BU GÜN AZƏRBAYCAN DÖVLƏT BAYRAĞININ YARANMASININ İLDÖNÜMÜDÜR

BU G220;N AZ399;RBAYCAN D214;VL399;T BAYRA286;ININ YARANMASININ 304;LD214;N220;M220;D220;R
Bayrağımız 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib


Bu gün Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 91-ci ildönümüdür. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə bayraqdan imtina edilib. Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxıb və bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Black_Boy

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    ISI COOOOOOOOOOOX SAGOL…

  2. deniz15 dedi ki:

    COOOOXXX SAQOLL

  3. aznetin_gozeli dedi ki:

    cox sagol hem tebrik hem xebere gore

  4. Black_Boy dedi ki:

    her birinize cox sag olun ki varsiniz

  5. L_U_N_A_T_I_K dedi ki:

    xebere gore cox sagol

  6. Black_Boy dedi ki:

    PunishMent,

    He qaqa o barede nese melumat yox idi yeni ona gore de yerlewdirmemiwem uzurlu hesab eleyin

  7. PunishMent dedi ki:

    Bes Resulzade ?

  8. Nurik79 dedi ki:
    4ox sagol xebere qore ay dostik,ellerin yorulmasin)))) angel applause
    nece deyiller, YAWASIN AZERI MILLETIMIZ)))) yes-yes yahoo
  9. Admin dedi ki:

    ISLAM COOOOX SAG OL ALLAH RAZI OLSUN INWALLAHHHHHHHH

  10. PSIXOPATKA dedi ki:

    tesekkurler