F.Nitshedən aforizmlər

F.Nitshedən aforizmlər
Səni sevirəmsə, bundan sənə nə?

Uçurumları sevənin qanadları olmalıdır.

Nəsənsə “O” ol!

İnanc həqiqəti bilmək istəməməkdir.

Şübhə yox, mütləqlikdir insanı dəli edən.

Sənət həqiqətən daha dəyərlidir.

İnanclar ,həqiqət düşməni olaraq yalanlardan daha təhlükəlidir.

Hündür bir dağda buz içində yaşamaqdır – fəlsəfə.

Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.

Nihilizm nə deməkdir? – Ən yüksək dəyərlərin özlərini dəyərdən salması.

İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.

Elmə sahib olmaq əlinizdən gəlmirsə, heç olmasa elm savaşçıları olun.

Özün ala biləcəyin haqqı qoyma sənə versinlər.

Mədəniyyət tərəfindən yox edilmə təhlükəsiylə qarşı-qarşıya olan bir mədəniyyət dövrünü yaşayırıq.

İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır.

Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm.

Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.

Hər şey bir-birindən daha gərəklidir.

İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir.

Ən yaxşı müəllif o olacaq ki, o, yazıçı olmaqdan utanır.

PunishMent

Şərhlər:

  1. memi_ dedi ki:

    Səni sevirəmsə, bundan sənə nə?

    cox gozel ifadelerdi,cox tewekkur

  2. Single Girl dedi ki:

    cox saqol

  3. girl_from baki dedi ki:

    ozun ala bileceyin haqqi qoyma sene versinler! cox gozeldi beyendim ellerinize sagliq