Dinlədiyim mahnılarda səsini, döyünən ürəyimdə ürəyini

Dinlədiyim mahnılarda səsini, döyünən ürəyimdə ürəyini

Bu axşam yenə səni düşündüm.
Dinlədiyim mahnılarda səsini, döyünən ürəyimdə ürəyini, baxan gözlərində varlığımı hiss etdim. Titrədi qəlbim ağlamaq istədim, dəlicəsinə ağlamaq, dayanmadan ağlamaq istədim. Bir anlıq son görüşümüz gözlərimdə canlandı titrək əllərin, üzündəki kədər, solğun baxışlar, olmamış yaşanmamış bir hiss kimi məhv olan mən və sən. Dəhşətli səhnədir, bunu bilirsən? Sanki, sənsiz olan günlərdə vaxt da dayanır, sanki bu hissin bir uçurum qarşısında olduğunu o, anlayırdı. Getdiyin gün… Bilsən nə hisslər keçirdiyimi? Əlimi uzadaraq, günlərlə səni çağırdığımı, saatlarla gizlin-gizlin ağladığımı. Bir bilsən, bir hiss etsən. Bəlkə də yenidən mənə dönərsən. Ancaq gecdir. Dönməyin çooox gec. Etdiyin bu səhvlə məni və özünü məhv etdin. Bilirsən bunu sən? Hardan biləsən? Hardan düşünəsən?
Düşünsən bu səhvə yol verməzdin!
 Məni də bu zülmə məhkum etməzdin. Unutmağa çalışırsan məni, əbədiyyən unutmağa daha bilmirsən ki, unudulanlar unudanları əsla unutmazlar. Sən də unuda bilməyəcəksən. Didəcək səni mənsiz keçən günlər. Hər açılan səhərdə, hər düşən gecədə axtaracaqsan məni.
Dar gələcək sənə yaşadığın mühit. Getdiyim yolları gizlincə izləyəcəksən. Mənsiz kəçən hər bir günə, mənim tək gizlin-gizlin sən də göz yaşı tökəcəksən.
Məni itirdiyini anladığında, özün-özünə ölüm diləyəcəksən. Ancaq, olmayacağam o zaman yanında, silməyəcəyəm göz yaşlarını, hiss etməyəcəksən sənə toxunduğumu. Bilirsən, yaşamağa çalışdığım və varlığına inanmaq istədiyim sevgini bütünlükdə yoxa çıxartdığını, artıq günəşin çıxmasını gözləmirəm, ayın qarşısında işıq salmasını izləmirəm.
Çünki sənsiz yaşadığımı hiss etmirəm. Heç olmasa bunları düş başa!
Mən də anlatmağa çalışaram qəlbimə, deyərəm Bağışla ürəyim, məni bağışla hesab et bu sevgim dəyib dəmir kimi bərk olan bir daşa…

Badi_Seba

Şərhlər:

  1. Angelocka dedi ki:

    Зьnki sənsiz yaşadığımı hiss etmirəm. Heз olmasa bunları dьş başa!
    Mən də anlatmağa зalışaram qəlbimə, deyərəm Bağışla ьrəyim, məni bağışla hesab et bu sevgim dəyib dəmir kimi bərk olan bir daşa…

    badi_Seba

    Kizzzz bu ne gecenin bir alemi..Vallahi gebertdin beni cray Cox sagol omrum ellerin derd gormesin

    cry cry cry cry
  2. Single Girl dedi ki:

    badi_Seba,

    az el qatmiyim neyniyim?:((ayaq qatim?:))

  3. Badi_Seba dedi ki:

    NoNaMe_,
    cry cry cry

    Single Girl,
    kiiiiiiiiiizzzz Angel demiwgen ne el qatmisan ozune… happy

  4. NoNaMe_ dedi ki:

    ayrilig olub heytimda amma yaddan cixartmaga caliwiram ne gederde olmasa insan kederlenir ayrildigina gore cry

  5. Single Girl dedi ki:

    caan balaw cox saqol superdi:( agla

  6. Badi_Seba dedi ki:

    HosT (aLLiAnCe),
    sende sagol dostik…. cry

  7. HosT (aLLiAnCe) dedi ki:

    Bilirsən bunu sən? Hardan biləsən? Hardan dьşьnəsən?
    twk dostik kovreltdin meni ellerin der gormesin

  8. Badi_Seba dedi ki:

    Angelocka,
    ))))))

  9. Angelocka dedi ki:

    Sitat: badi_Seba
    Angelocka,
    kiiiizzzzzzzz ele ozumde gebermiwem bayaqdan….


    Ama bu defe gulmekden geberdim men happy happy azz geberirsen day niye qoyursan bele xeber oldummmmmmmmm happy happy hem ozunu hemde bizi geberdirisen happy happy happy

  10. Badi_Seba dedi ki:

    Angelocka,
    kiiiizzzzzzzz ele ozumde gebermiwem bayaqdan…. cry cry cry

  11. Admin dedi ki:

    CAAAAAAAAAAAAN cox sag ol dostik ox beyendim…HEyatim boyu bu weylermene aci verib verecekde ..HEyat duzelen wey deyil……

    Canidman cox sevdiklerim ya insani tke qoyur ya veycine almir …..