E-mail həmişəmi vacibdir?

E-mail h601;mi351;601;mi vacibdir?

Mübahisəyə dəyməz – kompüter böyük kəşfdir. Onun “doğma balası” olan İnternet bütün dünya üzrə çox adamları əlaqələndirir. Hər yerdə- müəssisələrdə, ofislərdə kompüterlər var – onlarla çox şeyi öyrənmək və yazışmaq mümkündür.

Amma e-mail həmişəmi vacibdir?

Almaniya, Böyük Britaniya, Danimarka və İcveçdə 180 menecer arasında sorğu aparılıb. Avropalı menecerlər gün ərzində orta hesabla 2 saat e-mail vasitəsilə yazışma ilə məşğul olurlar. Onların etirafına görə, göndərilən və alınan məlumatların 32%-i az əhəmiyyətə malikdir. Bu sadəcə, vaxt itirməkdir ki, bu da təəssüfləndirici haldır.

Bu, sel axınını xatırladır: hər bir elektron ünsiyyət 4-6 yeni ünsiyyət törədir. İnternet vasitəsilə qərarın qəbul olunması xeyli vaxt aparır. Və bu zaman qədim, əvəzolunmaz bir dost – telefon köməyə gəlir.

Kompüter arxasında çox oturmaq insan sağlamlığı üçün də ziyandır. Belə ki, bu vaxt ilk olaraq gözlərdə problem yaranır. Əqli yorğunluq isə gün ərzində insanın əmək fəaliyyətini aşağı salır.

Bes siz bu barede ne dushunursuz???

Melekcik

Şərhlər:

  1. K_R_A_L dedi ki:

    Maraqlidi saqol dostik

  2. acqurd dedi ki:

    email mence vacibdi

  3. Badi_Seba dedi ki:

    Kompьter arxasında зox oturmaq insan sağlamlığı ьзьn də ziyandır. Belə ki, bu vaxt ilk olaraq gцzlərdə problem yaranır. Əqli yorğunluq isə gьn ərzində insanın əmək fəaliyyətini aşağı salır.

    bax bu duz fikirdi bununla raziyam…. ok

  4. G_E_C_E dedi ki:

    he he vacibdir….

  5. Melekcik dedi ki:

    Cox sag olun werhelrinize gore

  6. Single Girl dedi ki:

    mence he:)

  7. Avtosh_227 dedi ki:

    cox sagol.twk…