EŞQE MEKTUB


alt
Gələcək Sevgiyə məktub!

Nə vaxt özümü pis hiss etsəm, sənin gələcəyini düşünər və xoşbəxt olaram. Bəzən qərarsız qalıram, həqiqətən gələcəksənmi, yoxsa mən özümümü aldadıram?


Dünən axşam yuxumda səni gördüm. Qaranlıq bir meşədə tək başıma gedirdim. Hər tərəfi səssizlik bürümüşdü. Birdən, qaranlığın ortasında parlaq bir işıq meydana çıxdı. Elə güclü və göz oxşayan idi ki, baxa bilmirdim. İçim ürpərdi. Sonra, daha əvvəl heç eşitmədiyim bir musiqi başladı. Sanki bir filmin ortasındaydım. İşıq huzmesinin içindən ağ bir mələk mənə doğru süzüldü. Kim olduğunu soruşdum. “Eşq”dedi. Oyandım, ağlamaq istədim. Elə cadulu və gözəl bir şeyi buraxıb, özümü yataq otağında tək başıma tapınca, ürəyimdəki o böyük qaranlıq və sisli meşəsi fərq etdim.
Eşq, mütləq yuxumda gördüyüm qədər gözəl olmalısan. Bu qədər insanı götürüb aparan sən, mütləq elə cadulu və dinclik verici olmalısan. Heç oyanılmaq istənməyən yuxular kimi sehrli, sonu olmayan bir dənizin ortasında tək başına üzmək kimi kefli olmalısan.
Sən gözləyirəm ya, kimiləri gülür mənə. Lağ edirlər arxamdan bilirəm. Sənə inanmamın, səni gözləməmin axmaqlığını danışırlar aralarında,eşidirəm. Vecimə deyil ki! Gələcəksən, hiss edirəm. Amma onlara kədərlənirəm, sənin kefini bilmədikləri üçün. Niyə inanmır bəziləri? Çoxmu yoruldular gözləməkdən? Daha əvvəl getdiyində çoxmu acı çəkdilər? Heç uğramadıqlarınmı var aralarında?

İnanmaq! Bütün məsələ inanmaq deyilmi? Bacaracağını bilən birinin, mütləq qazanması kimi bir sistemə bağlı deyilmi hər şey? Gələcəyinə ürəkdən inansam, gəlirsən deyilmi? Gəlməzsənsə, canın sağ olsun deyə bilməm. Belə fövqəladə bir duyğunu yaşamazsam, həqiqətən yaşamış saymam özümü. Səhvi harada etdiyimi düşünərəm, niyə mənə uğramadan keçib getdiyini yanımdan? Özümlə hesablaşaram.
Sanaram, əsl sirr gəlişində deyil. Kim bilər neçə adamın qapısını döymüsən amma fərq etməmişlər. Bəlkə də gələnin sən olduğunu, gerçək eşq olduğunu anlamamışlar. Gəlməyin əhəmiyyətli deyil. Səni həyatımda nə qədər uzun müddət və xoşbəxtliklə tuta biləcəyəm narahatlığı var içimdə. Bəzən düşünürəm, ya gəlməzsənsə və ya gəldiyini anlaya bilməzsəm? Bir külək toxunmuş yanağıma kimi, yüngül bir ürpertidən başqa bir şey hiss edə bilmədən qaçırsam əllərimdən səni? Ən əhəmiyyətli qisimi bu olmalı! Gəldiyincə yaxşıca sarsıt məni, gözlərəmin bağlı qalmasına icazə vermə. Səni doya doya yaşamam üçün yol göstər. Gün gəlib inanmayanlardan biri olsam; səni, öz səhvlərim üzündən qaçırdığımı özümə belə etiraf edə bilməzsəm,məhv olaram..!

Badi_Seba

Şərhlər:

  1. Avtosh_227 dedi ki:

    ellerin derd gormesin dostik.cox sagol…ama senin bu aglamaginin sonu ne olacaq cox maraqlidir mene.inwallah allah sonunu xeyir eder…

  2. Badi_Seba dedi ki:

    Sitat: Avtosh_227
    ama senin bu aglamaginin sonu ne olacaq cox maraqlidir mene.


    HER ZAMANKI HALIM..BOWVER

  3. ASHKSIZ_PRENS dedi ki:

    Bəsdi bu qədər ьrək qalmadı daha məndə

  4. Badi_Seba dedi ki:

    ASHKSIZ_PRENS,

    OK..BESDI…HAMI BEZIBEE UJE MENDEN..)))
  5. Night---Wolf dedi ki:

    Maraqli sozleri var…sagol…….

  6. Badi_Seba dedi ki:

    Night—Wolf,
    SENDE SAGOL..))))

  7. ADMIRAL-711 dedi ki:

    applause heqiqi maraqli idi.cox sag ol

  8. Badi_Seba dedi ki:

    ADMIRAL-711,
    deymez