QaRAqaNdan bir hekayə

QaRAqaNdan bir hekayə

Damdan asagi.

O , uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dunən avtomobil qəzasında olmuşdu. Əli 10 ilin idmancısı , yeni yaranmış rock qrupun başcısı idi. Bir necə universiteti bitirmiş və oz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli oləcək, Aysel gulumsəyib deyərdi “ Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – olum ozu ondan qorxur”.

Lakin Əli olmuşdu. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını cıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının ustunə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman cıxdıqları damdan. Əli ilə bu dama tez-tez cıxardılar. Birlikdə şəhərin gozəl mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi.

cantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar noqtə kimi gorunurdu. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gordu.

Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi koynəkli bir qız. O ağlayırdı. Deyəsən o da ozunu atmaq istəyirdi. Qız Ayseli gorub bir addım da kənara yaxınlaşdı. Aysel də ozunu atmaq istəyirdi. Amma bu qız.. Bu qız.. Onun burda olması yersiz idi..Əgər polis gəlib desəydi ki, “ozunu atma” Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi, fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel ozunu oldurəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə bil ki, heç gormurdu. Başı ozunu atmağa qarışmışdı. Aysel gucunu toplayıb tullanmağa hazırlaşdı. Amma yox..Alınmır..Heç curə fikrini toplaya bilmirdi. O qız ..O qız..!!

Novbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı:

– Axı niyə ? Ay Allah niyə ? Rahat olmək də olmaz?! Burada da insanlar mənə mane olur ?!!!

Aysel diksinib geri cəkildi. Gorəsən o qız niyə ozunu oldurmək istəyir? Niyə ? Bu Ayseli maraqlandıran sonuncu şey idi. Ona gorə soruşdu:

– Sən niyə ozunu oldurmək istəyirsən ?

Qız Ayselə tərs-tərs baxıb dedi :

– Sənə qalmayıb. Sən kimsən ki, mənə sual verirsən. ozu də mənə mane olursan. Sən burada olanda ozumu ata bilmirəm. Mənim sevgilim dunən avtomobil qəzasında olub. Mən də onun yanına gedirəm.

Aysel caşdı. Bu xəbər onu doğrudan da təəccubləndirdi. Ola bilməzdi! Belə təsaduf ola bilməz. Aysel dedi :

– Mənim də sevgilim dunən avtomobil qəzasında olüb.

Qız ona diqqətlə baxıb ağzı acılı qaldı:

– Ola bilməz. Dunən avtomobil qəzasında bir nəfər olub o da mənim Əlim.

Aysel bir addım geri cəkildi. Butun bədəni əsməyə başladı.

– Necə yəni ? Sən niyə bu dama cıxmısan? Niyə məhz bu dama?

Qız əlini uzunə tutub ağlamağa başladı.

– Biz Əli ilə həmişə bu dama cıxardıq. O mənə yenicə yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın – bu sozləri deyib qız bir addım da kənara yaxınlaşdı.

Onda Aysel qızın əlindən tutub onu geri cəkdi:

– Dayan bir dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan?

Qız dizləri ustə yıxıldı, saçları uzunə tokuldu. Sakitcə dedi:

– Mən Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rock qrupu var idi “ Fırtına“ . Mənə də mahnı yazmışdı, “Leyla”…mənim adım Leyladır. O həmişə mənə bu mahnını oxuyardı.

Ayselin gozləri doldu:

– Ola bilməz! Əli mənim sevgilimdir. Onun Fırtına qrupu var. Amma Leyla mahnısını hec kimə yazmayıb.

Leyla dedi:

– Bağışla, bilirəm sən kimsən, amma gorurəm ki, sənin ozunu oldurməyə səbəbin daha coxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir. Bu uzuyu də o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq.

Aysel dozməyib ağlamağa başlayır. Hadisələrin bu qədər qarışıq bir vəziyyətə gəlməsini o təsəvvur edə bilməzdi.

– Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən ozum onu yola salmışdım.

Leyla kinayə ilə gulumsədi :

– Biz İstanbulda nişanlanmışıq. Amma gorurəm ki, o Bakıda da boş durmayıb. Mənim sevglimi əlimdən almaq istəyirdin? Bilə bilə ki, onun nişanlısı var yenə də onunla gəzirdin ?

Aysel dedi :

– Əli, mənim sevgilim idi. Amma hər şey cox qarışdı. Nə isə bir səhv baş verib. Necə il onu tanıyırsan ?

Leyla:

– uç il tamam olacaq. Biz həftənin cut gunləri bu dama cıxardıq. Tək gunləri işə gedəri.

Aysel :

– Mən də onunla bir ildir tanışam. Onunla tək gunlər goruşurdum. Cut gunlər guya işi var idi. Amma əslində səninlə goruşurdu! O bizim ikimizi də aldadırdı.

Leyla :

– Əclaf !!! Kecən həftə demişdi ki, yeni mahnı yazmaq istəyir adı “Aysel” . Sənin adın nədi ?

Aysel başı ilə təsdiqlədi. Leyla dedi :

– Deməli ikimizlə də oynayırdı. Əclaf! Mən də ona gorə ozumu atmaq istəyirdim. Alcaq!! Yalancı ! Fırıldaq! Deyirdi ki, evlənəcəyik .ozu də sənin kimi qızlarla fırlanırdı.

Leyla damın ortasında oturub dizlərini qucaqlayıb ağlamağa başladı:

– Hhh..hhh … Həmişə belə olur. Gozəl oğlanlar sadəlov qızları aldadır. Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan odur. Elə bilirdim ki, sevir məni. Amma əslində yalancının biri idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı oldu sənə..Məni oyuncaq kimi oynadırdın.

Aysel də hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu. Aysel goz yaşlarını silib ayağa qalxdı. Sonra Leylaya baxıb dedi:

– Axmaqlıq eləmə ! ozunu atma ! O buna layiq deyil !

Sonra çantasını urub yavaş –yavaş pilləkənləri enməyə başladı. Addım səsləri getdikcə uzaqlaşıb blokun sukuta qarışdı. Bir az da gozləyəndən sonra Leyla gozlərini silib gulməyə başladı. Bu an telefonuna zəng gəldi.

– Alo
– Alo Nərgiz , haradasan, qızım ?
– Damdayam, ata . Binamızın damında.

– Nə edirsən orada ? Duş gəl evə .

– Heç , quşlara baxırdım. İndi gəlirəm.

Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu mərtəbsində qalırdı. Hər dəfə damlarına kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan iki gəncin söhbətini dinləyirdi. Onlar Nərgizi tanımasalar da Nərgiz onlara çox bağlanmışdı. Dunən televizorda Əlinin olduyunu eşidəndə bildi ki, Aysel yenə bu dama qalxacaq. Qalxacaq ki, ozunu atsın. Ona gorə Nərgiz belə bir nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında oxuduğu mahnılar da, Ayselə dediyi sözlər də, danışdığı əhvalatlar da çox maraqlı idi. Amma Ayselin yaşaya bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli guclə də damdan qırağa çəkmək olardı. Amma o bu yenidən dənəyərdi. Alınana qədər. Bu nağıldan sonra isə o bir də ozunu oldurmək istəməz. O daha Əliyə gorə ağlamayacaq. Onun yanına getmək istəməyəcək. Həyatını yenidən başlayıb Əlini kiçik bir səhv kimi unudacaq. Bəlkə belə daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək daha yaxşıdır ?

Bilmirəm. Bircə onu bilirəm ki, bəzən tanımadığımız insanlar bizə bizdən də yaxın olur. . . QArAqAN

nilgun

Şərhlər:

  1. Single Girl dedi ki:

    nilgun,

    bes leyla ?

  2. ZoRRo_BaKu dedi ki:

    SaGoL twk
    SaGoL twk
    SaGoL twk

  3. HOSTED_Ali dedi ki:

    adasimin yaxsi oqlan idi sob

  4. Nurik79 dedi ki:

    Sitat: nilgun
    Nurik79,
    twk edirem :)) ebi yox qadasi :)) oyrenirsin inwallah uzulmeee derisive


    angel angel

  5. nilgun dedi ki:

    Nurik79,
    twk edirem :)) ebi yox qadasi :)) oyrenirsin inwallah uzulmeee derisive

  6. L_U_N_A_T_I_K dedi ki:

    star,
    sen mennen el cekmiyeceysen ? bu xeberdede geldin cixdin ? menim daha sene sozum yoxdu !!!

  7. Nurik79 dedi ki:
    Ilk xeberinizle tebrikler… applause
    men H.O.S.T-u 4ooox sevirem,ama heyif ki,oz dilimizde ele de yaxwi daniwmiram….. cry dash dash dash dash yene de twk)))
    oyna
  8. Single Girl dedi ki:

    nilgun,

    heeeeeeee bele deee mende indi bawa duwdum:)))))))))

  9. nilgun dedi ki:

    Single Girl,
    leyla heckimdi 🙂 sadece Eli Leyla adinda mahni yazmiwti. Ayselin inanmasina gore nergiz oz adini Leyla kimi teqdim etdiki Aysel inansin. :)) bayaca

  10. PunishMent dedi ki:

    Oxumuşdum. Зox sağol. Maraqlırdır !

  11. NoNaMe_ dedi ki:

    tewekkur amma hOst-cu deilem

  12. nilgun dedi ki:

    Single Girl,yooox qadasi Eli tekce Ayseli sevirdi. Aysel ozunu oldurmek isteyirdi die nergiz bele bi yalan dedi ve Ayseli olumden kurtardi 🙂

  13. Single Girl dedi ki:

    superr…Nifret etdim o eliye…bir elde iki qarpiz tutmaq buna deyirlerde…Eclaf!!!!!!!!

  14. HosT (aLLiAnCe) dedi ki:

    worda zaps eledim sora oxuyaram indi vaxtim yoxdu yenede twk applause

  15. memi_ dedi ki:

    TEBRIKLER COX GOZEL ALINIB

  16. star dedi ki:

    aydaaaaaaaaa,a bu nedi????????????men woka duwdum lap.duzdur nergiz bir heyat qurtardi.ancaq eyni zamanda olenin de gunahini aldi,ne bilim,her iki teref haklidir,mence,oz ozluyunde.

    L_U_N_A_T_I_K,

    eynile bayag sizin soylediyiniz yaxshilig meselesine geldik cixdig yene,baxin burda da nergiz o qizin heyatini qurtarmagcun,ona yalan soyledi,bir heyat verdi,bu nergiz terefden edilen yaxshilig idi,ancaq aysel bir zaman bu meselenin gercey uzunu gordukde belke de nergize nifret edecey,ancaq halbuki nergizin qaldirdigi bu yuk,bu sirr bu fedakarliq,ayselinkinnen qat qat agirdir.teki butun yaxshiliglar bu hekayedeki kimi mugeddes olsun.AMIN.

  17. L_U_N_A_T_I_K dedi ki:

    oyda ne maraqli temadi 🙂 yeri vare halaldi Nergize xebere gore cox sagol

  18. weytAnO4kA dedi ki:

    Bəzən tanımadığımız insanlar bizə bizdən də yaxın olur cry

  19. Avtosh_227 dedi ki:

    nilgun,deymez…

  20. Admin dedi ki:

    Ilk xeberinizle tebrikler…

    tewekkur edirem xanim beyendim..

  21. nilgun dedi ki:

    Avtosh_227,
    bi daha twk edirem . cok sagol rah

  22. Avtosh_227 dedi ki:

    evvala sizi bir daha saytimizda salamlayiram.xow gelmisiniz…qaldi ki,xebere cox sagolun.maraqli xeber idi.beyendim.sukani bele saxliyin… angel