Nəsimi – Siğmazam

İmadəddin Nəsimi – Sığmazam
N601;simi - Si287;mazam
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyanə sığmazam.
Kövni-məkandır ayətim, zatidürür bidayətim,
Sən bu nişanla bil məni, bilki nişanə sığmazam.
Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
Surətə baxü mənini surət içində tanı kim,
Cism ilə can mənəm vəli, cism ilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəım, həşrü sirat əsinciyəm,
Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm mən uş.
Gövhəri-kan mənəm mən uş, bəhrəvü kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Tur ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə hər zaman mənəm.
Gör bu lətifeyi ki, mən dəhrü zəmanə sığmazam.
Əncüm ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivü əbsəm ol, mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm.
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, gülşəkərəm nəbat ilə,
Qədr iləyəm bərat ilə, bəstə dəhanə sığmazam.
Narə yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Tir mənəm, kəman mənəm, pir mənəm, cavan mənəm,
Dövləti-cavidan mənəm, ayinədanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şanə sığmazam.

PunishMent

Şərhlər:

  1. Angelocka dedi ki:

    PunishMent
    Cox sagol dostum minnetdaram..Nesimi en cox sevdiyim wairlerden biridir..Cox xowuma gelir..Mende isterdim Mulki Cahan qezelinden bir beyt yazim.. utan

    Men mulki cahan cahan menem men
    Men haqq mekan mekan menem men
    Men erwile ferwu kafununem men heqqe beyan beyan menem men-Deyesen axirda cawdim)))) sehv yazdim bagiwlayin mosking

  2. Badi_Seba dedi ki:

    tewekkurler…

  3. star dedi ki:

    lap mekteb illerim yadima duwdu.cox sagol,elaaaaaa.

  4. kotenka dedi ki:

    Mekteb vaxtinda cox sevdiyim weirlerden biri idi.Indinin ozunde de.Fuzulinin qezellerinden de olsa yaxwi olar..twk+

  5. Crazy dedi ki:

    Cox sag olun Nesimi menimde en cox sevdiyim sairlerden biridi.NEsiminin bu qezelinden cox xosum gelir Eziyete gore cox sag olun