Yağışın olacam…
Yağışın olacağam..
Yağışın olacağam.Yağışın olub hər dəfə yağacam sən darıxanda.Mənə baxacaqsan pəncərəndə.Seyr edəcəksən məni.Sevəcəksən məni.Xəyallara dalacaqsan..Mənə toxunmaq istəyəcəksən.Əllərini pəncərədən çıxarıb toxunacaqsan.Damla-damla məndə sənə toxunacam.Dahada yaxın olmaq istəyəcəksən.Damlalarımla islanmaq istəyəcəksən.Dahada sürətli yağacam.Yağacam,süzüləcəm yanaqlarınnan.Üşüyeceksen.Damlalarımla isidəcəm səni.Yağışın olacağam.Pəncərənə yağacam.Adımı yazacaqsan pəncərənə.
Ürəyinnən çıxıb gəzmək keçəcək.Gəzəcəksən.Məndə sənlə bir gəzəcəm.Narın-narın yağacam.İslanacaqsan.Göylərə baxıb sevgimə vurulacaqsan.Məni yox səni sevməyimi sevəcəksən.Mənsizliyə darıxacaqsan.Gözlərin dolacaq.Ağlayacaqsan.Göz yaşlarını siləcəm damlalarımla.Oturub bir anlıq keçən günlərimizi düşünəcəksən.Yenə mənsizliyə darıxacaqsan.Əvvəlki günlərimizə dönmək istəyəcəksən.Gec olduğunu anlayacaqsan.Dahada güclü yağacam.Heyran olacaqsan mənə,sevgimin hələdə var olduğuna inanacaqsan.

Titrəyirsən.Kəsəcəm,daha yağmayacam.Toxunmayacam daha sənə,süzülməyəcəm yanaqlarınnan.Daha çox darıxacaqsan.Yenə yağmamı istəyəcəksən.Məni seyr etmək istəyəcəksən,mənə toxunmaq istəyəcəksən.Yenə pəncərəndən məni izləmək istəyəcəksən.Daha yağmayacam.
Düşünməki bir gündə başqası üçün yağacam,başqasının yağışı olacam.Yox!Mən ancaq sənin yağışın olacağam.Həmişə sənin üçün yağdım.Səni sevdiyim üçün yağdım.Səni izləmək üçün yağdım.Mənə toxunduqca məndə sənə toxundum.Damlalarımla tutdum əllərindən.Damlalarımla öpdüm səni..Damlalarımla tumarladım saçlarını.Pəncərədən məni izləyəndə məndə sənə baxdım.Mənsizliyə ağlayarkən məndə sənsizliyə ağladım.Yağışın oldum.Sənə yaxın oldum.Səni hər damlam qədər sevdim.Qorxdum xəyallarını yuyub aparmağımnan.Narın-narın sanki nəğmə kimi yağdım.Yavaş-yavaş saçlarında qurudum.Məni sənə xatırlatdığı üçün küsmə yağışdan.Mən xatirəyə çevrilən damcılar oldum!
Yenilənib: Noyabr 30, -0001
coxxxxxxxxxxxxx super,bir zaman menim ucun de bele yagishin yagmagini isterdim,onda dunyanin en xoshbexti olardim………………..
SOZ OLA BILMEZ XEBERE..BIR HALDA KI, SOHBET YAGISDAN GEDIR, DEMEK KI, HERSEY ONUN KIMI SAF, AYDIN, GOZEL VE SERINDIR..SAGOL
Yaxsi cox sevirem sekiller ise suppadi cox sag ol
тошнит от любви
но за труд сагол
super..thanks
Da sevgi movzularina yazacaq serhim yoxdu
twk ederim dostikk cookkk beyendimmm :((((
ellerine salikkkkk :))))
cox beyendim cox saqol
coxxxxxxxxxxxxxxxx beyendim coxxxxxxxxxxxxxxxx
cooox sagol dostikim cox beyendim…
meymunka,
Sen yene uzulursen?!!!!!!!!!!!!!!!!Demedim uzulme sene ???
Xebere gore cox sag ol qaqawim Cox beyendim..Heqiqetende adam oxuduqca doymur
Avtosh_227
Ьrəyinnən зıxıb gəzmək keзəcək.Gəzəcəksən.Məndə sənlə bir gəzəcəm.Narın-narın yağacam.İslanacaqsan.Gцylərə baxıb sevgimə vurulacaqsan.Məni yox səni sevməyimi sevəcəksən.Mənsizliyə darıxacaqsan.Gцzlərin dolacaq.Ağlayacaqsan.Gцz yaşlarını siləcəm damlalarımla.Oturub bir anlıq keзən gьnlərimizi dьşьnəcəksən.Yenə mənsizliyə darıxacaqsan.Əvvəlki gьnlərimizə dцnmək istəyəcəksən.Gec olduğunu anlayacaqsan.Dahada gьclь yağacam.Heyran olacaqsan mənə,sevgimin hələdə var olduğuna inanacaqsan.
Eladir Atash Chooooooooooox Sagol beyendin!
hmm