Ailədə qadın və kişinin vəzifələri

Ail601;d601; qad305;n v601; ki351;inin v601;zif601;l601;ri

Qurani Kərimin Rum surəsinin 21-ci ayəsində buyurulur: “…Onun (qüdrət) nişanələrindən (biri də), ünsiyyət qatmağınız üçün sizə zövcələr yaratmasıdır. Onlarla sizin aranızda dostluq (məhəbbət) və mərhəmət yaratdı. Həqiqətən bunda, anlayıb-düşünən qövm üçün böyük ibrətlər vardır.” İslam dinində ailə qurmağı (istər qızlara, istərsə də oğlanlara) çox təkidlə tapşırmışlar. Dinə görə mədəni, mənəvi insanlardan (kişi və qadın) təşkil olunmuş ailə nümunəvi və dəyərli olmalıdır. Ailə dedikdə onun üstünlüyündən xəbər verən bir amilə, ictimai və ya idarə xarakterini daşıyan keyfiyyətə malik olduğunu dərk edirik. Yəni ailə ictimai bir xasiyyətdir ki, qohumluq bünövrəsi bundan vücuda gəlir. İmam Məhəmməd Baqir (ə) Rəsuli-Əkrəmdən (s) nəql edib buyurur: “Möminin evlənməsinə nə mane ola bilər, bir halda ki, Allah yer üzündə “La ilahə illəllah” kəlməsi deyəcək övlad əta edər.” Fərz edək ki, ailə bir idarədir. Burada insanlar fərqli olaraq iştirak edirlər. Öz öhdələrinə götürdükləri vəzifələr müştərək və müxtəlifdir. Bu idarənin işçilərinin bir-birilərinə nisbətən hüquq və vəzifələri, məqsədləri vardır.Bəzən ailələr arasında olan münaqişələr, problemlər onları ruhdan salaraq mənəvi şəraitin soyumasına səbəb olur. Nəticədə övladlarının pis mühitdə böyüməsinə, ürək sıxıntısına, ruhi xəstəliklərin meydana gəlməsinə şərait yaradır. Bunun üçün də qadın və kişi öz hüquq və vəzifələrini bilməlidir ki, bu kimi hadisələr yaranmasın. Islamın ailə hüququna diqqət yetirsək və əməl etsək, səadətə nail olanlardan olarıq. Bu hüquqlardan bəzilərini qeyd etmək yerinə düşər.

1. Ailə quran gənc bilməlidir ki, səbri və gözəl əxlaqı olmaqla yanaşı, ailəsinin yemək və geyimini də təmin edəcək gəliri olmalıdır. Hədislərdə buyurulur ki, qadının kişi üzərində haqqlarından biri də budur ki, onu ac qoymaya, geyimini təmin edə və ona qarşı pis rəftar etməyə.

2. Onlar arasında olan əlaqə, məhəbbət və rəhmət əlaqəsi olmalıdır, yəni kişi öz xanımına məhəbbət göstərməli, rəhm etməlidir və həmçinin xanımı da eynilə. Lakin bəzən qadın hər çətinliyə dözür, səbr edir. Bu belə deyil ki, bu qadının vəzifəsidir. Bu qadının ailəsinə olan atifə və məhəbbətindən irəli gəlir.

3. Dinə görə qadın kişinin xanımıdır, xidmətçisi deyil. Ev işlərini görmək, xörək bişirmək qadına vacib əməllərdən deyil. Bunu dedikdə bəzi insanlar belə düşünürlər ki, “Bəs onda arvad nəyə lazımdır, niyə evlənirəm?.” Bilməliyik ki, əgər xanım öz ev işlərini yerinə yetirirsə, Allah-Təala bunun müqabilində səvab yazır, yəni bu əməllər ona vacib olmadığına görə mükafatlanır.

4. Evdə böyüklük kişi ilə bağlıdır. Kişinin qadın üzərində böyüklük haqqı vardır. Yəni idarəçilik işləri, maddi və mənəvi işlər kişinin öhdəsindədir. Qadın bu kimi ağır işləri yerinə yetirməyə layiq deyil. Bu da qadınların incə və özlərinə məxsus atifələrindən irəli gəlir. İmam Sadiq (ə) buyurur: “Qadın elə bir kişi ilə izdivac etmək istəyir ki, sədaqətli və ailəsini dolandırmağa qadir olsun.”

5. Ailədə hörmət ən mühüm amildir. Hörmət olmadıqda tərəflər arasında məhəbbət kin və nifrətə səbəb olacaqdır. Hörmət etmək onların arasında qarşılıqlı olmalıdır. Iki tərəfin də haqqı yoxdur ki, şəxsiyyətlərini alçalda və xar edə.

6. Qadın kişidən icazəsiz evdən bayıra çıxa bilməz. Bu kişinin hüququdur. Qeyd etmək lazımdır ki, bu hüquqdan tam istifadə edən ailələr arasında söz-söhbətlər daha çox müşahidə edilir. Kişi gərək güzəştə gedə, “sən getməsən, sənin üçün də getməzlər.” Yəni kişi icazə verməlidir ki, xanımı evdən bayıra çıxsın, ya da özü aparsın.

Hz. Peyğəmbər (s) buyurur: “Xanımını dili ilə incidib, onu razı salmayan şəxsin, Allah-Təala heç bir xeyir işini qəbul etməz. Gündüzlər oruc tutub, gecələr ibadət etsə də, Allah yolunda cihad etsə də, qul azad etsə də cəhənnəmə daxil olan şəxs olar.” Əlbəttə, qadın da həmçinin kişiyə qarşı təvazökar və itaətkar olmalıdır

HosT (aLLiAnCe)

Şərhlər:

  1. K_R_A_L dedi ki:

    Ailede Kiwinin sozu kecmelidirdee happy

  2. HosT (aLLiAnCe) dedi ki:

    reyleriniz u4un twk

  3. Single Girl dedi ki:

    bunlari bilmirdim maraqli idi twk:)

  4. Melekcik dedi ki:

    Cox sag ol.hereinin ozune gore xasiyyeti var

  5. Badi_Seba dedi ki:

    Sitat: G_E_C_E
    maraqlidi ataw saol….day dayin qarni ele bil ki profilde beton qariwdiran mawindi eeee))))))))))
    arvadda mawallah uwagi bir 14 15 ay qarninda saxlamagi fikirlewir ee))))))

    xaxa xaxa xaxa

  6. G_E_C_E dedi ki:

    maraqlidi ataw saol….day dayin qarni ele bil ki profilde beton qariwdiran mawindi eeee))))))))))
    arvadda mawallah uwagi bir 14 15 ay qarninda saxlamagi fikirlewir ee))))))

    happy
  7. HosT (aLLiAnCe) dedi ki:

    reylerinize gore twk haminiz ucun darixmisam

  8. L_U_N_A_T_I_K dedi ki:

    Mence qarshiliqli munasibet olmalidir ailede o olannan sonra her shey oz axariyla geder

  9. Angelocka dedi ki:

    Sitat: badi_Seba
    Angelocka,
    azzz qarninda qamburgerde varmiwki?…..


    Kizz sabahin xeyir indi gorursen bacii?? geberdimmmmmmmm happy baliq toyuq ne geldi eline ne kecdi tixiwdirib gormemiw..oldummm happy

  10. Badi_Seba dedi ki:

    Angelocka,
    azzz qarninda qamburgerde varmiwki?….. happy happy

  11. Angelocka dedi ki:

    Sitat: badi_Seba
    Angelocka,
    azzz ne itirsen onun qarninda taparsan…


    Oldummmmmmmmmmmm happy happy happy happy happy happy

  12. Badi_Seba dedi ki:

    Angelocka,
    azzz ne itirsen onun qarninda taparsan… happy

  13. Angelocka dedi ki:

    HosT (aLLiAnCe),
    Cox sagol dostum..Yeniden aramiza qatildigin ucun cox sevindik..Xebere geldikde ise super cox sagol ellerin derd gormesin angel

    badi_Seba,
    Kizzz awkim bu qarnina wiw batmamiw kiwi ne cox wey yeyib ele bil dunyanin axiridi..geberdimmm xaxa xaxa bu gunun sabahida var daa bir nefes al dincel..Qorxma hamisi senindi.. laugh1

  14. Badi_Seba dedi ki:

    HosT (aLLiAnCe),
    xebere gore cooox sagol..geri geldiyine sevindik…)))

  15. K_R_A_L dedi ki:

    HosT (aLLiAnCe),
    Duzdu qaqam,seninle raziyam,ele kiwilere kiwi demek biraz ayibdiyee

  16. HosT (aLLiAnCe) dedi ki:

    kiwinin sozu baxir harda kecmelidi bezi kiwiler var evde kiwilik eleyir cole cixanda ozun qiz kimi aparir