Sabir – Fəhlə

Sabir - Fəhlə
Fəhlə özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Hər məclisi- alidə soxulma tez arayə,
Sən dur ayaq üstə,demə bir söz ümarəyə,
Caiz deyil insanca danışmaq füqarəyə?!
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Fərq ilə ğinə əhlinə kim verdi müsavat?
Mənada də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsənə isbat,
Bu mümtənəi qabili – imkanmı sanırsan?1
Axmaq kişi insanlığı asanmı sanırsan?!

PunishMent

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    Sabir…En coox sevdiyim wair…satira ustasi…super bu weirinide cox beyenirem,,,satiradi bawdan ayaga,,,

  2. PunishMent dedi ki:

    Sabir menim de en cox sevdiyim 3 Azerbaycan sairinden biridi..

  3. Admin dedi ki:

    COOOOOOOOOOOOOOX sag ol qaqawim cox beyendim bu cumleleri heqiqi duwundurucu sozlerdir ve satiradir

  4. Badi_Seba dedi ki:

    Isteyirem mende birini deyim…

    Ata
    Kucede tullan ey ogul senetin olmur olmasin
    Senete detse mektebe regbetin olmur olmasin
    Ogul
    Kesbine getmeye ata fursetin olmur olmasin
    Gunde bir arvad al bowa qeyretin olmur olmasin…

    happy happy happy
  5. star dedi ki:

    Sitat: badi_Seba
    Kesbine getmeye ata fursetin olmur olmasin
    Gunde bir arvad al bowa qeyretin olmur olmasin…

    hiiiiiiiiiiiiiiiiiiiiiiii,girildimmmmmmmmmmm)))))))))))))))

    coxsagol.ellerine saglig,ela xeberdi.

  6. Assai dedi ki:

    SAol Punish…Ela xeberdi…

  7. Crazy dedi ki:

    Cxo sag ol Cox gozel satiradir