ŞOK! Leonardo Da Vinçinin anası azərbaycanlı olub!

ŞOK! Leonardo Da Vinçinin anası azərbaycanlı olub!
Dünyanın ən məşhur rəssamlarından biri sayılan Leonardo Da Vinçinin (1452-1519) ana tərəfdən azərbaycanlı olduğu iddia edilib.

Lent.az-ın Türkiyənin Cihan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bu iddia ilə Da Vinçinin həyatıyla bağlı araşdırma aparan kanadalı Luiz Buff Parri çıxış edib.

Azərbaycan və Türkiyənin Kanadadakı səfirliklərinin bu ölkənin Beynəlxalq Kitabxanasında düzənlədiyi seminarda tədqiqatçı-yazar Parri Da Vinçinin həyatı barədə danışıb. O, məşhur italyan rəssamın əslində anasının əslən azərbaycanlı müsəlman bir qadın olduğunu deyib. Tədqiqatçı azərbaycanlı qadının İtaliyaya getməsini isə “kölə kimi bu ölkəyə aparılıb” şəklində izah edib. İtaliyada isə Da Vinçinin anasına Katerina adı verilib.

Tədqiqatçının sözlərinə görə, əslində Da Vinçinin atası Pyero Fruosina ilə Katerina evli olmayıblar. Araşdırmaçı Parri italyan rəssamın anasının kölə olaraq satılması ilə bağlı sənədlərin tarixçilər tərəfindən axtarıldığını da deyib.

O, Leanardo Da Vinçinin vaxtilə İstanbulda körpü tikmək üçün Osmanlı padşahı İkinci Bəyazidə məktub yazdığı barədə də seminar iştirakçılarına məlumat verib.

Leanardo Da Vinçi rəssam olmaqla yanaşı alim, memar, botanik, musiqiçi və yazıçı olub. Yaratdığı rəsm əsərləri arasında “Mona Liza” və “Last Supper” dünya şöhrətli əsərlər hesab olunur.

Mənbə:Lent.Az

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. star dedi ki:

    cox sagol,canim,maragli xeberdi.

  2. Melekcik dedi ki:

    xebere gore cox sag ol

  3. K_R_A_L dedi ki:

    Deyirem axiii,qan cekirdee))))) happy

  4. Admin dedi ki:

    Dj ExTrEmE,
    Axtaran taparr ))))

  5. Dj ExTrEmE dedi ki:

    Beyendim ellerine salik hardan ariwdirib tapirsan bele weyleri

  6. acqurd dedi ki:

    uydaaaaa…. halaldi!!!

  7. memi_ dedi ki:

    dushmenlerimizin qulagindan iraq!

  8. meymunka dedi ki:

    Maraqli Arashdirmadir,Zennimce Bu Bizim ucun bir fexrdir!Meymunca xebere gore teshekkurler!!!!

  9. KinG ArthuR dedi ki:

    xebere gore cox sagol maraqli idi