanın ən böyük qüvvəti yayılmasındadır.

8. Yazılı qanunlar hörümçək torundan seçilmir.
Hörümçək toru kimi qanunlar da zəifləri və yoxsulları tutub saxlayır,
güclülüər və dövlətlilər isə bu toru cırıb çıxırlar.

9. Əgər böyük işlər görə bilmiriksə, böyük yolda kiçik işlər görmək olar.

10. Ən böyük köləlik, kölə ikən özünü azad sanmaqdır.

11. Allah sizə bir üz verib, ikincini de siz icad etməyin!

12. Ümid ən son pislikdir, çünki işgəncəni uzadar.

13. Yelə qarşı tüpürməkdən çəkinin!

14. Nə cür yüksəlsək, uçmaq bilməyənlərə o cür kiçik görünərik.

15.Uçurumları sevənin qanadları olmalı.

16. Allah qozu verər amma qırmasını sənə buraxar.

17.Dahiliyin %1 i ilham %99u tərdir.

18.Heç kim müvəffəqiyyət nərdivanlarını əlləri cibində dırmaşmamışdır.

19.Nə qədər insanlar gördüm üstlərində paltar yox,
Nə qədər paltarlar gördüm içlərində insan yox.

20.Sizə nə edə biləcəyinizi söyləyə bilərlər amma nə düşünəcəyinizi əsla.

21.İnsanlar aya bənzər çünki; kimsəyə göstərmədikləri bir qaranlıq üzləri daha vardır.

22.Hara getdiyinizi bilmirsinizsə, onda heç bir yol sizi ora aparmaz.

23. Nə qədər bilsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.

24.Elə ömür sürmək lazımdır ki, səni pis insanlar da yadda saxlasın.

25.Əgər vicdana icazə verməsən ki, sənin içini yesin, o yavaş-yavaş acından öləcək.

26.Bütün yaxınların barədə birdən-birə pis fikrə dalma-yavaş-yavaş, bir-bir.

27.Ən ürəkdən gələn gülüş-əsəbdən yaranandır.

28.Sevgi sanki qardır-əriyəndən sonra palçığı qalır.

29.Həyat-keçmiş günlər deyil, həyat-yadda qalan günlərdir.

30.Həyatdan narazı qalma-bunlar heç olmaya da bilərdi.

31.Ürəkdən istəmək yetər ki, istədiyin insan ayaqlarına qapansın.

33.Hinduşka da fikirləşirdi ki, üzür…su qaynayana kimi.

34.Zaman-yaxşı həkimdir, amma pis kosmetoloqdur.

35.Kapitan düz danışmaya bilər-amma o yenə də kapitandır.

36.Əgər insan bir gündən artıq xoşbəxtdirsə-ondan nəyisə gizlədirlər.

37.Kişi gərək meymundan bir az gəşəng olsun, qadınsa meymundan bir az ağıllı.

Melekcik

Şərhlər:

  1. angeL_oK dedi ki:

    maragli idi ….4ox sAgOlL

  2. G_E_C_E dedi ki:
    <<<SAOL CANIM>>>

    heart
  3. acqurd dedi ki:

    saqol tesekkur edirem

  4. ASHKSIZ_PRENS dedi ki:

    təşəkkьr

    təşəkkьr

  5. Melekcik dedi ki:

    memi_,
    xow gununuz olsun.

    Single Girl,
    deymez…….

    meymunka,
    tewekkurler

  6. meymunka dedi ki:

    Cooox sag ol xebere gore,yorulmayasan!

  7. Single Girl dedi ki:

    cox saqol ay bizim melekcikimiz:)

  8. K_R_A_L dedi ki:

    Cox saqol xebere gore,cox maraqli sozlerdi

  9. Sahi17 dedi ki:

    Bir sey isteyende insandan isteme verse minettdir vermese zillet isteyende ALLAHDAN iste-ki verse neymetdir vermese hikmet