HOST-un 21 məqaləsi

[HIDE] MƏQALƏ 1

Bir gün qalmışdı həyatımın sonuna.Çətin idi bunu bilərək yaşamaq.Hərçənd 2 ay idi belə yaşayırdım, yenə də çətin idi.Ən çətin isə bu son gün idi.24 saata nə sığdıraydım axı.Bəlkə heç 24 saatda qalmamışdı.2 ay idi bu gün üçün hər dəqiqəsinə qədər planlar cızmışdım.Amma indi ağlıma yeni şeylər gelir, bütün planlarımı alt-üst edirdi.Saat 5-də yuxudan durdum.Ömür boyu 11-dən tez yuxudan dura bilməyən mən saat 5-də gözlərimi açmışdım.Bir az uzandım yerin içində.Sonra durub əl-üzümü yudum.Music Centre-i yandırdım.”Əlvida” trackini qoydum.Səsini qaldırdım ki, balkonda da eşidilsin.Sonra balkona çıxdım.Ətraf qaranlıq idi.Yerdə elə də qalın olmasa da qar var idi.Gündoğumuna az qalmışdı…Və gün zəif də olsa çıxırdı yavaş-yavaş.Heyrətamiz bir mənzərə idi.Heyran qaldım.Bu anı saxlamaq istəyirdim.Bu qədər yaşamışdım amma bir dəfə də olsun gündoğumunu izləməmişdim…Günəş tam cıxdı.Üşüdüm.Qayıdıb evə girdim.Biraz çay içdim.Paltarımı geyinib Centre- i söndürüb CD playerimi də götürüb çıxdım evdən.Saat hardasa 7-yə qalırdı.Heç kim yox idi həyətdə.Qulaqlarımda “Ümidlər qəbirstanlığı”səslənirdi.Yeriməyə başladım.Hava çox yaxşı idi.Hər nəfəsimi dərindən alırdım.Biraz qabaqda qarın içində büzüşən bir adam gördüm.Tez yaxınlaşdım.Qonşumuz idi.Alkaqolik. Yenə arvadı evə buraxmamışdı içdiyinə görə.Yuxudan durquzub dedim:

– Mən sabah öləcəm.

– Əşşi fikir vermə, o gün mən də ölürdüm.Sən get bir butulka dərman al gəl gör hər şey necə düzəlir.Onu orda qoyub davam elədim.Mahnı dəyişdi, indi “Düşüncə” oxuyurdu.Track hər hüceyrəmə işləyirdi.Bir az gəzib çörək almağa getdim.Aldım.Iyi elə qəsəng idi ki, evə çatana qədər yeyib qurtardım.Sonra ağlıma nəysə gəldi.Güldükanına girdim.15-20 dənə gül aldım.Sonra mağazadan çıxıb qarşıma çıxan hərəyə qurtarana qədər birini verdim…İndi 10-15 dəyqəydi boş-boş yeriyirdim.“Sevgi yoxdur” nauşnikdən çıxıb içindəkiləri ətrafımda yeriyən insangörünümlülərə hayqırmaq istəyirdim.Sonra biraz tanımadığım uşaqlarla qartopu oynadım.Onlardan ayrılıb məscidə getdim.Namaz qılan insanları gördüm.Gözlərim yaşardı.Tövbə etdim.Həyat boyu ilk və son namazımı qıldım.Az da olsa yüngülləşdim.“Sidretul Munteha” bütün həyatımı gözlərimin önündən keçirdim.Bütün həyatımı bircə səhifəyə sığdırmaq olardı.Hələ yaşasaydım həyatımın geri qalanı da elə bu səhifəyə sığardı.Hava artıq qaralırdı yavaş-yavaş.Evə qayıtdım.əynimi dəyişdim.Centre-i yandırdım.”Mənim qaranlığım” hər şeyi anlatırdı.

Güllərimi suladım.Sonra gedib yerimə uzandım.Başladım ölümü gözləməyə.Sonra ağlıma nəsə gəldi, durub anama zəng vurdum.Anam telefonu götürəndə “Alo” əvəzinə “Ana, səni sevirəm” dedim.Sonra biraz danışıb dəstəyi yerə qoydum.Sonra yemək yedim…

Və indi həyatımın son saatıdı artıq və Centre-də “Mən dəyişəcəm” oxumağa başladı.Amma artıq gec idi, çünki bəlkə hec trackın sonunu belə eşidə bilmədim…

MƏQALƏ 2

Yənidən doğulmaq istəyirəm.Qoy desinlər nankordu, həyatınnan narazıçılıq edir.Gecə-gündüz qan qusmaq istəyirəm.Qoy desinlər deyəsən bu cəmiyyət nəhayət ki, onu zəhərləyib.Siqaretə başlamaq istəyirəm, bir gün, bütün günü siqaret çəkəcəm, qoy barmaqlarımın ucu günlərim kimi qara olsun.Dişlərim saralsın.Üzüm də qocalaraq daxilimlə vəhdət yaratsın.Qoy desinlər axmaqdı həyatını məhv edir.Bir gecə klubuna getmək istəyirəm, ən ağır içkini sifariş edəcəm, onun şüşəsini sındırıb damarlarımı kəsəcəm, sonra da yaramın üstünə o şərabdan töküb çığıracam, bərkdən çığıracam.Hamı eşitsin!Hamı bilsin ki, əzab çəkirəm.Hamı bilsin ki, ölümlə təkbətək vəziyətdəyəm.Amma çığırtıma gülüş də qatacam hahaha…Ürəkdən güləcəm.Qoy desinlər ki, vəhşidi, irgəncdi.Sanki həyatını fransız rejissoru çəkib.Bütün eybəcər səhnələriylə.Bank yarmaq istəyirəm.Dəhşətli dərəcədə çoxlu pulum olacaq.Səninlə də çox rahat olacam, sarayım olacaq.Hər şeyim olacaq.Bir gün 10 minlik çılçırağımnan özümü asmaq istəyəcəm.Kəndiri çox nazik seçəcəm ki, stulu itələyən kimi qırılsın. +

Qoy desinlər bədbəxtdi, heç özünü də öldürə bilmir.Qaçmaq istəyirəm.Hamıdan, əllərimnən qan süzülərək.Hər keçdiyim dükanın şüşəsində çürümüş sifətimi, saralmış dişlərimi, heç bir məna kəsb etməyən gözlərimi görüb, özümə nifrət edərək özümnən də qaçmaq istəyirəm.Qaçacam da.çox bərk qaçacam.illərlə ayağımda yığılan əzələləri elə həmin qaçış məsafəsində yox edəcəm.Hündür bir binaya çıxacam və orda ayaqlarım nəhayət ki,

çökəcəy.Ordan bir daha da qışqıracam.Hamının diqqəti məndə olsun.Qoy desinlər son saniyəsində də şöhrətpərəstliyinnən qalmır.Həyatımı elə o andaca bitirmək istəyirəm.Atacam əvvəlcə, artıq dərimə yapışmış son siqareti atacam, sonra bu zibil olmuş həyatımı.Yeni bir həyat istəyirəm…Allahdan yeni həyat istəyəcəm.O da verəcək axı o rəhmlidi və o həyata hər şeyimi itirdikdən sonra başlayacam.Qoy maraqlansınlar, görəsən ona dərs oldumu.Başqalarının fikrinə tüpürmək istəyirəm, qoy desinlər vicdansizdı!

Qəribə bir hekayə yazmaq istəyirəm.

Qoy desinlər psixdi, helə də elə bilir bu qələm ona nəsə verəcək…

MƏQALƏ 3

Başqa günlərdən heç nə ilə fərqlənməyən bir gün idi, oturub yemək yeyirdim.Sakitçiliyi telefonumun “Azad HOST-çular” zəngi pozdu.Tanımadığım nömrədən mənə kimsə zəng eliyirdi, sözün düzü tanımadığım nömrələrdən çox vaxt tanış olmaq üçün zəng vururlar, onun üçündə cavab vermədim.Amma bu nömrə çox qərarlı idi, 3 dəfədən sonra cavab verdim.”Salam aykanı olar” kəlməsinə cavabımı hazırlayıb “alo” dedim.Amma gözlənilən cümləni eşitmədim.Kimsə ağlayaraq “Privet” dedi.Səs tanış gəldi mənə, amma yadıma sala bilmirdim bu səsi.Yağışın altında qalan balaca pişik kimi eşirdi bu səs.Sonra özünü toplayıb dedi “Uznalı”, mənfi cavab alıb özünü təqdim elədi “Eto ya aytac”…

Həyatımın ən çətin vaxtlarında tanış olmuşdum aytacnan, ilk baxışdan sadə, amma çox zəngin iç dünyasına malik bir qız idi.Mənim indi həyatda qalmağıma 3 səbəb varsa biri abul, biri H.O.S.T, o biri isə aytac idi.Çox səmimi qız idi.Çox varlı ailədən olmasına baxmayaraq, çox sadə qız idi.Həyatımdakı çətinliklər pik zirvəsinə çatan vaxt, aytaca “özümə qəst etməkdən başqa yolum yoxdu” dedim.O isə “sənin seçimindi özün bilərsən” dedi.2 gün sonra damarlarımla ülgücü tanış eləmək istəyirdim.Həmin gün aytacnan görüşdüm.Özümü haçansa xit olan, amma indi heç kimin qulaq asmadığı track kimi hiss eliyirdim.Heç danışmırdıqda, susmuşduq, host pleerda oxuyurdu bir qulaqcıq onda o biri isə məndə.Birdən pause basıb dedi “Tı segodnya umreşi”, çiyinlərimi qaldırıb saldım.Aytacın gözündən yaş axdı.Gözünün yaşını silib dedi “100% əminsən, yoxsa hələ fikirləşirsən”.Mən dedim “Bilmirəm…” əlimi bərk sıxıb dedi “Deməli düşünməyə dəyər.Əmin olmadığın hərəkəti heç vaxt eləmə…”.Bu sözlər mənə fikirləşməyi öyrətdi və qərarımnan döndüm.

Artıq aytacnan ölmək barədə söhbət eləmirdik, düşdüyümüz tupikdən necə çıxmağımız barədə danışırdıq.Bir gün aytacnan şəhərə çıxmalıydıq, amma o zəng eliyib dedi ki, gələ bilməyəcək.Sonradan bildim ki, atası bərk xəstələnib, xəstəxanadadı.Həmin vaxtlar aytac çox ağlayırdı.Bir gün görüşdük və o hər şeyi mənə danışdı.Atası xərçəng xəstəliyinə tutulmuşdu.Aytac özüdə xəstəyə oxşayırdı.Bakıda müalicəsi tapılmayan xəstəliyin müalicəsi üçün aytacgil moskvaya köçdülər.Axırıncı dəfə görüşəndə söz verdiki zəng vuracaq, amma sözünü tutmadı.Belədə əlaqəmiz kəsildi…

Bir gün zəng gəldi “Eto ya aytac” eşidib inanmadım.”Ya okolo MUM-a, prixodi, ya teba jdu”.Çox sevindim, tez geyinib evdən çıxdım.Görəsən dəyişib necə olub?Atası necədi?Bu suallar beynimdə oynayırdı.Birdən isə “O niyə aglıyırdı” sualı peyda oldu.Çox həyacanlandım.Bütün yolboyu bu sual içimi yeyirdi…

Nəhayət MUM-a çatdım.Aytaca zəng elədim, amma bir oğlan cavab verdi, aytacı çağırdım, amma “bu mənim nömrəmdi, aytacıda tanımıram” dedi.Qırağa çəkilib, aytacın mənim yanıma yaxınlaşmağını gözləməkdən başqa seçimim yox idi.Birdən gözüm yer altı keçidin qırağına söykənən qıza dəydi.Aytac idi…Yaxınlaşdım…Başını qaldırıb mənə baxdı.Vaxtikən sevinclə dolu gözlərdə indi kədər yaşayırdı.Söz tapmadım deməyə, susmuşdum.Çox dəyişmişdi.Məni qucaqlayıb ağlamağa başladı.Dönüb qaldım.Sonra toparlanıb, onu qucaqladım. hamı bizə baxırdı.Kömək eləmək istəyənlərdə tapıldı, amma yara çox dərin idi…

Aytac sakitləşdi və biz boş skamyaların birində oturduq.Ağlaya-ağlaya atasını necə itirdiyindən, moskvada evin kirayəsini ödemədiklərinə görə evsiz qalmağından, anasının depresiyaya düşməyindən, qohumlarının onlar haqda unutmaqlarından, həyatında anasıdan başqa heç kəsin olmadığından, yaşamağa yorulduğundan danışdı mənə.Sakit oturub ona qulaq asırdım…Deməyə söz axtarırdım…

“Mən işə düzəlmək istəyirəm” dedi, “Bakıya 1 həftədi ki, gəlmişəm, heç kimi tanımıram, daha doğrusu məni heç kim artıq tanımır.Bir sən mənə kömək edə bilərsən…”

Şər qarışdı, artıq gec idi.Durduq. söz verdim ki, əlimdən gələni eliyərəm, çalışacam kömək eliyim.Dayanacağa çatdıq, o isə metroynan gedəcəydi.Sağollaşmaq vaxtı gəldi, mənə qaldığı evin nömrəsin verdi.Cibimdəki 13 manatı ona uzatdım, pula baxıb qızardı.”Yooox, lazım deyil” dedi, amma mən xaiş etdikdən sonra, pulu götürdü.Çox utandı.”Çox sağ ol” deyib getdi…

Görüşdüyümüzdən 4 gün sonra onun üçün şad xəbərim var idi.İş tapmışdım onun üçün.Zəng vurdum…

-Salam, bağışlayın aytacı olar?

-Yox, o burda yaşamır…

-Necə axı o özü mənə bu nömrəni verib, 4 gün əvvəl…

-4 gün əvvəl burda idi, amma dünən onu apardılar…

-Necə hara apardılar.

-Sırağa gün anası çox pis idi, bütün günü qusurdu, axşama yaxın qan qusdu 2 dəfə.Sonrada ağzından köpük gəldi.Öldü arvad.Yazıq.Qız da qaldı tək, bədbəxt…

-Nə isə bəs aytac hardadı?

-Qızı apardılar uşaq evinə…

-Hansına?

-Bilmirəm, qızı dünən gəlib apardılar.Heç sağolaşada bilmədik…

-Bəs mən neyniyim?

-Bildiklərimi sənə danışdım, başqa heçnə bilmirəm…Sən allah bağışla nəvəm oyanıb, getməliyəm.Sağ ol…

Həyatımda ilk və deyəsən son defə hiss elədim o sözlə çatdıra bilmədiyim hiss buza döndü, dilim qurudu, gözümdən yaş axdı…Adından başqa onun haqda heçnə bilmirdim.Verdiyim bütün e’lanlarda cavabsız qaldı… Qayalara çırpınan su kimi idim, onu tapmaq cəhtlərimin heç biri alınmadı…

Çox şən və səmimi ailəni qırdı həyat.Göz qırpımında baş verdi hər şey.Atasının 2 mərtəbəli evində böyüyən aytac indi hansısa uşaq evindədi, oturub ağlayır.Həyata nifrət eliyir…Məni indi həyatda saxlayan ailəmdi, onlara kömək olmaq üçün yaşayıram.Bəs aytac.O təkdi, ailəsi gözünün qabağında məhv oldu.O neyləyəcək, hər zaman bu haqda düşünürəm, ALLAH-dan ona kömək diləyirəm.Tək ona yox , hər birimizə.Təklik ən böyük cəzadır.Bir-birimizi cəzalandırmayaq.Təklərlə dost olaq.Düzgün və əqidəli olaq.ALLAH bizimlədi…

MƏQALƏ 4

Bir kişi dəniz sahili ilə gedirdi.Birdən uzaqda balaca bir usağın sahildən nə isə götürüb dənizə atdığını gördü.Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur.Yəqin səhər güclü külək onları sahilə çıxarmısdı.Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı.Amma bütün sahil bu kiçik balıqlarla dolu idi.Kilometrlərlə sahəni kiçik balıqlar doldurmusdu.Milyonlarla balıq.Bunu görən kişi usağa dedi:

– Niye bu balıqları suya atırsan.

Uşaq cavab Verdi:

– Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək.

Kişi qışqırdı:

– Axı bu axmaqlıqdır.Bir ətrafına bax.Burda milyonlarla balıq var.Sənin əziyyətin heç nəyi dəyişməyəcək.

Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:

– Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.

Sonra balaca balığı dənizə atdı.

Biz hər gün dünyanı xilas edə bilərik.Çünki, hər gün bir insanı xilas edə bilərik.Hər bir insane özü bir dünyadır.

MƏQALƏ 5

Bir karandaş vardı.Bu igid karandaş qonşuluqdakı kağıza aşiq olmuşdu.Onu dünyalar qədər sevirdi.Kağızın ağlığı, parlaqlığı, təmizliyi onun ağlını almışdı əlindən.Sevirdi kağızı və bilirdi…Bilirdi ki, kağız onu sevmir.Başqasını sevirdi kağız.Printeri.Printeri sevirdi.Bədənini, əzələlərini, gücünü kağızı dəli edirdi.Daim özünü onun qucağına atmaq istəyirdi.Printerin eqoizmi, özündən razılığı ehtiraslandırırdı kağızı.

Karandaş isə bunu sadəcə kənardan izləməklə kifayətlənirdi.Edə biləcəyi bir şey vardımı.

Və bir gün karandaşın qorxduğu, kağızın isə böyük həyəcanla gözlədiyi hadisə baş verdi.

Printer kağızı qucağına, sonra isə altına aldı və… onu vəhşicəsinə zorladı.

Kağız elə bilirdi ki, printer ona nəvazişlə, sevgiylə, zərifliklə yanasacaq, bəlkə əvvəl bir az sohbətləşəcəklər, o, printerə naz edəcək, “o cür” kağızlardan olmadığını söyləyəcək, sonra isə printeri qucağında əriyəcək…Amma sən saydığını say…

Printer ondan sadəcə öz ehtiyacını ödəmək üçün istifadə etdi, kağızın hıcqırıq səslərinə əhəmiyyət vermədən, kobudluqla zorladı və bir kənara atdı.Kağıza marağı tamam söndü.Kağız tərpənməz halda yerində qaldı.

Karandaş bütün baş verənləri izlədi, gördü, lakin heç səsini də çıxara bilmədi.

Şokdaydı.Özünü sınmış hiss edirdi və bu agrını bütün həyatı boyu ürəyində gəzdirdi.

Sahibi hər dəfə onu əlinə alıb hər hansı bir şəkil çəkmək istəyəndə o kağız üzərində sınmış ürək şəkli çəkirdi. Sonra çəkdiyinə baxır və təccüblənirdi.Axı o, tamam başqa bir şey çəkmək niyyətiylə karandaşı əlinə almışdı. Anlamırdı sahibi karandaşının dərdini.Anlamırdı kağız üzərindəki qan ləkələrini…Görmürdü karandaşının sınmış qəlbini…

MƏQALƏ 6

2062-ci il avqustun 6-sı.Mən bugün düz 72-ci ilimə qədəm qoydum.Yenə pəncərə qarşısında oturub öz təsbehimi asta-asta çevirərək şəhərin gözəlliyinə baxıram amma çox kədərliyəm çünki bugün ölümə daha 1 addım yaxınlaşdım.Mən ölüm barədə fikirləşməyə belə qorxurdum cünki, dünyanı görmək istediyim kimi görürdüm.Amma bir tərəfdəndə çox sevinirdim ad günümü yaxın dostlarım və tanışlarımın içində keçirdiyim üçün.Artıq şər qarışırdı və bütün qonaqlar mehribancasına dağlışırdılar.Axşam saat 22:00 və nəvəm meni ona nağıl danışmağa səsləyir.Mən gedib onun otağına daxil oldum.O soruşdu:

– Baba bugün mənə hansı nağılı danışacaqsan.

– Əziz nəvəm bugün sənə qırmızı papağın nağılını daniışacam.

O dedi:

– Eee bəsdidə baba sən artıq bir həftədir ki mənə qırmızı papağın nağılını danışırsan, hər dəfədə dəyişiklik edirsən amma məna eyni olur!

Mən gülümsünüb nəvəmə bu axşam hansı nağılı danışacağımı fikirləşirdim.Birdən nəvəm dilləndi:

– Babacan niyə sizin dövürdə yaşamış ağsaqqalların dilindən bu cümlə düşmür: “H.O.S.T olmasaydı dünya dağılardı” xahiş edirəm bu haqda mənə ətraflı danış!

– Eehhh – mən dərindən nəfəs alıb danışmağa başladım:

Yadıma gəlir 2007-ci il idi.Mənim 17 yaşım var idi.Ömrün ən gözəl cağında hər şeyə marağım ölmüşdü.Hətta ən xoşladığım məsğuliyyət olan rəsm çəkməkdən də bezmişdim.Bu qəhramanlar o vaxtı “HOST Alliance” adı altında fəaliyyət göstərirdilər.Və mənim ən çox xoşladığım musiqi növü olan RAP vasitəsi ilə öz fikirlərini irəli sürürdülər.Mən ilk dəfə onların “Istəmirəm” adlı parçalarını dinlədim.Və çox təəccübləndim.Azərbaycanda bu düşüncəli gənclərin yaşadığına inanmırdım.Get-gedə HOST-u daha həvəslə dinləyirdim.Sonradan HOST-un “A” adlı kitabının çıxdığını eşitdim.Bu kitabı tezliklə əldə etdim, oxudum və onların yaşam tərzinin, idealogiyasının heyranı oldum.Mən onların ordusunun üzvü olmaq arzusunda idim.Bu arzum az sonra real oldu.Vaxt ötdükcə gənclər haqqın yolunu taparaq HOST-un ordusuna qoşulurdular.Artıq Azərbaycan gənclərinin əksəriyyəti HOST-çu idi.Qara geyimli ordumuz xeyli hücumlar etdi və çox çətinliklərlə mübarizə apararaq alkoqola, fahişəliyə, narkomanyaya, rüşvətə, haramçılığa, oğurluğa, gecələr fəaliyyət göstərən əxlaqsız klublara, ac gözlərə və zalım məmurlara son qoydu.

– Babacan bəs HOST-un ordusunu polisler niyə həbs etmirdilər.

– Orduya qarşı polislər çox müqavimət göstərirdilər.Amma ordunun bir qismi tutulurdusa 5 milyonluq ordu şəhərin caniına düşüb üsyan edirdi və hökümət məcburiyyət qarşısında qalıb HOST-çuları azadlığa buraxırdı.Əziz nəvəm yadənda saxla 5 fərqli barmaq birləşir və yumruq əmələ gəlir, o yumruqla zərbə endirərək qarşı çıxan maneələri dəf etmək olar.

– Baba bəs qumarbazlar, əxlaqsızlar, oğrular nə cür olublar.Onlar bizdən fərqli olublar.Onların xarici görkəmini görmək istərdim.

– Eehhh əziz nəvəm sən onları görməsən yaxşıdı!Onlar sadəcə olaraq yolun azmış insanlar idi.

– Bəs HOST neynədi.Onların hamsını öldürdü.

– Yox öldürmədi, sadəcə olaraq onların psixologiyasını HOST ideologiyasına uyğunlasdıraraq düz yola çəkdi.Hal-hazırda Azərbaycan əsl müsəlman ölkəsi kimi çiçəklənir.

– Babacan məndə böyüyəndə özümə ordu yaradacam.

– Hə can nəvəm bəs sən nəyə qarşı mübarizə aparacaqsan.

– Babacan insanlar ağacları kəsib onlardan vərəq düzəldib, kitab, dəftər istehsal edirlər.Mən buna qarşı mübarizə aparacamki heç kim təbiətə zərər gətirməsin.

Hmm mən gülümsünüb bir qədər fikrə getdim…Nəvəmə müraciət etmək istəyirdim amma o artıq yuxuya getmişdi…

Məqalə 7

Yazmaq istəyirəm…

O lənətə gəlmiş tıxacda bir saatımı itirdiyim haqda. Itirdiyim həmin saatın mənə vaxtıylə nəcə lazım olması haqda da.Yağan o günahsız yağışa lənət oxuyan insanların problemlərini o incə damlaların üstünə atmasından yazmaq isteyirem…

Elə həmin problemlərdən də…

Metroda gördüyüm o dilənçinin axşam başçısından bir təhər nə qədər pul gizlədəbiləcəyini fikirləşməsindən.O dilənçiyə iyirmi qəpik verən ğlanın başqalarından on qəpik artıq olduğunu göstərmək istəməsindən də…

Oturacağa əyləşən qaş-qabaqlı arvadın üzümə tərs-tərs baxaraq yer verməyimə “sağol” deməyi yaddan çıxarmasından…

Heyvan yox insan daşıdığını yadına salmaq belə istəməyən sürücülərdən.Yazmaq istəyirəm siqaret çəkməyin qadağan olduğu yerdə siqaret çəkən dardüşüncəlilərdən, bax o sürücülərdən…

Ici yüz min dərədən gələn zibillə dolan bu şəhərin üfünət qoxan iyindən…

Yolla keçən gödek ətəkcəli gözəlçənin üz-gözünü turşutduğu söz atan oğlanların diqqətini çəkmək üçün gödək geyinməsindən…

Yazmaq istəyirəm qızlardan…

Hər “sevirəm” deyənə ürəyini verən quşbeyinlilərdən.Bilərək telefon kameralarının ulduzuna çevrilənlərdən.Namaz qılan dırnaqiçi qızlardan da yazım qoy…

Vallah hicabla minyət edən qizdan yaxsıdır qaluboy!

Indi bakirələr qalir evdə, daha çox fahişələr edir toy…

Yazmaq istəyirəm elə oğlanlardan da…

Peysəri dönməyən qeyrətsizlərdən.Evdə anasını döyən, çöldə “namus, qeyrət!” deyənlərdən…

Il yarimda “diriş”, “dembel”, “ded”, belkə də şərəfsiz çavuş, amma nə badə əsgər olanlardan, Bayrağına, torpağına söyüb, Vətənə minnət yükləyən arsızlardan.Bu “kişilik məktəbi” keçənlərin çayxanadakı kişiliyindən, kişiliyi təsbəhlə, saçla, geyimlə ölçənlərdən…

Yazım gəncliyimizdən…

Dayan bir! Necə yazım olmayan şeydən!

Repə, roka, caza sitayiş edib, milli musiqini söyənlərdən.Aşığa ağzını əyən beyni əyrilərdən.Hələ hansı millətdən olduğunu bilməyənlərdən.Özüne “müsəlman”, “azərbaycanlı”, “azəri” və yüz cür ad uyduranlardan.”Türkəm!” sözündən hürkən manqurtlardan, əsilsiz, nəsilsiz, soysuzlardan!

Özünə çatla qız, oğlan, ər, arvad tapanlardan…

Rusca danışmağın səviyyə hesab edildiyi toplumumuzdan…

70 il onu eşşək kimi minən rusların anal deşiyinə girənlərdən…

Bəlkə yazım böyüklərdən, rəhbərlikdən.Xaricə satılan iqtidardan, iqtidara satılan müxalifətdən…

Xalqı satan şərəfsizlərdən… “Şərəf”in ancaq adam adı olmağından.Xalqımın yənə yatmağından, yenə geri qalmağından…

Qara dağlı Qarabağdan…Müqəddəs torpaqların satılmağından, unudulmağından…

Yazmaq istəyirəm…

Zəmanəni pozan insanlardan.Pozulan insanlıqdan…

H5N1-dən, xərçəngdən, HIV-dən.Narkomaniya, fahişəlikdən.Soyuq, isti müharibələrdən.Həmasdan, Qəzzədəkilərdən.Fələstindən, massonlardan.“Mənəmlik” davasında olan həgəmonlardan.Amerikanın qanlı demokratiyasından.Sovinist rusların imperiyasından.Orta Asiyalı tulalarından.Neçəsindən uran tapa.Iranın yekəbaşlığından.35 milyon qapazaltı soydasımdan.Qlobalist və anti-qlobalistlərdən.Neo-nasist və komunistlərdən,

Sionistlərdən.Ağzından süd iyi gələn skinhedlərdən.

Yazım bir az da virtual solçu inqilabçılardan…

Kapitalistlərin alətinə çevrilən Ce Gevaradan.O soysuz komendantenin ciliz piarindan.Kölgədə qalan əsl inqilabçılardan…

Terrorçu PKK-nın da sosialist olmağından.Dövlətin din, dinin cihad, cihadin terrorlçuğundan.Sinəsindən axan qanın laxtalandığı Iraqdan, Pakistandan.Anti-terror adıyla xarabalığa çevrilən torpaqlardan,

Yazmaq istəyirəm…

Amerikalı, avropalı, asiyalı, afrikalı, antarktidalılardan…

Qoy yazım hər şeydən, nifrət etdiyim bu planetden!

Usta da deyir yaz…

Istəyirəm…

Yazmaq istəyirəm.. qışa dönmüş bu dünyada…

Yağıs olub yağmaq istəyirəm mən də.

Yazmaq istəyirəm…

Ya da ki, yazmayacam bütün bunları…

Bu kirli həyat çəmində,

O qədər təmiz deyiləm mən də…

Məqalə 8

Biri var idi, biri yox idi.Qəfəsdə bir quş yaşayırdı.Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi.Yazıq quşcuğazın dərdi böyük idi.O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi.Hərdən başqa quşlar qəfəsin yanına qonub ona təəccüblə baxırdılar.Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi.Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur.Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir.Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir.Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox.Seçimini etmək istəyir.Elə bütün günü bu seçim qarşısında düşünür.Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.

Məqalə 9

Həyat ALLAH-ın sənə ən böyük hədiyyəsidi.Xoşbəxtlik də onun ən maraqlı hissəsi.Xoşbəxtlik hər şeyin yolunda getməsi demək deyil.Xoşbəxtlik yolunda getməyənlərdən başqa ətrafında baş verənləri də görə bilməkdir…

Xoşbəxtlik sevgilisi üçün darıxan qızın pəncərənin qabağında bütün gecəni yağışa baxaraq göz yaşı axıtması qədər təbii olmalıdı axı…

Xoşbəxtlik sevgidir bəlkə.Bəzən ən yaxın və isti bəzən ən uzaq və soyuq hiss…

Sevgi insanı həm dünyanın ən xoşbəxt insanı edir, həm də ən bədbəxt…

Ya da yaşamaq istəyini əlindən alan sevgi…

Sevgi və xoşbəxtliyin harmoniyasını axtarmaq lazım deyi.Əldə etmək üçün də hecnə

etme…O özü səni tapacaq…

Həyatı öz axarına burax.Əgər suların səviyyəsi yüksəkdirsə balıqlar qurdları yeyir…

Sularin səviyyəsi azaldıqda isə qurdlar quruda qalan balıqları yeyir…

Bugünkü gücsüzlüyünə görə ALLAH-dan ümidini üzmə çünki “suyun axışını” o müəyyən

edir.Əgər hələ də həyatında dəyişiklik etməyə qorxursansa sən dünyadakı ən gücsüz canlısan.Sənə öyrədilənləri unut.Insanlar onlara deyilənlərlə yox öz əziyyətləri ilə öyrənirlər…

Güclü ol.Sənin şuurun var.Xoşbəxtlik sənin bir addımlığındadır.Dünən atmadınsa o

addımı ümüdini üzmə.Çünki ALLAH bugünü sənə yeni bir şans olaraq verdi.Sabah.Bəlkə sabah olmadı heç…Bir də fikirləş dostum!

Qatar yollarında oturub qatarın gəlməsini gözləmisən hec…

Küçədən keçən hər hansı bir insanın arxasınca düşüb bütün gün izləmisən hec onu…

Həyatda ən nifrət elədiyin adamın üzünə qışqırıb ürəkdən bir dənə şillə vurub nifrətini bildirmisən hec ona.

Axırıncı dəfə ananın əlindən öpüb ona olan sevgini nə vaxt demisən.Axırıncı dəfə sevgilinə bir gül alıb onu sözlə başa sala bilməyəcəyin qədər çox sevdiyini nə vaxt demisən bəs hə.Bəlkə elə bugün başlayasan.Yox bugün gecdi elə indi..!

Məqalə 10

Günaha batmış şəhərin qaranlıq küçəsi ilə hər addımımı atdıqca ürəyim daha tez-tez döyünürdü.Və budur artıq çatmışdım.Köhnə binanın neçənçisə mərtəbəsi.Qapının rəngindən tanıdım mənə dedikləri bu mənzili.Qapını döydükdə açan bir gözəlçə oldu.Fiziki gözəl olsada mənəvi çirkinliklərlə dolu.Üzündəki kosmetika ilə bütün daxilini ört-bastır etməyə çalışsa da alınmamışdı.Çirkin daxili üzünə yansımış və silinməz izlər buraxmışdı.Bu binada, bəlkə də bu sahədə hamı bilirdi onun nə qədər çirkin və axmaq biri olduğunu.Amma bu çirkinlik ona tənhalıq yox məhşurluq və pul gətirmişdi.Hər halda bunların da hər ikisi çirkinlikdi.

Daxil oldum evə mən də bilə-bilə özümü xəstəliyin qolları arasına atırdım.Bəlkə də bilsəm də dərk etmirdim nə edirdim.Bir neçə dəqiqəlik həzz üçün həm pulumu, həm də canımı verməyə hazırlaşırdım.Məndən evinin bir otağında köhnə qırmızı çarpayıda gözləməyi xahiş etdi.Əyləşdim, daxilimdən gələn yorğunluğu hiss edib uzandım və gözlərimi qapadim.Öz-özümə fikirləşərək bu ağılsızlıqdan özümü haqlı çıxarmaq istəyirdim.Gah ətrafımdakıları qınayırdım, gah tənha qaldığımı bəhanə edirdim, gah əzablı həyatdan bir balaca həzz almağın haqqım olduğunu düşünürdüm, gah da bunun axmaqlıqdan daha çox adi bir hərəkətə bənzədirdim heçnəyəsə. Yarım saatlıq həzz və alçaqlıq üçün pul ödəyib çıxdım qapıdan.Hər şey normal idi QICS olduğumu bilənə kimi. Yeni karyerama başlamaq üçün qan analizindən çıxan nəticə ilə bütün həyatdan təcrid olundum.Butun həyatımı itirdim nəinki qazanacağım işimi.Yarım saat öncəki ürək döyüntülərim və hərarətim çox dəyişmişdi.Sanki həyatımın mənası birdən-birə itmişdi. Bitmisdi menim ucun sevinc, esq, gulmek, aglamaq. Hisslerimi itirmisdim. Belkede her seyimi. Butun arzularimi xeyallarimi bos ve menasiz gorurdum. Gulunc gelirdi umidler mene. Butun bunlari menden almasi ucun pul da vermişdim ona.Yavaş-yavaş başa düşürdüm mücərrəd olan mənəvi xəstəliklərim mikroskop altında görünə bilən xəstəliklərə çevrilir.Həm də heç vaxt sağalmayan bir xəstəliyə.Sümüklərim ağrıyırdı, iliklərim sızıldayırdı.Mənim axmaqlığım məni içdən içə yeyirdi.Artıq nə düşüncələrim sağlamdır, nə də vücudum.Heçkim və heçnəyin dəyəri yoxdur mənim üçün.Nə ölməz sevgilər, nə kiçiklər, nə də böyüklər vardı mənim üçün.Bir mən, bir mənasızlıq, bir tənhalıq, bir de gözümdə bom-boş gürünən dünya.Hər kəsə nifrətim vardı.Öz-özümə qarşı da.Nəfsimə uyub xəyanət ərmişdim bədənimə, fikirlərimə, bütün insanlğıa, dünyaya.Hər yerdə təmizliyi, keçmişimi, yenidən doğulmağı axtarırdım, yenidən yaşamağı.Amma yox qarışmışdı qanıma bu xəstəlik.Damarlarımda axırdı QICS virusu.Qoparardım damarlarımı, axıdardım qanımı yerlərə, qışqırardım əzablarımı, günahlarımı, tənhalığımı kimsəsiz qalmış yerlərə.Yox yox bəlkə qanımı, özümü içimdə həbs etməyim neçə nəfəri qorumaqdadır.Bu cür əzabla yaşamağa dözə bilmirdim. Özüm-özümdən qaça-qaça daha nə qədər yaşaya bilərdim.Bir ulduzlu gecədə sonuncu dəfə seyr etdim ulduzları.Bəlkə bu mənim sonuncu xoş anım idi dünyada.Bəlkə də dünyada yox bütün aləmdə.Amma bir saniyədə ulduzlar da mənasizlaşdı.Parlaq səma mənim üçün qaranlıqlaşdı.Ağırlaşdı çiyinlərim və göz qapaqlarım.Son baxış idi yüksək eyvandan yerə atılarkən.Yada ki, son baxış idi mənsiz həyatdan əzabli ölümə atılarkən.Qaranlıq və sukut.Tüstü və duman.Niyə mənim ayaqlarım məni məcburi dartıb aparır.Axı bu nə deməkdir.Bura haradır?Xoşbəxtlikdən əsər əlamət olmadığına görə bura cəhənnəm olmalıdır.Elə bunu fikirləşən kimi hər yanımı alov burudu və işgəncə çəkənlərin ağrılarının ekvivalenti olan çığır-bağır səsləri batırdı qulaqlarımı.Yarım saat içində gör nələr almışdım pulumla.Dünyamı zəhər edən QICS, mənə işgəncə verəcək cəhənnəmə bilət, arzularımı və xəyallarımı məhv edəcək dərdlər və fikirlər və daha neçə-neçə əzablar.Artıq fikirləşə bilmirəm, çünki bura fikirləşmək yeri yox əzab cəkmək yeridir.Alovların tüstüsi ilə yandı dərim, əridi ciyərlərim.Külə döndüm.Hər saniyəm əzab və ağrı idi.Hər hüceyrəm ağrıyır, sümüklərim qızarır, iliklərim qaynayırdi daxilimdə.Irin içmək, əzab çəkmək – hamısını yarım saatda qazandım.Son ümüdüm Allaha yalvarmaq idi.Yalvardım yaradana, qışqırdım Allahım mənə kömək etttt…

Dik atıldım özüm öz səsimə.Dilim tutulub, əlim-ayağım əsir, soyuq tərlər axır üzümdən və kurəyimdən.Qaranlıq əvəzinə yenə o ev, odlar əvəzinə qırmız çarpayı.Bura, bura, bura doğrudan da Cəhənnəmdi.Və mən öz ayağımla gəlmişəm bura.Bunun hamısı yuxu idi.Şükürlər olsun sənə Allahım.Bütün suallar və bütün gördüklərim beynimi alt-üst etmişdi.Indi hər şey gözümdə çox qəribədir.Qaçaraq çıxdım o evdən.Və başa düsdüm ki yarım saatlıq yuxuda QICS olmağım həyatımı belə zəhər edibsə bunun həqiqət olmağı məni dəli edərdi.Ağlıma belə gətirməyə qorxuram bunun həqiqət olmasını.

Məqalə 11

Biri var idi, biri yox idi.Balaca yumurtanin içində balaca bir cücə yaşayırdı.Yumurtanın içində cücənin hər şeyi var idi.Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq.Cücə yumurtanın içində xoşbəxt idi.O bu dünyanı sevirdi.Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib.Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi.Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darışqallaşırdı.Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir.Cücə qəribə bir tərəddüd keçirir.Içindən bir səs deyir ki, qır bu divarları!Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım.Içindəki səs yenə deyir: “Qır bu divarları!”Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın .Icindəki səs yenə deyir: “Heç nəyi düşünmə, qır divarları!”.Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır.Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır.Onu qoruyan, əzizləyən, doğma divarları sindirir.Yumurtadan çıxmış cücə elə bilir ki, artıq olub.Indi onun əzabları gələcək.Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi.Bütün bu cənnəti görəndən sonra sevinir.Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi.Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı…

Məqalə 12

Mədrəsələrin birində ağıllı Suta ilə tənbəl Balu adlı iki şagird var idi.Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi.Balu isə bütün günü yatır, dərslərini də oxumurdu.Bir gün Balu Sutaya deyir:

– Suta, iki üstəgəl bir neçə edir.

Suta cavab verir:

– Üç.

Balu gülüb deyir:

– Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən.Iki üstəgəl bir beş edir.

Suta deyir:

– Yox, üç edir.

Balu deyir:

– Beş.

– Yox, üç.

– Yox! Beş.

Nə isə, bunlarin mübahisəsi uzanır, uzanır.Axırda başlayırlar dalaşmağa.Bir-birlərini yerdə sürütləyərkən müə&#6

choSen

Şərhlər:

  1. Admin dedi ki:

    Ela Chosen Super

  2. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram!!!

  3. Avtosh_227 dedi ki:

    cox sagol.ellerin derd gormesin…

  4. merry-girl dedi ki:

    Cox sag Olun

  5. ::HappilY:: dedi ki:

    supeeeeerrrrrrrrr beyendimmm